Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   16   17   18   19   20   21   22   23   ...   65
Xeste Qasım

               Olmaz 
 
Dəli könül, nə divanə gəzirsən? 
Bivəfa dilbərdən sənə yar olmaz. 
Düz çıxmaz ilqarı, əhdi - peymanı, 
Hərcayıda namus, qeyrət, ar olmaz. 
 
Üz  vermə nadana, sirr vermə pisə, 
Axır qəlbin ya inciyə, ya küsə. 
Ot bitər kök üstə, əsli nə isə, 
Yovşan bəsləməklə çəmənzar olmaz.  
 


 
146
Vəfalıya əmək çəksən itirməz, 
Bədəsil nəsihət, öyüd götürməz. 
Qabaq tağı tər şamama bitirməz, 
Göy söyüddə heyva olmaz, nar olmaz. 
 
Təklif olunmamış bir yerə varma, 
Nər olmaz meydanda, hər bığı burma. 
Seyraqub adama sən yaxın durma, 
Xain çıxar, onda düz ilqar olmaz. 
 
Xəstə Qasım günü keçmiş qocadı, 
Gələn bəzirgandı, gedən xocadı. 
Sərv ağacı hər ağacdan ucadı, 
Əsli qıtdı, budağında bar olmaz. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin