AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə5/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   2   3   4   5   6   7   8   9   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

 
 
 
 
 


5
 
 
 
 
 
 
 
 
 
 
 
GİRİŞ 
 
Azərbaycan Respublikasının siyasi və iqtisadi inteqrasiya 
proseslərində demokratiya və bazar iqtisadiyyatı yolunu tutması, 
demokratik  idarəetmə  prinsiplərinin  daha  da  mükəmməl 
öyrənilməsini və tətbiqini zəruri etmişdir. Məhz bu məqsədlə də, indi 
ali  məktəblərimizdə  menecment  ixtisası  üzrə  mütəxəssislər 
hazırlanmasına başlanmışdır. Bu isə öz növbəsində menecment fənni 
üzrə dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasını zəruri etmişdir.  
Oxuculara  təqdim  olunan  «Menecment»  adlı  dərslik 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurasının 
İqtisadiyyat bölməsinin 22 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq 
edilmiş (Protokol № 14) tədris Proqramı əsasında tərtib  edilmişdir və 
bakalavr tədris pilləsində təhsil alan tələbələr üçün nəzərdə 
tutulmuşdur.  
Dərslikdə menecmentin mahiyyəti, prinsipləri,  funksiyaları, 
metodları və idarəetmə üslubları barədə qısa və yığcam məlumat 
verilmiş, menecmentin və menecerin xarakterik xüsusiyyətləri şərh 
edilmişdir. 
Bu tədris vəsaitinə daxil edilmiş mövzular mümkün qədər sadə 
və anlaşıqlı dildə şərh edilmişdir ki, bakalavr təhsili alan tələbələr onu 
asanlıqla mənimsəyə bilsinlər. 
Dərslik,  müəllifin  2003-cü  ildə   nəşr  etdirdiyi  «Qısa  
menecment kursu»nun nisbətən genişləndirilmiş və təkmilləşdirilmiş 
variantıdır. Ona menecmentin tədrisi ilə bağlı proqrama uyğun olaraq 
ən vacib mövzular   əlavə edilmişdir. Dərslik 16 həftəlik semestrlərə 
keçilməsi ilə bağlı olaraq 86 saatlıq dərs yükü üçün (52 saat 
mühazirə, 34 saat  məşğələ) nəzərdə tutulmuşdur. Hesab edirəm ki


6
 
 
 
bu kitaba daxil edilmiş mövzuların əhatə dairəsi bakalavr təhsil 
səviyyəsində tələbələrin proqram çərçivəsində biliklər əldə etmələrinə  
imkan verə bilər.  
Dərs vəsaitinin gələcəkdə daha da təkmilləşdirilməsi üçün öz 
təklif və tövsiyələrini bildirəcək oxuculara qabaqcadan  təşəkkürümü 
bildirirəm. 
Müəllif 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin