Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   17   18   19   20   21   22   23   24   ...   65
Xeste Qasım

              Sənəm gəl  
 
  Tərifli gözəllər gəlhagəl oldu, 
  Yaşıllı, zərbaflı, allı Sənəm gəl! 
  Ovçunu görəndə maral baxışlı, 
  Ay üzlü birçəkli, xallı Sənəm, gəl! 
 
Aşıq odur, bir söz desin özündən, 
Aləm bada gedər ala gözündən. 
Danışanda şəkər damar sözündən, 
Qaymaq dodaqları ballı Sənəm, gəl! 
 


 
147
 
Xəstə Qasım deyər: hənək hənəkli, 
Ağ üzündə qoşa xallar bənəkli, 
Ətlas nimtənəli, ipək köynəkli, 
Üstü-başı tirmə şallı Sənəm, gəl! 
 
 
               Olsun  
              (qarğış) 
 
Yeri gözəl, yeri sənə qarğaram, 
Ölənədək işin ahu-zar olsun. 
Siyah zülfün dal gərdəndə sərasər, 
Halqa-halqa, çinbəçində mar olsun. 
 
Gözəllər içində giryan olasan, 
Yanasan odlara, büryan olasan. 
Vəfalı yarlara qurban olasan, 
Onlara baxanda sənə ar olsun. 
 
Mən qurbanam yaxşı yarın muyuna, 
Hündür qamətinə, gözəl boyuna. 
Sənin soyun dönsün sonsuz soyuna, 
Gül açmasın bağçanızda, xar olsun. 
 
Ay qız, bir kəs bilməz sənin sirrini, 
Qiyamətdə yandırsınlar dərini. 


 
148
 
Yatan vaxtda şahmar vursun ərini, 
Naləsindən qulaqların kar olsun. 
 
Xəstə Qasım dost yolunda qalanda, 
Əl uzadıb qol boynuna salanda. 
Kefin durulanda, könlün olanda, 
Bizə gələn ayaqların var olsun. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin