144
Bir gün olar, qohum, qardaş yad olar,
Demə, ulusum var, elim yaxşıdı.
Bir məclisə varsan özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə.
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olgunan,
Qadadan, bəladan qaçaq olgunan.
Aşıq ol, comərd ol, alçaq
3
olgunan,
Demə, varım çoxdur, pulum yaxşıdı.
Xəstə Qasım, kimə qılsın dadını,
Canı çıxsın, özü çəksin odunu.
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.
Dostları ilə paylaş: