8
Şəkil 1. Təşkilatın zəruri amilləri
İstehsalla məşğul olan hər bir təşkilatın işləməsi üçün aşağıdakı
elementlərin olması vacibdir: xammal; kapital; kadrlar; enerji;
informasiya; texnologiya; avadanlıqlar; alətlər; nəqliyyat; idarəetmə
və s.
İstehsalla məşğul olan hər bir təşkilatın mövcudluğu üçün
aşağıdakılar zəruridir:
- Vəsaitlər (maddi, texnoloji, maliyyə, informasiya) və kadrlar.
Xarici və daxili mühit (iqtisadi vəziyyət, bazar, tələbatçılar,
rəqiblər, qanunçuluq, siyasi və sosial amillər, həmkarlar təşkilatı və
s.).
Üfüqi və şaquli əmək bölgüsü.
Təsərrüfat şöbələri və bölmələri.
İdarəetmə.
Bütün hallarda (kiçik müəssisələr istisna olmaqla) təşkilatın
idarə olunması üçün üç manqa – üç səviyyə vardır:
-aşağı (texniki səviyyə);
-orta (idarəetmə səviyyəsi);
-ali (institut səviyyəsi).
İdarəetmə - təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə
çatmaq üçün planlaşdırma, təşkiletmə, icra (motivləşdirmə) və
nəzarət prosesləridir.
İdarəetmə səviyyələri arasında qarşılıqlı əlaqələrin – həm
şaquli, həm də üfüqi əlaqələrin qurulması, müəssisənin
son məqsədə
çatmasını təmin etmək işinə xidmət etməlidir.
9
İdarəetmə səviyyələri ilə yanaşı, müəssisələrdə iyerarxiya
quruluşundan asılı olaraq idarəetmə pillələri də yaradılır. Bu pillələr
şaquli idarəetmə quruluşunda tabeçilik pillələrinin həlqələrini (skalyar
zənciri) təşkil edirlər.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyəti özünün varlığı ərzində
insanlara təsir göstərmək üçün idərəetmə üzrə cəmisi üç vasitə (üsul,
alət) yaratmış və tətbiq etmişdir: asılılıq iyerarxiyası; mədəniyyət və
bazar
(Şəkil 2).
Birinci vasitə -
iyerarxiyadır. Bu idarəçilik
üsulunda əsas amil,
hakimiyyət və tabeçilikdir, yəni yuxarıdan aşağıya özünə tabe olanları
işləməyə məcbur etmək, onları maddi cəhətdən asılı vəziyyətdə
saxlamaq və tabe etmək münasibətlərinə əsaslanır. Eynilə də,
aşağıların yuxarılara tabe olmaları ideyaları aşılanır və bu
münasibətlər sistemi cəmiyyətin əsas aparıcı qüvvəsi hesab olunur.
Bu halda «qamçı və ya qoğal» prinsipinə daha çox üstünlük verilir.
İkinci vasitə
– mədəniyyətdir. Bu üsulun mahiyyəti ondadır ki,
cəmiyyətin özünün işləyib hazırladığı və bəyəndiyi idarəetmə təsiri -
mənəviyyat, sosial normalar, davranış qaydaları və digər mənəvi
dəyərlər vasitəsilə həyata keçirilir. Bu halda zordan daha çox,
mədəniyyətə üstünlük verilir.
Üçüncü vasitə -
bazardır. Bu üsulda idarəetmənin mahiyyəti -
bərabər hüquqlu üfüqi əlaqələrin qurulması, mülkiyyət
münasibətlərində qarşılıqlı maraqların bərabərliyi və tam azadlığı ilə
bağlıdır.
Dostları ilə paylaş: