İnfrastruktur xidmət kimi (IaaS — Infrastructure as a Service)
İnfrastrukturun yaradılması prosesini həyata keçirir. İaaS səviyyəsi infrastrukturun
(hesablama resursları və yaddaş sistemini) icarəyə götürməsi servisini həyata keçirməyə
imkan verir. Bu resurslara zəmanətli hesablama və yaddaş resursları verən virtual
serverlərdən başqa, verilənlərin yaddaş sisteminə yüksək sürətlə daxil olmaq imkanı yaradan
əlaqə kanalları da daxildir. Qısaca desək, bu səviyyədə məsələlərin həlli üçün kompüter
infrastrukturu yaradılır. Mövcud olan İaaS xidmətinə — Amazon S3 (Simple Storage Service),
Amazon Elastic Computer Cloud (EC2), IBM Blue Cloud və s. göstərmək olar. Bu servisdən
istifadə etmək üçün uyğun veb — brauzeri istifadəçi öz kompüterinə yükləyir və məsələnin
həlli üçün buludlara müraciət edir. IaaS xidməti istifadəçiyə bütün nəzarət funksiyalarını vahid
bir platformada təqdim edir
[1]
. İstifadəçinin işi strukturu idarə etmək deyil, əməliyyat
sisteminə, yaradılmış proqrama nəzarət etməkdir
Dostları ilə paylaş: |