14
Əmrə və intuisiyaya meyl
Kollektiv və fərdi qaydada əməyə
meyl
Qərb alimləri belə hesab edirlər ki, ilk
dəfə idarəetməyə elmi
yanaşma 1911-ci ildən yaranmışdır. Məhz o vaxt, Frederik Uilson
Teylor
özünün “Elmi idarəetmənin prinsipləri” kitabını dərc
etdirmişdir. Elə o vaxtdan da menecment ənənəvi olaraq idarəetmə
elm kimi və müstəqil fəaliyyət sahəsi kimi qəbul edilir.
Əlbəttə ki, təşkilatın məqsədinə səmərəli nail olmaqdan ötrü
onu sistemli şəkildə idarə etmək olar. Bu konsepsiya özünün
inkişafını tarixin uzun bir mərhələsində - XIX əsrin ortalarından XX
əsrin 20-ci illərinə qədər keçmişdir.
Menecmentin inkişafına əsas təkan verən qüvvə, İngiltərədə baş
vermiş sənaye inqilabı olmuşdur. Amma idarəetmənin inkişafında və
uğurlarında əhəmiyyətli sıçrayış ilk dəfə Amerikada yaranmışdır.
XIX əsrin əvvəllərində ABŞ yeganə ölkə idi ki, orada
insan özünün
milliyyəti və mənşəyi ilə bağlı problemləri unudaraq öz peşəsi üzrə
iş tapa bilirdi. Öz həyat səviyyəsini yaxşılaşdırmağa çalışan
milyonlarla avropalı XIX əsrdə Amerikaya köçmüş və orada
əməksevər insanlardan ibarət nəhəng işçi qüvvəsi yaratmışdılar. ABŞ
dövləti yarandığı gündən təhsil almaq istəyənləri ciddi dəstəkləmişdir.
Təhsil, insanlar arasında intellektual səviyyənin yüksəlməsi, müxtəlif
sahələrdə, eləcə də biznes sahəsində və idarəetmədə üstünlük
yaradırdı. Maraqlıdır ki, o dövrdə biznesi tənzimləyən dövlət nəzarəti
orqanı yox idi. Sərbəstlik, iş adamlarına
tam imkan verirdi ki, onlar
öz ticarətlərinin ilkin mərhələsində inhisarçılara çevrilsinlər. Bu və ya
digər amillər iri istehsal sahələrinin meydana gəlməsinə səbəb oldu
ki, bu da onların elmi yolla təkmilləşdirilməsini və yeni idarəetmə
üsullarının tətbiqini tələb edirdi.
15
Menecment özü də, məhsuldar qüvvələrin sənaye istehsalının
inkişaf mərhələləri kimi təkamül yolu ilə (ev təsərrüfatı formasından
sənaye, postsənaye mərhələsinə qədər) keçmişdir. Menecmentin
inkişaf yolu aşağıdakı ardıcıllıqla getmişdir:
1. Mülkiyyət sahibi, həm də işçi olmuşdur;
2.
Kapital sahibi, həm də menecer olmuşdur;
3. Kapital sahibi, menecer və digər işçilər müstəqil sosial təbəqə
olmuş, muzdlu menecerlər yaranmağa və yayılmağa başlamışdır;
4. Menecment elminin əsasları formalaşmağa başlamışdır;
5. Marketinq menecmenti inkişaf etmiş, yeni-yeni menecment
metodları yaranmışdır;
6. Menecmentdə insan amilinə geniş yer verilmiş, sosial
davranış problemi kəskin halda irəli sürülmüşdür.
Menecmentin təkamülündə ayrı-ayrı məktəblərin və
yanaşmaların müstəsna rolu olmuşdur.
Yuxarıda qeyd etdik ki, menecment bir elm kimi XX əsrin
əvvəllərində yaranmışdır və bu tarix 1911-ci
ildə sahibkar və alim
olan Fredrix Teylorun “Elmi idarəetmənin prinsipləri “ adlı kitabının
nəşrindən başlanır.
Lakin bu, heç də belə deyildir. Hələ eramızdan əvvəl
təşkilatların mövcud olması elmə məlumdur (misal üçün, Misir
piramidaları, Böyük Çin səddi və s. tikililər idarəetmə olmadan
yaradıla bilməzdilər). Həm də, idarəetmənin bir elm
kimi meydana gəlməsi amilləri, hələ orta əsrlərdə Şərq
alimlərinin əsərlərində, dahi Nizaminin «Xəmsə»sində, Nəsirəddin
Tusinin «Əxlaqi Nasiri» traktatında öz dərin əksini tapmışdır.
Daha
sonralar isə, XVIII əsrin sonları və XIX əsrin ortalarındakı İngiltərə
sənaye inqilabı və Amerikada dünya bazarının yaranması
menecmentin yaranmasına yox, inkişafına təkan vermişdir.
16
Deməli, daha dəqiq desək, idarəetmə bütün tarix boyu mövcud
olmuşdur. Amma onun təsiretmə xüsusiyyətləri - icra mexanizmi
başqa cür olmuşdur.
Menecment elmi öz inkişafına görə aşağıdakı təkamül
mərhələlərini keçmişdir:
1. Elmi idarəetmə məktəbi (1885-1920);
2. Klassik və ya inzibati idarəetmə məktəbi (1920-1950);
3. İnsani münasibətlər məktəbi (1930-1950);
4. Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950-indiyədək).
Dostları ilə paylaş: