Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   20   21   22   23   24   25   26   27   ...   65
Xeste Qasım

    Bu səhifədəki naviqasiya:
  • İndi
                Bu gen dünya üstümüzə dar ola, 
                Biz köçərik, yurdumuzda kim qala? 
                Əhmədimin rəngi-ruhu sarala, 
                Mənim sərvi- xuramanım necola? 
 
                 Mən Qasımam, daha qalmadı tabım, 
                 Qızılgüldən çəkilibdir gülabım. 
                         Cədvəl-kəş
6
 quranım, qırx cüt kitabım, 
                         Üstü zərli qələmdanım necola? 
 
 
         İndi 
 
Nə müddətdir həsrətini çəkirdim, 
Zənəxdanı etdin mənə, al indi. 
Talan salmış Hində, Bəlxə, Həbəşə, 
O qaş indi, o göz indi, xal indi. 
 
Məclisində al şərablar içilir, 
Buxağından ətri-güllər saçılır. 
Dindirəndə dəhanından açılır, 
Şəkər indi, nabat indi, bal indi. 
                                                 
6
 Xanələrə bölünməyə, hər xanənin bəzəkli haşiyələrə 
alınmağına işarədir. 


 
151
Qurban olum ulusuna, elinə, 
Zərnişan şəddəsin çalmış belinə. 
Payəndazdır nazlı yarın yoluna, 
Bu baş indi, bu can indi, mal indi. 
 
Yar geydiyi atlas ilə xaradır, 
Məni qoyub özgələrə varadır. 
Ay ağalar, mənim baxtım qaradır, 
Kitab açdım, belə gəldi fal indi. 
 
Xəstə Qasım, dost küyinə varanlar, 
Namus anlar, qeyrət anlar, ar anlar. 
Hərf içində əlif idim, yaranlar, 
Fələk əydi qəddim, oldum dal indi. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin