İdarəetmə - özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir İdarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma)
olmadan icra edilə bilməz. İdarəetmənin mövcudluğu təşkilatın oliası
ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də vardır və əksinə.
İdarəetmə sistemi - obyekt və subyekt olmaqla iki tərkib
hissədən ibarətdtr. Obyekt - idarə olunan, subyekt isə - idərə edəndir.
Sistem (yunanca - syistema) – hissələrdən təşkil olunmuş;
birləşmə – deməkdir. Mahiyyətcə, sistem - müəyyən bütövü (tamı)
əmələ gətirən ayrı-ayrı hissələrin (elementlərin, əşyaların,
hadisələrin, baxışların) qanunauyğun birləşməsi, birliyidir.
Müəssisə (təşkilat, firma) dedikdə, bir qrup adamın müəyyən
məqsədə çatmaq üçün şüurlu surətdə fəaliyyət birliyi yaratmaları başa
düşülür. İki və daha çox adamın vahid məqsəd üçün iş birliyi
qurması təşkilatı yaradır.