151
Qurban olum ulusuna, elinə,
Zərnişan şəddəsin çalmış belinə.
Payəndazdır nazlı yarın yoluna,
Bu baş indi, bu can indi, mal indi.
Yar geydiyi atlas ilə xaradır,
Məni qoyub özgələrə varadır.
Ay ağalar, mənim baxtım qaradır,
Kitab açdım, belə gəldi fal indi.
Xəstə Qasım, dost küyinə varanlar,
Namus anlar, qeyrət anlar, ar anlar.
Hərf içində əlif idim, yaranlar,
Fələk əydi qəddim, oldum dal indi.
Dostları ilə paylaş: