62
Bu misra aşağıdakı kimi də işlədilir:
“Cədvəlkeş Quranım, qızıl kitabım”.
130
Nəticə
Xəstə Qasım, poeziyasında özünə qədər
mövcud olan şeir janrlarından, forma və şəkil-
lərindən bacarıqla istifadə etmiş, həmçinin bir
novator aşıq kimi bu sənətə yeniliklər gətir-
mişdir. Aşıq poziyasında mükəmməl cığalı təcnis
nümunələri, müstəzad, ağıla sığmaz hərbə-zor-
balar və qıfılbəndlər onun adı ilə bağlıdır. Onun
“Dağıstan səfəri” aşıq yaradıcılığında real-tarixi
dastanlar üçün bir başlanğıc və örnəkdir. Burada
o, məcazlara, aforizmlərə meydan verir, nəsihə-
tamiz şeirləri atalar sözləri ilə hörülür, yad-
daqalan ustadnamələr yaradır:
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı.
Görməzsən nakəsin pay verdiyini,
Versə də, töhmətin bol eylər-eylər.
Xəstə Qasımın şeirlərindəki həqiqətlər hə-
yatdan doğur:
Bir məclisə varsan özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə.
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam qolum yaxşıdı.
131
Xəstə Qasımın məzmunlu, dərin mündə-
ricəli ustadnamələri özündən sonra gələn sə-
nətkarlara həyat dərsliyi, dürüst yol bələdçisi, gə-
ləcəyə işıq tutan bir çıraq olmuşdur. Onun
ustadnamələri özünün ictimai dəyərini, məzmun
və forma gözəlliyini bu gün də saxlayır.
Xəstə Qasım öz sözlərinə, dediklərinə,
yaratdığı incilərə möhkəm inanırdı və onlara
ürəkdən bağlı idi. Onların zaman-zaman yaşaya-
cağına, uzunömürlü olacağına qəlbən inanırdı.
Xəstə Qasım öz zamanında neçə-neçə imtahan-
lardan keçmiş, qarşısına çıxan din xadimlərini,
müştehidləri, mənəm-mənəm deyən aşıqları
ağızlarını açmağa, nəfəslərini çəkməyə qoy-
mamış, ağılı, kamalı və sərrast, məntiqi cavabları
ilə onları susdurmuşdur. Özünün kimliyini mər-
di-mərdanə sübut etmiş, üz-üzə dayanıb onların
cavablarını vermiş, meydan oxumuşdu.
Ləzgi Əhmədlə hərbə-zorbalarla deyişən,
döyüşən Xəstə Qasım təkcə bir aşığa deyil,
yüzlərlə aşığa özünün nəyə qadir olduğunu sübut
etmişdir.
Çünki, Xəstə Qasım nəyə, hansı bilik xə-
zinəsinə sahib olduğunu, özünün böyük yaradana
qəlbən bağlılığını hər kəsdən yaxşı bilirdi.
Xəstə Qasım onu da bilirdi ki, onun
yaratdığı çətin və mürəkkəb qıfılbəndlərin qarşı-
sında çoxları aciz qalacaq, baş sındıracaq və
132
çoxlarının başına bu yolda əsər gələcəkdi. Xəstə
Qasımın əldə olan yarımçıq divanisinin bir
bəndində deyilir:
Haraylasam bu meydana bir nər oğlu nər gələr,
Qəzəbindən hirsi qalxar hey alnına tər gələr.
Cəhli salma, cəhd eyləmə bax beynin zora düşər,
Xəstə Qasımla üzləşmə başına əsər gələr.
Xəstə Qasım təkcə bu divanisində deyil,
başqa qoşma və gəraylılarında da onun qıfıl-
bəndlərinə sadə bir şəkildə baxanlara başa salır
ki, gücün düşməyən qapıya açar salma. O başqa
natamam bir qoşmasında da eyni mətləbdən söz
açır:
Bu bir xəzinədir, doludan dolu,
Bu bir dəryadı ki, yox üstə salı.
Qənirsiz gözəldi, Aydı camalı,
Baxdıqca, bax, şövqün sərasər gələr.
Elmi olanların əlində açar,
Elmi olmayanlar tez qalar naçar.
Yüz yol cəhd eyləsə, inanma açar,
Beyninə sədəmə, ya əsər gələr.
Xəstə Qasım bu gün də aşıq sənətinin
zirvəsində dayanır. Onun qıfılbəndlərinə, müəm-
133
malarına neçə əsrlər yaxın düşən, sirli-sehrli
sənət qalasının paqısına açar salan olmamışdır.
Bu gün də Xəstə Qasımın şeir-sənət abidəsi uca
dağ kimi dayanıb-durur, dalbadal gələn nəsillər
ona heyrətlə baxırlar. Xəstə Qasımın möhtəşəm
sənət dünyası hələ bundan sonra neçə-neçə
əsrləri yola salacaq, neçə-neçə nəsillərə zövq
verəcək. Öz tükənməz xəzinəsini gələcəyə apara-
caqdır. Səməd Vurğun demiş: “onun şeirləri ona
daha parlaq gələcək qazandıracaqdır.”
Əhsən, yaddaşlara əbədi həkk olunmuş
ecazkar sənətkara, onun möcüzələrlə dolu sirli-
sehrli sənətinə!. Əhsən, onun gecə-gündüz çağ-
layan şeir bulağına!.
Dostları ilə paylaş: |