7. Sonuncu (quyruq) vaqon bələdçisinin əlavə vəzifələri
7.1. Sonuncu (quyruq) vaqonlara xidmət edən bələdçi vəzifəsinə ən azı bir illik iş
təcrübəsinə malik olan, müvafiq imtahan verdikdən sonra və sonuncu (quyruq)
vaqon bələdçisi vəzifəsini yerinə yetirmək hüququ verən xüsusi vəsiqə alan
bələdçilər təyin olunurlar.
7.2. Sonuncu (quyruq) vaqonun bələdçisi vaqonun qəbulundan sonra baş konduktor
çantasını almalıdır.
7.3. Sonuncu (quyruq) vaqonun bələdçisinə aşağıdakı əlavə vəzifələr həvalə edilir:
vaqonu qəbul edərkən sonluq işarə fənərlərinin şüşələrinin sazlığını və təmizliyini,
qatarın sonu işarəvericilərinin işıqlandırılması üçün elektrik lampalarının (40 Wt)
olub-olmamasını yoxlamaq, yolda hərəkət zamanı isə onların işinə nəzarəti təmin
etmək;
sərnişin qatarı avtobloklama ilə təchiz edilmiş sahələrdə dayandıqda, sonuncu
(quyruq) vaqonun bələdçisi qatar işarələrinin görünmə dərəcəsini yoxlamalı, mənzili
diqqətlə müşahidə etmək, arxadan qatarın gəldiyi göründükdə, onun dayandırılması
üçün tədbirlər görmək;
sərnişin qatarı stansiyadan yola düşən zaman, sonuncu (quyruq) vaqonun
bələdçisi sərnişin platforması tərəfə (platformanın sonuna qədər): gündüz – bükülü
sarı bayraq,
gecə – şəffaf ağ işığı olan əl fənəri göstərmək;
sərnişin qatarı mənzildə məcburi dayandıqda lokomotivin maşinistinin göstərişi ilə
sonuncu (quyruq) vaqonun bələdçisi tərəfindən çəpərləmə aparılır;
sərnişin qatarını çəpərləməyə ehtiyac olmadıqda lokomotivin maşinistinin işarəsi ilə
(bir uzun fit) qatarı çəpərləyən sonuncu (quyruq) vaqonun bələdçisi əvvəl qoyulmuş
çəpərləməni götürür;
sərnişin qatarı stansiyadan yola düşən zaman, sonuncu (quyruq) vaqonun
bələdçisi sərnişin platforması tərəfə (platformanın sonuna qədər): gündüz – bükülü
sarı bayraq, gecə – şəffaf ağ işığı olan əl fənəri göstərmək;
sərnişin qatarı mənzildə məcburi dayandıqda lokomotivin maşinistinin göstərişi ilə
sonuncu (quyruq) vaqonun bələdçisi tərəfindən çəpərləmə aparılır;
sərnişin qatarını çəpərləməyə ehtiyac olmadıqda lokomotivin maşinistinin işarəsi ilə
(bir uzun fit) qatarı çəpərləyən sonuncu (quyruq) vaqonun bələdçisi əvvəl qoyulmuş
çəpərləməni götürür;
sərnişin qatarının hərəkət istiqaməti dəyişdikdə, yolda hərəkət zamanı vaqon
açıldıqda və ya əlavə sərnişin vaqonları qoşulduqda sonuncu (quyruq) vaqonun
bələdçisi qatarın sonu işarəsinin şüşələrinin sazlığını və təmizliyini, qatarın sonu
işarəvericilərinin işıqlandırılması üçün elektrik lampalarının (40 wt) olub-olmamasını
yoxlamaq, yolda hərəkət zamanı isə onların işinə nəzarəti təmin etmək;
Dəmir yolunun Texniki Đstismar Qaydalarında nəzərdə tutulmuş hallarda
sonuncu (quyruq) vaqonun bələdçisi avtotormozun qısa yoxlanmasının icrasında
müəyyən edilmiş qaydada iştirak etməlidir;
sərnişin qatarı qrafik üzrə dayanması nəzərdə tutulmayan stansiyalardan keçərkən
sonuncu (quyruq) vaqonun bələdçisi qatarın keçməsinə nəzarət etməli və stansiya
növbətçisi, yoldəyişmə postunun növbətçisi, işarəverici və digər şəxslər tərəfindən
qatarın dayandırılması üçün işarə verildikdə, dərhal qatarı stop-kranla dayandır-
malıdır.
7.4. Əgər sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş sonuncu (quyruq) vaqonun
arxasına xidməti-texniki, poçt, baqaj-yük və ya sərnişinlərin daşınması üçün
nəzərdə tutulmayan digər tipli dəmir yolu vaqonları qoşulduqda bu Təlimatda so-
nuncu (quyruq) vaqonun bələdçisinin əlavə vəzifələri sərnişinlərin dayanması üçün
nəzərdə tutulan sonuncu (quyruq) vaqonun bələdçisinin üzərində qalır.
Dostları ilə paylaş: |