Sakit Yaqubov, Ramiz Cavadov
Az
ərbaycanın əmək bazarının müasir vəziyyətinin statistik tədqiqi
Xülasə
Məqalədə 2005-2017-ci illəri əhatə edən zaman kəsiyində Azərbaycanın əmək bazarının
quruluş və dinamikası statistik təhlil edilir. Əhalinin səmərəli məşğulluğunun və layiqli həyat
şəraitinin təmin edilməsi baxımından əmək bazarında həyata keçirilən islahatların müsbət nəticələri
elmi cəhətdən əsaslandırılır. Ölkədə əmək ehtiyatlarının dinamik artımını, elmi texniki tərəqqinin və
iqtisadi proseslərin idarə olunmasında informasiya texnologiyalarının geniş tətbiqini nəzərə alaraq
kadr hazırlığı ilə məşğul olan təlim və tədris müəssisələrinin öz işlərini müasir əmək bazarının
tələbləri baxımından təkmilləşdirməsinə ehtiyac olduğu göstərilmişdir.
Dostları ilə paylaş: |