Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə28/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   24   25   26   27   28   29   30   31   ...   65
Xeste Qasım

            Yaxşıdır 
 
Qüdrətən sən bir məclisə varanda, 
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur. 
Dindirəndə mərifətdən ver xəbər, 
Görən desin, bərəkallah yaxşıdır. 
 
İgidin mərfəti gərək dilində, 
Qocanın əsası gərək əlində, 
Biqeyrət oğulun ata yerində, 
Qaldığından qalmadığı yaxşıdır. 
 
Adam var ki, özgə bir işi bilməz, 
Qocalar da var ki, heç namaz qılmaz, 
Elə qohum var, bir məsrəfə gəlməz, 
Qeyri yadlar çox qohumdan yaxşıdır. 
 
Xəstə Qasım bir vaxt gəlir qonağın, 
Ona məsrəf olar düyilə yağın, 
O çox gülər, üzdən açıq qabağın, 
Bir şirin dil hamısından yaxşıdır. 
 
 
 
 
 
 


 
156

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin