Gəldi
Əvvəl, əvvəl bu dünyaya,
Adəm ata, həva gəldi.
Hökm olundu ilahidən,
Yerə abır, həya gəldi.
Kimlər idi qıldı sayə?
Kimlər əl götürdü xudayə?
Məhəmməd Əl Mustafayə,
Kəlmə- kəlmə ayə gəldi.
On iki dəstədi gülümüz,
Kəlmə gətirdi dilimiz.
Şahı mərdandı pirimiz,
Salman ona dayə gəldi.
Xəstə Qasım tutar yası,
Silinsin könlümün pası.
Behiştin bir dəst libası,
Fatimeyi Zəhraya gəldi.
160
Şeyfullahını
Qəzəb nak olanda, heydarı kərrar,
Kafərə yetirdi seyfullahını.
Cəbrayil şapərin salmasa yerə,
Zülfüqar kəsərdi gavu mahını.
O bəndi bağlayıb üstündə duran,
Ayı mişak edib günə hayqıran.
Şəhadət barmağıyla vurub sındırdı,
Xeybərə yetirdi yadullahını.
Əli Düldül mindi, Məhəmməd Buraq,
Qulam astananda ya şahı çıraq.
Abuzər Əlini eylədi qonaq,
Qırx yerdə söylədi mehmangahını.
Yığılıb bir yerə etdilər carı,
Fatimə onları çox gördü karı.
And içdi mən olum allaha sarı,
Mövlam çölə qoymuyub qədəmgahını.
Qəbul olsun Xəstə Qasmın duası,
Ərənlər sərdarı Qəmbər ağası.
Səs gəldi Fatmaya tutma bu bəhsi,
Əli ərşdə vurur şeyfullahını.
|