AğASƏF İmran


II. Klassik və ya inzibati idarəetmə məktəbi (



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə14/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   10   11   12   13   14   15   16   17   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

II. Klassik və ya inzibati idarəetmə məktəbi (1910-1950–ci 
illəri əhatə edir).  
      Elmi idarəetmədən bəhs edən müəlliflər öz tədqiqatlarını 
əsas etibarı ilə istehsalın idarə edilməsinə həsr edirdilər. Onlar 
idarəetmənin  səviyyəsinin  yüksəldilməsinin  effektivliyi üzərində 
çalışırdılar.  Həm  Teylor,  həm  də  Fredrik  və  Lilian  Qilbretlər,  öz  
karyeralarına adi fəhlə kimi başlamışdılar və bu da   onların 
baxışlarına və təşkilatın idarə edilməsi yollarının müəyyən edilməsinə 
öz təsirini göstərmişdi.  
İnzibati idarəetmə məktəbinin  yaradıcıları isə,  təşkilatın 
ümumilikdə  idarə  edilməsinin  təkmilləşdirilməsi  yollarını  
axtarırdılar. İnzibati idarəetmə məktəbinin yaradıcıları hesab edilən 
müəlliflər elmi idarəetmə məktəbinin  nümayəndələrindən fərqli 
olaraq, böyük biznesdə rəhbərliyin yüksək səviyyəsində çalışmaq 
təcrübəsi olan adamlar idi. Bu məktəbin yaradıcısı və bəzən 
«menecmentin atası» hesab olunan Anri Fayol kömür çıxarma ilə 
məşğul olan böyük fransız kompaniyasına rəhbərlik etmişdi. Lindel 
Urvik İngiltərədə idarəetmə məsələləri üzrə məsləhətçi idi. A.K.Reyli 
ilə Ceyms D.Muni isə Alfred P.Slounun rəhbərliyi altında «Ceneral 
Motors» kompaniyasında işləyirdilər. 


19
 
 
 
Klassik  məktəbin tərəfdarları,  elmi  idarəetmə məktəbinin 
nümayəndələri kimi, idarəetmənin sosial aspektlərinə çox da qayğı 
göstərmirdilər.  Onların işi elmi idarəetmənin  metodologiyasına 
əsaslanmayıb, əsas etibarı ilə  şəxsi müşahidələrindən yaranırdı. 
“Klassiklər” təşkilata geniş perspektiv nöqteyi - nəzərdən baxmağa 
səy  göstərməklə  təşkilatın  ümumi  xarakteristikaları  və 
qanunauyğunluqlarını müəyyən etməyə çalışırdılar. Klassik məktəbin 
məqsədi idarəetmənin universal prinsiplərini yaratmaq idi. Bu, o 
ideyadan irəli gəlirdi ki, bu prinsiplərə  əməl etmək, təşkilata 
müvəffəqiyyət gətirə bilər. 
Bu prinsiplər iki əsas aspekti nəzərdə tuturdu. Onlardan biri 
təşkilatın idarə edilməsinin rasional sisteminin yaradılması idi. 
Biznesin  əsas  funksiyalarını müəyyən etməklə,  nəzəriyyəçi - 
“klassiklər” təşkilatın kiçik bölmələrə və işçi qruplarına bölünməsinin 
ən yaxşı yollarını tapmağa çalışırdılar. Ənənəvi olaraq bu  funksiyalar 
maliyyə, istehsal və marketinq hesab edilirdi. Bununla idarəetmənin 
əsas funksiyalarının müəyyən edilməsi sıx bağlıdır. 
Əslən fransız olan   Amerikalı sahibkar və tədqiqatçı alim  Anri 
Fayol idarəetmə  barədə ilk dəfə sistemli şəkildə nəzəriyyə irəli 
sürmüşdür.  Məhz  bu  səbəbdən,  onu  «menecmentin  atası» 
adlandırırlar.   Anri Fayolun idarəetmə nəzəriyyəsinə  əsas töfhəsi 
ondan ibarətdir ki, o, idarəetmə prinsiplərini sistemləşdirdi və bir 
neçə qarşılıqlı  əlaqəli  funksiyaları   menecmentin universal 
funksiyaları kimi təqdim etməklə, onların tətbiqinə tam proses kimi 
baxdı.  Bu  funksiyalara  misal olaraq:  planlaşdırma,  təşkiletmə, 
motivləşdirmə, nəzarət və marketinqi  göstərmək olar. 
Bu məktəb ona görə klassik  adlanır ki, tarix boyu yaranan 
bütün idarəetmə prinsipləri, funksiyaları və metodları bu məktəb 
tərəfindən sistemləşdirilib nizamlanmış və menecmentdə tətbiq 
olunmağa başlanmışdır. 


20
 
 
 
Klassik idarəetmə məktəbinin cəmiyyət üçün həyata keçirdiyi 
başlıca yenilik, əvvəllər tətbiq olunan idarəetmə təcrübəsi əsasında 
yeni elmi yanaşmalar və çalarlar gətirməsidir. Bu məktəb idarəetmə 
prinsiplərini, funksiyalarını,  metodlarını  və  üslublarını müəyyən 
etməklə yanaşı, onların təcrübi olaraq həyata keçirilməsi (icrası) 
mexanizmini də hazırlamış oldu. 
Qanun – məcburi olan zərurətdir və onu dəyişmək olmaz. 
Qanunauyğunluq  -  müəyyən qədər eyni hadisələrin labüd 
təkrarıdır.  
Prinsip - elə qanunauyğunluqdur ki, o, qanun həddinə çatmağa 
layiqdir, amma qanun deyildir və  əgər lazım olarsa, onda müxtəlif 
dəyişikliklər etmək mümkündür. 
Məsələn:  əmək bölgüsü prinsipi idarəetmə üçün vacib şərtdir və 
əmək  bölgüsü olmadan idarəetmə qeyri-mümkündür. Lakin, əmək 
bölgüsü qanun deyildir və o, bir prinsip olaraq sahənin və işin 
xüsusiyyətlərindən asılı olaraq dəyişir və bu dəyişiklik  peşə və 
ixtisaslara görə xeyli fərqli ola bilir. 
Klassik idarəetmə məktəbinin   müəyyən etdiyi menecmentin  
funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək olar: 1.planlaşdırma; 
2.təşkiletmə; 3.motivləşdirmə; 4.nəzarət; 5.marketinq. 
1). Planlaşdırma -  mahiyyət  etibarı  ilə görüləcək  işin 
ardıcıllığının necə, hansı vaxtda, hansı vasitə ilə yerinə yetirilməsini 
qabaqcadan müəyyənləşdirməkdir. 
2). Təşkiletmə - həm texnoloji, həm də idarəetmə üzrə bütün 
strukturların müəyyən edilməsi və icra mexanizminin (bölmələrin, 
şöbələrin, vəzifələrin və s.) müəyyən edilməsidir. 
3). Motivləşdirmə - bütün idarəetmə prossesinin icrası üçün 
stimul yaratmaqla, görüləcək işlərin  real  həyata keçirilməsini təmin 
etməkdir. 


21
 
 
 
4).  Nəzarət  - görülən və görüləcək işlərin hamısını planla 
müqayisəli şəkildə yoxlamaq, əldə edilmiş nəticəni standartla (layihə, 
norma, əmr, sərəncam və s.) tutuşdurmaq və qərar qəbul etmək üçün 
imkan yaratmaqdır. 
5). Marketinq - bazarın cari və gələcək tələbatını öyrənmək və 
tələbata uyğun məhsulun  istehsalını təşkil etməklə bazarda tələb-
təklif nisbətini tarazlaşdırmağı təmin etməkdir. 
Klassik  idarəetmə  məktəbinin   müəyyən  etdiyi  üsullar 
(metodlar) aşağıdakılardır: 
İqtisadi üsul. İşçilərin marağını ödəmək yolu ilə onların işə cəlb 
edilməsi. Bunun üçün iqtisadi təsir və tədbirlər tətbiq edilir. Əsasən 
maddi maraq prinsipinə əsaslanır. 
İnzibati üsul. İqtisadi üsuldan  fərqli olaraq, burada məcburiyyət 
vardır. Hər bir işçi müəyyən qanunlara, əmrlərə tabe olmalı və plana, 
norma və normativlərə əməl etməlidir. 
Sosial-psixoloji üsul.  İqtisadi  və inzibati üsullardan  fərqli 
olaraq, bu üsulda hər bir fərdin, qrupun, kollektivin sosial və psixoloji 
durumu nəzərə alınmaqla, onların tələbatlarının ödənilməsi cədləri 
başa düşülür. 
İdeoloji üsul. Firmanın müsbət  imicinin yaradılması və 
qorunması ideologiası bütün işçilər tərəfindən qəbul edilir. 
Klassik  idarəetmə  məktəbinin  müəyyən  etdiyi  üslublar 
aşağıdakılardır:  
1. avtokrat; 2. liberal; 3. demokrat.  
1).Avtokrat üslub. İnzibati idarəetmədə tətbiq olunan mövqedir. 
Qanunçuluğa, məcburiyyətə və vahid liderə üstünlük verilir. Mənfi 
tərəfi odur ki, bu üslubda lider, digər işçilərin bütün hüquqlarını poza 
bilir. 
2).Liberal üslub.  Bütün hüquqlar  rəhbər  tərəfindən  xətti 
rəhbərlərə və işçilərə verilir. Rəhbər işin son nəticəsinə diqqət yetirir. 


22
 
 
 
Bu hada, heç bir fərdin hüququ pozulmur. Mənfi cəhəti odur ki, 
nəticədə anarxiya yarana bilər. 
3).Demokratik üslub. Avtokrat və liberal üslublar arasında elə 
mövqedir ki, hər iki üslubun mənfi cəhətlərini atıb, müsbətlərini  
saxlayır. 
İnzibati (klassik) idarəetmə məktəbi  idarəetmə  prinsiplərini 
aşkarladı, idarəetmə funksiyalarını təsvir etdi və təşkilatın bütünlüklə 
idarə olunmasına sistemli yanaşmanı izah etdi. Bu məktəb:  
- idarəetmə prinsiplərini; 
- idarəetmə quruluşunu (strukturunu); 
- idarəetmə funksiyalarını; 
- menecmentin metodlarını; 
- menecmentin üslublarını elmi surətdə müəyyənləşdirdi 
və bərqərar etdi. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin