Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   21   22   23   24   25   26   27   28   ...   65
Xeste Qasım

             Sevdiyim 
 
Qədəm basdın didələrim üstünə, 
Sən xoş gəldin, səfa gəldin, sevdiyim, 
Qurban olum siyah çeşmin məstinə, 
Məgər sən insafa gəldin, sevdiyim. 
 
Sabahadək didələrim uymazdı, 
Sək rəqiblər qanımızdan doymazdı, 
O zalımlar səni mənə qıymazdı, 
Sən eylədin vəfa, gəldin, sevdiyim. 


 
152
Əndəlib tək ayırdılar gülümdən, 
Ah çəkərəm ürəyimdən, dilimdən, 
Əğyar tənəsindən, mənim əlimdən, 
Çəkdin cövrü-cəfa gəldin, sevdiyim. 
 
Yar, qapında yaslanaram mən yüz il, 
Sən təzə qonçasan, mən şeyda bülbül, 
Bu dərd məni öldürəcək yəqin bil, 
Sən dərdimə şəfa gəldin, sevdiyim. 
 
Mən Qasımam sinəm haqqın kalamı, 
Şükür haqqa, yar eşitdi nalamı, 
Camalın şöləsi basmış aləmi, 
Düşmüş qafdan-qafa gəldin, sevdiyim. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin