I BÖLMƏ. MENECMENTİN NƏZƏRİ ƏSASLARI I FƏSİL. MENECMENT VƏ MÜƏSSİSƏ 1.1. MENECMENTİN MAHİYYƏTİ
“Menecment“ anlayışı semantik baxımdan ingilis sözü olub
“idarəetmə“ ifadəsinə uyğundur. Lakin, bu anlayış idarəetmənin
tərkib hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal idarəetmədən
fərqli olaraq “menecment“ ifadəsi daha çox müəssisələrin və
firmaların idarə edilməsinə aid edilir. Misal üçün qeyd edək ki,
dövlətin, şəhərin və yaxud da ordunun idarə olunması prosesləri
menecmentlə əlaqələndirilmir və bu hallarda “menecment“ və
“menecer“ ifadələri işlədilmir.