Mühazirə 1 İnformatika və onun əsas anlayışları



Yüklə 324,19 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix02.01.2022
ölçüsü324,19 Kb.
#46844
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
MUH-1

2.  Software  (proqram  təminatı)  -  informasiyanı  emal  edən  qurğularda 

istifadə edilən proqramları öyrənən sahədir; 



3. Brainware (alqoritm təminatı) - informatikanın bu sahəsi alqoritmlərin 

qurulmasını, müxtəlif məsələlərin həllinin alqoritmləşdirilməsini öyrənir.  Hər 3 



sahə haqqında növbəti mövzularda daha ətraflı şəkildə danışılacaq. 

İnformatikada  vacib  terminlərdən  biri  də  “verilən”  anlayışıdır.  Verilən 

(data),  dedikdə  texniki  qurğularda  saxlanılan,  yaddaşda  yer  tutan  hər  hansı 

siqnallar  çoxluğu  (hər  hansı  bir  şey)  başa  düşülür  (məsələn:  kompüterin  yad-

daşında saxlanılan sənədlər, telefonda olan şəkillər, videolar və s.); İnformasiya 

dedikdə  isə  müəyyən  məna  ifadə  edən  verilənlər  başa  düşülür.  Yəni  verilən 

anlayışı İnformasiya anlayışından daha genişdir. Məsələn, kompüterin ekranında 



 

(Word proqramında) “96” yazılıb və bu bizim üçün heç bır məna ifadə etmir, ona 



görə də bu veriləndir. Əgər bu yazını “Tələbə: Əliyev Vəli, Bal – 96” ilə əvəz 

etsək bu zaman  “96” informasiya olacaq. İnformasiya və verilən anlayışlarının 

fərqli  olmasına  baxmayaraq  bir  çox  hallarda  informatikada  bu  iki  termin 

eyniləşdirilir. 

Kompüterin yaddaşında saxlanılan verilənlər əsasən 4 tipə ayırırlar: 

1.  Hesabi  (rəqəm  tipli)  -  ədədlər  şəklində  ifadə  olunan  informasiyadır 

(məs.: 25° temperatur); 



2.  Mətn  (simvol)  -  burada  məlumatlar  sözlərlə  ifadə  olunur  (məs.:  isti 

hava); 


Yüklə 324,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin