152
Əndəlib tək ayırdılar gülümdən,
Ah çəkərəm ürəyimdən, dilimdən,
Əğyar tənəsindən, mənim əlimdən,
Çəkdin cövrü-cəfa gəldin, sevdiyim.
Yar, qapında yaslanaram mən yüz il,
Sən təzə qonçasan, mən şeyda bülbül,
Bu dərd məni öldürəcək yəqin bil,
Sən dərdimə şəfa gəldin, sevdiyim.
Mən Qasımam sinəm haqqın kalamı,
Şükür haqqa, yar eşitdi nalamı,
Camalın şöləsi basmış aləmi,
Düşmüş qafdan-qafa gəldin, sevdiyim.
Dostları ilə paylaş: