Formasına (və ya ötürülmə tipinə) görə informasiya analoq (kəsilməz) və
rəqəmsal (diskret) olmaqla iki qrupa bölünür. Birbaşa, heç bir kodlaşmaya məruz
qalmadan aldığımız informasiya analoq informasiyadır, ötürülmə prosesində
xüsusi kodlaşmaya məruz qalan informasiya isə rəqəmsal informasiyaya aiddir.
Müasir dövr üçün rəqəmsal ötürmə daha üstündür və bu ötürmənin analoq
ötürməyə görə əsas üstünlüyü məlumatların həm də kompüter tərəfindən birbaşa
emal oluna bilməsidir. Məlumdur ki, kompüterdə olan bütün informasiyalar ikilik
kodlarla (“0” və “1”lərlə) kodlaşdırılır, buna görə də kompüterdə olan
informasiyalar rəqəmşal informasiyadır. İnsanın hissetmə üzvləri isə ancaq
analoq informasiyanı qəbul edə bilir. Deməli, bizim başa düşdüyümüz infor-
masiya tipi analoq, kompüterlərin, (telefonların, planşetlərin və s.) başa düşdüyü
(və ya yadda saxlaya bildiyi) informasiya rəqəmsaldır.
İnformasiyanın saxlanılması və daşınması anlayışları müəyyən mənada bir
birindən fərqlənir. Ən qədim informasiyanın saxlama vasitələrinə qayaları
(qayaüstü təsvir) misal göstərmək olar. Aydındır ki, bu şəkildə proses təkcə
informasiyanın saxlanmasıdır, belə informasiyanı daşımaq mümkün deyil.
Müasir yaddaş qurğuları isə həmin informasiyanı saxlamağa, həm də daşımağa
imkan verir.
6
Kompüterin yaddaşında saxlanılanlar müxtəlif tipdə (növdə) ola bilər.
Aşağıda informasiyanın növləri göstərilmişdir:
➢ Məntiqi - məsələn “doğru” və ya “yalan” şəklində təyin olunan
verilənlər;
➢ Ədədi - ədədlərlə ifadə olunan verilənlər;
➢ Mətni - sözlər, cümlələr (mətn) şəklində olan verilənlər;
➢ Audio - səs formasında olan informasiya;
➢ Qrafiki - şəkil, qrafik şəklində olan verilənlər;
➢ Video - videogörüntülər şəklində yaddaşda saxlanılan informasiya;
➢ Multimedia - fərqli tip verilənlərin (video, səs, foto və s.) birlikdə - bir
fayl daxilində yaddaşda saxlanılmasıdır.
Dostları ilə paylaş: |