Sərbəst İş Elmi Rəhbər: Salahova Ülkər Tələbə: Əliyev Hüseyn İxtisas: Məşqçilik Qrup: 111 A16



Yüklə 1,01 Mb.
tarix30.04.2022
ölçüsü1,01 Mb.
#56719
Əliyev Hüseyn 111A16





Sərbəst İş

Elmi Rəhbər: Salahova Ülkər

Tələbə: Əliyev Hüseyn

İxtisas: Məşqçilik

Qrup: 111 A16

Fənn: Basketbol

Mövzu: Topun atmasının üsulları

Oyunda əsas məqsəd topun səbətə düşməsidir. Oyunu udmaq üçün basketbolçu ötürülmələri, tutmaları, çiləməni bacariqla edərək səbəti düzgün nişan almalıdır və ayrı – ayrı məsafələrdən və vəziyyətlərndən topu səbətə salmalıdır. Topun səbətə atılmasının dəqiqliyi, atmanın düzgün texnikasından, hərəkətlərin koordinasiyasından və onları idarəetmədən, gərginliyi aradan qaldırmağı bacarmaqdan, biləklərin çevikliyindən, topu atarkən onun firlatma həddinin, uçuş traektoriyasının dəqiqliyindən və başqa amillərdən asılıdır.

Topu atmaya hazırlamaq üçün oyunçu meydançadakı vəziyyəti (daha yaxşı yerdə dayanmış oyunçu yoldaşını seçməsi, siçrayaraq top ugrunda mübarizəyə oyunçu yoldaşlarının da qoşulacaqlarını), mümkün intensivlik və müdafiəçinin himayə etməsinə mane olmaq üsulu, sıçramış top uğrunda mübarizədə real çıxiş yolunu və s. Qiymətləndirməlidir. Hərəkət proqramını nəzərdə tutaraq və qərara alaraq oyunçu topu atmağa psixoloji baxımdan elə hazırlaşmalıdır ki heç bir maneə hərəkətin əminliyinə t partial^ prime sir etməsin.

A
tmanın axırında sərbəst olmaq lazımdır. Təcrübə göstərib ki, lövhədən qayıdan topların atılmaları müəyyən üstünlüyə malikdir (şək. 28).

Atılan topa uçuşun əks istiqamətində üfüqi oxa nəzərən fırlatma vermək daha

Yaxşıdır (əks fırlatma). Lövhənin altından çətin vəziyətlərdən atmalarda vertikal oxa nəzərən fırlatmadan istifadə olunur. Orta və uzaq məsafələrdən atmaları daha güclü əllə etmək alverişlidir. Səbətin yaxınlığında atmaları sağ, eləcə də sol əl ilə atmağı bacarmaq lazımdır.

Məsafədən, oyunçunun boyundan, onun hansı hündürlüyə hoppanma bacarığından və ucaboylu müdafiəçinin müqavimət göstərmə aktivliyindən asılı olaraq topun uçuş trayektoriyasını seçirlər. Orta (səbətdən 3 – 6,5 m) və uzaq (6,5 m – dən uzaq) məsafələrdən atmalarda topun optimal uçuş trayektoriyasını parabolanı, seçmək daha yaxşıdır. Çünki onun ən yüksək nöqtəsi halqanın səviyyəsindən 1,42 m-dir. Məsafə artırsa qulaylamada hərəkətlərin amplitudası da çoxalır və top atılan anda daha çox güc sərf olunur.

Hər bir oyunçuda öz atdığı topun ardınca hərəkət etmək vərdişi olmalıdır.

Topu səbətə atmaların təsnifatı şək. 29-də göstərilir.

Ümumi quruluşda səbətə atmanın konkret üsulunun üç mərhələsi seçilib: hazırlıq, əsas və tamamlayıcı. Əgər hazırlıq hərəkətlərində oyunçu, xarici faktorlardan asılı olaraq, fəndin dəqiqliyinə zərər vurmadan bir neçə dəyişiklər daxil edə bilərsə onda, konkret məqsədin həllində əsas hərəkətlər stabilliyilə fərqlənməlidir. Bu düzəlişlər aşağıdakıların nizama salınmasına yönəlmişdir:



  • Qulaylama nöqtəsi (çiyindən, aşağdan, başın üstündən, başın arxasından);

Topun buraxılma nöqtəsi (özündən irəlidə, başın üstündən hündür);






  • Topun uçuş yolunun hündürlüyünü.

İki əllə sinə səviyyəsindən atma əsasən uzaq məsafələrdən sǝbətə hücumda istifadə olunur. Bu atma üsulunun quruluşu belə ötürmə üsulunun quruluşu ilə oxşar olduğuna görə, məşğul olanlar onu tezliklə mənimsəyirlər (şək. 30).

İki əllə yuxarıdan atma – raqibin sıx himayəsində orta məsafələrdǝn yerinə yetirilməsi əlverişlidir (şək.31).

b
İki əllə aşağıdan atma - əsasən lövhəyə doğru keçid və səbətə sürətli hücum zamanı tullanışda topu örton müdafiəçini əllərin altından yerinə yetirilir (şək. 32).


İki əllə yuxarıdan aşağı atma - ən çox ə’la tullanışlı, uca boylu oyunçular istifadə edirlər. Top qısa trayektoriya ilə böyük sür’ətlə uçarkən bu atmaya raqibin mane olmağa imkanı olmur (şək. 33).

Hazırlıq mərhələsi: basketbolçu səbətin qabağında tullanaraq topu düz əllərlə ondan yuxarı səviyyəyə aparır.

Ə
sas mərhələ: əllərin və barmaqların yuxarıdan aşağı kəskin dönməsi ilə topu səbətə salır.Tamamlayıcı mərhələ: topu səbətə salandan sonra basketbolçu iki ayağı üzərinə yerə enir ki, fəaliyyətini davam etdirmək üçün çıxış vəziyyətini alsın.

Bir əllə çiyindən atma orta və uzaq məsafələrdən yerindən səbətə hücumun ən geniş yayılmış üsuldur. Idmançıların çoxu ondan cərimə atmalarında da istifadə edirlər (şək. 34).

Bir əllə yuxarıdan atma – daha çox yaxın məsafələrdən və bilavasitə lövhənin altından səbətə hücumda istifadə edirlər.

Hazırlıq mərhələsi: topu sağ ayaq tərəfdə tuturlar (sağ əllə atanda). Ona görə də həmin addım daha çox dartılmış olur. Sonraki addım qısaldılmış və dayandırıcı olmalıdır ki, oyunçu tez və möhkəm vertikal yuxarıya təkan vursun. Təkan vuraraq top 1 çiyin üzərindən çıxardılaraq sağ qolun döndərilmiş əli üstünə qoyulur (şək. 35, 1-4).

Əsas mərhələ: tullannışın yüksək nöqtəsində topun səbətə maksimal yaxınlaşması üçün qol açılır, top




Barmaqların yumuşaq hərəkəti ilə (ona əks fırlatma verilir) itələnir (şək.35,5-6).

Tamamlayıcı mərhələ: oyunçu, səbətin yaxınında bükülü ayaqlarla yerə enir, müvazinət vəziyyətini alır və əgər top səbətə düşməyibsə qayıdan topun ələ keçirilməsi üçün mübarizəyə hazırlaşır.

Tullanaraq bir əllə yuxarıdan atma. Tullanaraq atma – müasir basketbolun hücumunda - əsas vasitədir. Dünyanın ən güclü kişilərdən ibarət komandaları arasında yarışlarda atmaların 70% -a qədəri müəyyən məsafələrdən bu üsulla yerinə yetirilir. Bu atmanin bir neçə müxtəlif növləri var. Onlar məsafəyə və müdafiəçinin əks-müqavimətinin xüsusiyyətinə görə seçilir (orta məsafələrdə istifadə edilən üsul).

Hazırlıq mərhələsi: oyuncu hərəkətdə topu alaraq, sol ayaqla dayandırıcı addım eləyir (şək. 36, 1). Sonra sağ ayağı onun yanına qoyur, dirsəkləri bükərək, topu başı üstündən sol əllə yandan – yuxarıdan tutaraq sağ əli üstündə irəli çıxardır (şək.36, 2).

Ə
sas mərhələ: oyunçu iki ayaqla təkan vuraraq tullanır (ayaqlar azca bükülü, gövdə səbətə tərəf dönmüş) (şək.36, 3).

Tullanmanin yüksək nöqtəsinə çataraq, oyunçu sağ əlin yuxarı – irəliyə açılması və barmaqların sərbəst hərəkəti ilə topu səbətə salır. Topa əks firlatma verilir. Sağ bilək hərəkətə gələn an sol əli topdan aralayırlar (şək. 36, 4-6).

Yaxın məsafələrdən tullanaraq atma zamanı top olan əlin böyük amplituda ilə açılmasına ehtiyac yoxdur. Əllərin və barmaqların hərəkəti – atmanın əsas hərəkətidir. Həm atmadan əvvol topun çıxış vəziyyətinin səviyyəsi (şək. 37, 1), həm də topun buraxilma nöqtəsi qalxır (şək. 37, 2-3).

Yaxın və orta məsafələrdən ucaboylu, yüksək tullanışlı müdafiəçinin six himayəsində səbətə hücumda gövdənin arxaya əyilməsi ilə tullanaraq atmadan istifadə edirlər (şək.38).

Bir əllə “qarmaqvari” atma yaxın və orta məsafələrdə səbətə hücumda ucaboylu müdafiəçilərin aktiv müqavimət göstərdiyi an mərkəz oyunçular bu üsuldan istifadə edirlər.

H
azırlıq mərhələsi: oyunçu rəqibdən kənara sol ayaqla addım atıb, sol yanı ilə sol ayağını azacıq bükərək lövhəyə tərəf dönür. Top aşağı buraxılmış sağ qolun bükülü əli

Üstündə, yuxaridan sol əllə tutulur, baş səbətə tərəf döndərilir (şək.39, 1-2). Əsas mərhələ: sol ayaqla təkan vuraraq, oyunçu yuxarı tullanır, eyni zamanda sağ əli topla yana aparır və yuxarı qaldırır. Dirsəkdən düz bujaq altında bükülü sol əl sanki, topu müdafiəçidən qoruyur, sağ ayağın dizi yuxarı dartılır (şək. 39, 3-4). Ən yüksək nöqtədə əl başa yaxınlaşanda topu buraxırlar və topu başın üstündən səbətə salırlar (şək. 39, 5-6).

M


üdafiəçinin SIX himayəsində bə’zi mərkaz oyunçular topu müdafiəçilərdən yana – yuxarı iki əllə

yuxarı çıxardırlar, sonra bir əllə tamamlayıci hissəni icra edirlər, yə’ni topu “Qarmaqvari” üsulla yarım atırlar (şək. 40).



Bir əllə aşağıdan atma – hərəkətdə və hoppanaraq iki əllə aşağıdan atmadakı vəziyyətlərdə istifadə edilir. Bundan başqa, bə’zi mərkəz oyunçuları bu atmanı dönmə və aldadıcı hərəkətlə birgə rəqib lövhəsinin yanında müvəffəqiyyətlə istifadə edirlər (şək. 41).

Əlavə atmalar. Bir neça oyun vəziyyətində, top səbətə düşməyib lövhədən sıçrayanda, ya da səbətin yaxınlığından keçəndə, oyunçunun topla yerə enməyə və yenidən atmağa vaxtı olmur. Topu səbətə əlavə atmaq üçün, onu iki və ya bir əllə tullanaraq salmaq lazımdır.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin