Mühazirə 1 İnformatika və onun əsas anlayışları


Formasına (və ya ötürülmə tipinə) görə informasiya analoq



Yüklə 324,19 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix02.01.2022
ölçüsü324,19 Kb.
#46844
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
MUH-1

    Bu səhifədəki naviqasiya:
  • Mətni
Formasına (və ya ötürülmə tipinə) görə informasiya analoq (kəsilməz) və 

rəqəmsal (diskret) olmaqla iki qrupa bölünür. Birbaşa, heç bir kodlaşmaya məruz 

qalmadan  aldığımız  informasiya  analoq  informasiyadır,  ötürülmə  prosesində 

xüsusi kodlaşmaya məruz qalan informasiya isə rəqəmsal informasiyaya aiddir. 

Müasir  dövr  üçün  rəqəmsal  ötürmə  daha  üstündür  və  bu  ötürmənin  analoq 

ötürməyə görə əsas üstünlüyü məlumatların həm də kompüter tərəfindən birbaşa 

emal oluna bilməsidir. Məlumdur ki, kompüterdə olan bütün informasiyalar ikilik 

kodlarla  (“0”  və  “1”lərlə)  kodlaşdırılır,  buna  görə  də  kompüterdə  olan 

informasiyalar  rəqəmşal  informasiyadır.  İnsanın  hissetmə  üzvləri  isə  ancaq 

analoq  informasiyanı  qəbul  edə  bilir.  Deməli,  bizim  başa  düşdüyümüz  infor-

masiya tipi analoq, kompüterlərin, (telefonların, planşetlərin və s.) başa düşdüyü 

(və ya yadda saxlaya bildiyi) informasiya rəqəmsaldır. 

İnformasiyanın saxlanılması və daşınması anlayışları müəyyən mənada bir 

birindən  fərqlənir.  Ən  qədim  informasiyanın  saxlama  vasitələrinə  qayaları 

(qayaüstü  təsvir)  misal  göstərmək  olar.  Aydındır  ki,  bu  şəkildə  proses  təkcə 

informasiyanın  saxlanmasıdır,  belə  informasiyanı  daşımaq  mümkün  deyil. 

Müasir yaddaş qurğuları isə həmin informasiyanı saxlamağa, həm də daşımağa 

imkan verir. 



 

Kompüterin  yaddaşında  saxlanılanlar  müxtəlif  tipdə  (növdə)  ola  bilər. 



Aşağıda informasiyanın növləri göstərilmişdir: 

➢  Məntiqi  -  məsələn  “doğru”  və  ya  “yalan”  şəklində  təyin  olunan 

verilənlər

 Ədədi - ədədlərlə ifadə olunan verilənlər; 

➢ Mətni - sözlər, cümlələr (mətn) şəklində olan verilənlər;   

➢ Audio - səs formasında olan informasiya;   

➢ Qrafiki - şəkil, qrafik şəklində olan verilənlər;   

➢ Video - videogörüntülər şəklində yaddaşda saxlanılan informasiya; 

➢ Multimedia - fərqli tip verilənlərin (video, səs, foto və s.) birlikdə - bir 

fayl daxilində yaddaşda saxlanılmasıdır. 




Yüklə 324,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin