İnformasiyanın emalı və istifadəsi - qəbul olunan informasiya onu qəbul
edən tərəfindən emal və istifadə olunur. Başqa sözlə qəbul olunmuş məlumat-
lardan hər hansı nəticə və ya nəticələr əldə edilir.
Müasir dövrdə “İnformasiya prosesləri” termini əvəzinə çox vaxt daha
ümumi termin olan “İnformasiya Texnologiyaları” terminindən istifadə olunur.
İnformasiya Texnologiyaları (İT) dedikdə informasiya ehtiyatlarından səmərəli
şəkildə istifadə etmək üçün nəzərdə tutulan, informasiyanın toplanmasını,
saxlanmasını, ötürülməsi və emalını təşkil edən proqramlar və texniki vasitələr
(qurğular) başa düşülür.
Qəbul edilən informasiyanın keyfıyyəti, yararlılığı onun xassələri ilə
müəyyən olunur. İnformasiyanın xassələri dedikdə əsasən aşağıdakılar nəzərdə
tutulur:
Dostları ilə paylaş: |