Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   9   10   11   12   13   14   15   16   ...   65
Xeste Qasım

                      
Qurbanı 
 
Qəriblikdə mənə həmdəm olan yar, 
Bir bəri gəl, ayaqların qurbanı. 
Şikəstə könlümə məlhəm olan yar, 
Dilin, dişin, dodaqların qurbanı. 
 
Könlüm istər yara qurban olmağa, 
Dolanıb başına  heyran olmağa. 
Ala gözlü yara mehman olmağa, 
Fərş döşənmiş otaqların qurbanı. 
 
Xəstə Qasım, sən yolundan azarsan, 
Məcnun kimi səhraları gəzərsən. 
Ala gözlü yara namə yazarsan, 
Qələmdanın, barmaqların qurbanı. 
 
                 Saz ola  
 
Usta, məni gözlərinə fəda qıl, 
Səndən saz istərəm, amma saz ola! 
Dindirəndə imran dillə danışa, 
Şeyda bülbüllər tək xoşavaz ola! 


 
139
Yamanı yamana, yaxşını mərdə, 
Tərifini edim hər düşən yerdə. 
Dolaşmaya simlər, vurmaya pərdə, 
Gözəllər tək onda işvə, naz ola! 
 
Xəstə Qasım sözüm söylərəm əyan, 
Elə car eylərəm, bəyanbəbəyan. 
Qiymətin soruşsan, tamam on tümən, 
Nə ondan çox ola, nə də az ola! 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin