Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   13   14   15   16   17   18   19   20   ...   65
Xeste Qasım

                   
Qalıbdı 
 
Köhnə Şamaxının seyrin eylədim, 
Əl dəyməmiş təzə bağlar qalıbdı. 
Elə köçüb gedib ulusu, eli, 
İşlənməmiş ağ otaqlar qalıbdı. 
 
Fələk, şad könlümdən alma həvəsi, 
Ayırma yarımdan, tutaram yası, 
Necə olub bu seyvanın yiyəsi? 
Dərd-qəmi var, tamam ağlar qalıbdı. 
 
Xəstə Qasım idim, şaha deyili, 
Çərxi-fələk, səndən mənəm gileyli. 
Elə köçüb gedib bivəfa Leyli, 
Bircə Məcnun, bir də dağlar qalıbdı. 
 
 


 
143
            Gülü məndən alınca 
 
Ay ariflər, bir tərlanım uçubdur, 
Sağ əlimdən sol əlimə alınca. 
Onu tutan xeyrü-bəhrin görməsin, 
Mən yazığın naləsi var dalınca. 
 
Gümüş kəmər bağlayıbdır belinə, 
Danışdıqca mail oldum dilinə. 
Gül uzatdım nazlı yarın əlinə, 
Canım aldı, gülü məndən alınca. 
 
Alimdən dərs aldım əlif, bey üçün, 
Sürahilər düzülübdü mey üçün. 
Dəli könül, qəm çəkirsən nə üçün, 
Qəmli günün şad günü var yanınca. 
 
Xəstə Qasım və’də verdi yüz ilə, 
Yaşılbaşlar göldən-gölə düzülə. 
Bir igid ki, qatarından üzülə, 
Ölüm yeydir, bu dünyada qalınca. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin