Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   2   3   4   5   6   7   8   9   ...   65
Xeste Qasım

II  Fəsil 
 
Xəstə   Qasımın   çoxşaxəli  və 
mürəkkəb   yaradıcılıq  yolu 
 
Öz  sənət  yolunu  dəyişən,  yəni  qəzəlxan-
lıqdan  çıxıb  aşıq  sənəti  sahəsinə  keçən  Xəstə 
Qasım  yazılı  ədəbiyyatdakı  sənət  incilərini  yeni 
şeir formaları şəklində,  yəni qoşma, müstəzad və 
başqa  şəkillərdə  yazılı  ədəbiyyatdan  aşıq  poe-
ziyasına  gətirir.  Xəstə    Qasım  hələ  yaradıcılığı-
nın  ilk  çağlarından  başlayaraq  Nizaminin  mina-
catlarını,  meracnamələrini  ustadnamələrə  gətir-
diyi  kimi,  Nizaminin  yaradıcılığından  elə örnək-
lər,  elə  təşbihlər  alıb  aşıq  yaradıcılığına    gətirir 
ki, insan heyrətə gəlir.  
 
Nizami bir müdrik kəlamında deyir: 
 
Əvvəl əyri bitən bir cavan budaq, 
Zənn etmə, qocalsa düzgün olacaq.
39
 
 
Həmin  beyti  Xəstə  Qasım  yenidən  belə  səs-
ləndirir: 
 
Əvvəl yerdən çıxan əyri ağacı, 
   Yüz min usta rəndələsə düz olmaz.
40
 
                                                 
39
 Nizami Gəncəvi.  “Xosrov və Şirin”,  Bakı, 1962, səh. 222. 
40
 Xəstə Qasım. Bakı, 1975, səh.10. 


 
44
 
 
Nizami  həmin  fikri  eyni  əsərində  başqa  şəkildə 
də  işlətmişdir.  Hər  dəfə  ifadə  etdiyi  fikrə,  təsvir 
etdiyi  vəziyyətə  uyğun  olaraq  şair  xalqın  təfək-
kür  xəzinəsindən  yeni-yeni  şəkillərdə  istifadə 
edir.  “Əvvəl  yerdən  əyri  bitən  ağac”  obrazlı  ifa-
dəsi,  çox  güman  ki,  Nizamidən  əvvəl  xalq  tərə-
findən  yaradılmış,  işlənmişdir.  Xalqın  yaratdığı 
bu obrazdakı məna silqətini, məzmun dərinliyini 
yaxşı  duyan,  qiymətləndirən  şair  də  ona  biganə 
qalmamış, yaradıcı şəkildə əsərinə daxil etmişdir. 
 
Əgər əyri bitsə əvvəldən calaq, 
Onu od düzəldər düzəltsə ancaq.
41
 
 
Xəstə Qasım Nizami şeiri ilə səsləşən beytlərə 
bənzər  daha  gözəl,  aforistik  ifadələr  işlədir. 
Xəstə Qasım deyir: 
 
Bir hörgü ki, binəsindən kəc ola, 
Başı ərşə dəysə, dibi düz olmaz. 
 
 
Axtarışlar  dərinlərə  getdikcə,  Xəstə  Qası-
mın nə böyük düha olduğu, istedadının gücü üzə 
çıxır.  Bizə  daha  yeni  fikirlər  söyləyir.  Biz  heç 
ağlımıza  da  gətirməzdik  ki,  Xəstə  Qasım  “Dön 
qəbristanə  bax”  misrası  ilə  başlayan  divanisini 
                                                 
41
 Nizami Gəncəvi.  “Xosrov və Şirin”,  Bakı, 1962, səh. 267. 


 
45
yazmamış,  daha  əvvəl  Xaqaninin  “Bax”  şeiri  ilə 
tanış  olmuş,  onu  oxumuş  və  bu  şeir  onun  var-
lığına  hopmuş,  sinəsində  Xaqani  bulağı  çağla-
mışdı.  Xaqaninin  “Bax”  şeirindən  bir  parça 
nümunə  vermək  hər  şeyin  göz  qabağında  aydın-
laşmasına səbəb olacaqdır:  
 
Evdə qəlbin tutulmuşsa, kənarə çıx, cahana bax, 
Bir dəfə bağa girdim, orda sərvrəvana bax! 
 
Əvvəlcə gəz bağ-baxçanı sonra get qəbristana, 
Dostlarını gəl gör deyən bu xaraba məkana bax! 
 
Çox badamı göz görərsən, tora düşmüş quşlar kimi, 
Həmişəlik bağlı qalmış, neçə püsd dəhana bax! 
 
Mənəm-mənəm deyən canlar bütün yerin altındadı, 
Torpaq altda qübar olmuş qəmər üzlü canana bax! 
 
Ey Xaqani, nə dayanıb bu dünyaya bağlanmısan? 
Bir göz qırpımında onlardan görünməyən  
                            
 
 
     nişana 
bax!
42
 
 
 
                                                 
42
  Xaqaninin  aşıqların  repertuarında  qalmış  bu  şeir  parçası  Xəstə 
Qasımın  “Bax”  rədifli  şeiri  ilə  yanaşı,  ona  bənzər  nümunə  kimi 
oxunulur.  Xaqaninin  bu  şeirini  Daşkəsənli  Aşıq  Sovqat  da  məc-
lislərdə  Xəstə  Qasımın  “Bax”  rədifli  divanisi  ilə  bərabər  ustadnamə 
kimi  dilə  gətirir.  Hətta,  Xəqaninin  həmin  şeirini  tanınmış  müğənni 
Könül Xasıyeva da çox məharətlə ifa edir. 


 
46
Şeirə diqqət yetirək: 
Xaqaninin  iki  beyt  şeiri  ilə  Xəstə  Qasımın 
divanisindəki bir bənd şeiri müqayisə edək. Onda 
bilərik  ki,  Xəstə  Qasım  hansı  sərçeşmənin  gö-
zündən içib, feyziyab olub. Onlardan təsir alaraq 
aşıq poeziyası üçün nə gözəl ərmağanlar dünyaya 
gətirmişdir.  Məsələn;  Xaqani  həmin  şeir  par-
çasının iki beytində deyir: 
 
Əvvəlcə gəz bağ-baxçanı sonra get qəbristana, 
Dostlarını gəl gör deyən bu xaraba məkana bax! 
 
Və yaxud: 
 
Mənəm-mənəm deyən canlar bütün yerin altındadı, 
Torpaq altda qübar olmuş qəmər üzlü canana bax! 
 
Xəstə Qasım: 
 
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax! 
Üz çevir haqqın yoluna, haqq ilə divanə bax. 
Bu dünya dediyin boş müsafirxanədir, 
Hər gələn köçər,  hər gedən mehmanə bax. 
 
 
Xəstə  Qasımın  gücü  təkcə  istedadında  de-
yil, dərin mütaliəsində və özündən əvvəlki Azər-
baycan  xalqının  bədii  söz  təfəkkürünə  dərindən 
bələd olmasındadır. 


 
47
Xəstə  Qasım  Nizami  və  Xaqani    kimi  klas-
sik  sənətkarlarla  bərabər,  eyni  zamanda  Füzu-
linin və digər klassiklərin yaradıcılıqlarına dərin-
dən  bələddir.  Onların  ədəbi  irsindən  yaradıcı 
şəkildə  bəhrələnir  və  onlarla  öyünür,    fəxr  edir.     
O, Ləzgi Əhmədə deyir: 
 
       Ləzgi Əhməd mənəm Füzuli nəsli, 
  Bəhrlərdə mən ümmanam, sən nəsən? 
  Dərin kitabları məna eylərəm, 
  Dərd bilənəm, söz qananam, sən nəsən? 
 
Xəstə Qasım nəinki Füzuliyə, hətta Şah İsma-
yıl  Xətayinin  və  böyük  Füzulinin  oğlu  Fəzlinin 
yaradıcılığına  da  dərindən  bələddir.  Fəzli    yara-
dıcılığında  qəzəl-müstəzada  xüsusi  yer  vermiş-
dir.  Onun bir qəzəl-müstəzadına diqqət yetirək: 
 
Ey sərvi-səhi, sən gələli seyr ilə bağə, 
                                     Sən çəkmədi ər ər. 
Çox alinəsəblər özünü saldı ayağə, 
                                        Qul oldu sənubər. 
Sünbül özünü zülfünə bənzətti nigarın, 
                                     Bildi ki, xətadır. 
Dağlarda bitən üzü qara, başı aşağə, 
                      Qayğulu, mükəddər.
43
 
 
                                                 
43
 “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, Bakı, 1943, I cild, 
səh.227. 


 
48
Bizcə  Xəstə  Qasım  da  belə  qəzəl-müstəzad-
larla  tanış  olandan sonra  sazın  tələblərinə uyğun 
olaraq  heca  vəzni  ölçüsündə  yeni  aşıq  şeiri 
yaratmağa  başlamış  və  qoşma-müstəzad,  yaxud 
ayaqlı-qoşmanın binasını qoymuşdur. 
 
Bir çarşıda dörd dərvişə uğradım, 
Dördü bir-biriynən eylər ixtilaf. 
Dördünün də dili ayrı, dini bir, 
İki də biz, onlarınan şəş cahat. 
                                        Əsil kainat. 
Bir şəhərin gördüm padşahını, 
Qulun, yasovulun, hər dəstgahını. 
Üç yüz altmış altı xoş süpahını, 
Onlar bir kişidən istədi sursat, 
                                  Xoş çəkər səffat. 
 
 Altı, səkkiz, doqquz idi binası, 
Otuz cəlalı var, bəyaz sinəsi. 
Altı min altı yüz məddü mənası, 
Ərəb idi, əcəm idi, türkü tat. 
                                   Bir ismə fəryad. 
 
Altıdan qırxatan sərgərdan idi, 
İki yüz otuzda özün tanıdı; 
Altı min altı yüz pasiban idi, 
Kimi yahu çəkər, kimi əssalat, 
                                Kim edər fəryad. 
 


 
49
İki dərya xoş görünmür gözünə, 
İki qırx, dörd gəlməz ərin dizinə; 
Xəstə Qasımın bu şerinə, sözünə, 
Qazı, molla, müctəhidlər qaldı mat 
                                 Tapmadı kəlmat. 
 
Bir  başqası  da,  yəni  Xəstə  Həsən  adlı  biri 
Xəstə Qasımın bu şeirini öz adı ilə Aşıq Ələsgərə 
göndərir.  Aşıq  Ələsgər  Xəstə  Qasımın  ruhundan 
icazə  alıb  formaca  qoşma-müstəzad,  məzmunca 
qıfılbənd  olan  Xəstə  Qasımın  həmin  şeirinə 
cavab söyləyir: 
 
Dörd kitab hər yana yolu göstərir, 
Nəfs ilə mərifət olur şeş cahat. 
Belə əmr eləyib qüdrəti-qadir, 
Bu əmrə qol qoyan tez tapar nicat. 
                                              Eylə etiqad. 
 
Şəhr aydı, bayram onun gülüdü, 
İki ay bir-birinin müttəsilidi, 
Üç yüz altmış altı gün-bir ilidi, 
Səkkiz min yeddi yüz səksən dörd saat, 
                                         Gəl verim isnat. 
 
Altıda qarışdı Nuhun tufanı, 
Qırx ildə sərgərdan gəzdi hər yanı. 
 


 
50
Altı min altı yüz insan, heyvanı, 
Hərə öz diliynən eylədi fəryad, 
                                            İstədi imdad. 
 
Neçə müddət qərq oldular tufana, 
Əmr etdi, kəbutər gəzdi hər yana, 
İki yüz otuzda tapdı bir dənə, 
Nuh üçün fəmində gətirdi sovqat. 
                                        Qıldı ibadət.  
 
Altmış altı ayə niyə danmısan? 
Belə məlum, bizi avam sanmısan. 
Dünya cifəsinə sən aldanmısan, 
Unutma üqbanı, bu dünyanı at, 
                                      Afərin, ustad! 
 
Qasım “qaf”ınandı, Həsən “hey”inən, 
Xeyir çəkməz ustadınan deyinən, 
İşim yoxdu seyyidinən, bəyinən, 
İxtiyarımdadı qalan məxluqat, 
                                   Daimi- övqat. 
 
Aşıq Ələsgərdi, soruşsan adım, 
Huş başımdan gedib, yoxdu savadım. 
 
 
 
 


 
51
Sözlə mətləb yazmaq deyil muradım, 
Arifə eyhamla yazıram hürfat, 
                                   Sədrin olsun sat!
44
 
 
Göründüyü  üzrə  formaca  qoşma-müstəzad, 
məzmununa  görə  isə  qıfılbənddir  ki,  Xəstə  Qa-
sım  bunun  da  ən  kamil  ustadlarından  biridir. 
Onun  məharətlə  qoşulmuş  qıfılbəndləri  özündən 
sonra  sənət  meydanına  gəlmiş  neçə-neçə  ustad 
aşığı çətinlik qarşısında qoymuş, günlərlə, aylar-
la  düşünməyə,  baş  sındırmağa  vadar  etmişdi. 
Onlardan bir neçəsini Aşıq Ələsgər,  onun qardaş 
oğlu  Növrəs  İman  və  Şəmkirli  Həsən  Pərvanə  
açmış,  bir  sıra  qıfılbəndləri  isə  hələ  də  bağlı 
qalmaqdadır. 
 
Bir ov gördüm, öz yerində çarasız, 
Bədənindən qanlar axır, yarasız. 
 
 
Növrəs  İman  Xəstə  Qasımın  ruhundan 
icazə istəyib, onun qıfılbəndini belə açır.  
 
Xəstə  Qasımın  qıfılbəndini  Aşıq  Sadıq  öz 
adından  dediyi  üçün  biz  Xəstə  Qasım  əvəzinə 
Aşıq Sadığın adını dilə gətiririk və qarşısında da 
Növrəs İmanın açmasını veririk.  
 
                                                 
44
 Aşıq Ələsgər.  Bakı, 1963, səh. 471 


 
52
Xəstə Qasım: 
 
Adəmnən ol xatəmə natiqi Quran mənim, 
Din mənim məssəb mənim, yol mənim ərkan                              
                                                                mənim, 
     Bağ mənim, bağban mənim, kövsəri-rizvan   
                                                                mənim, 
Gül mənim, bülbül mənim, sünbülü-reyhan 
                                                              mənim, 
Yerdə insan, göydə qılman, ərşdə aslan  
                                                              mənim. 
 
 Xəstə Qasımın şeirini deyən Aşıq Sadıq belə 
düşünür  ki,  bu  qıfılbənd-divaniyə  girmək  İman 
üçün çox çətin olacaqdır, lakin belə olmur. İman 
divaniyə  divani  ilə  cavab  verir.  Elə  qiymətli  bir 
divani  yaradır  ki,  elə  bil  mərmərdən  bir  bina 
tikir, insanların gözünü qamaşdırır: 
 
Xəstə Qasım: 
 
Abi ataş, xaki badda yaratdı sübhan bizi, 
Altı mindən altı yüz, isbat qıldı üç yüzü, 
Dörd yüz arxa bağladı, dəryada qırx dörd dənizi, 
Yetmiş üçün mən biriyəm, altmışın qırx səkkizi, 
Beş içində altı məkkə, səkkiz yüz fərman mənim. 
 
 


 
53
İman: 
 
Abi ataş oddu, sudu, xaki-torpaq, badi yel,  
Altı mindən altı yüzdü həmidi nizamı bir il, 
Sünnət əmri nəhyi məkrul dörd yüz qırx dörd  
                                                              onu bil, 
Sam içində müqəddimat, məkkə səkkiz yüz səbil, 
Bu elmi də xaliq verib dərsimi pünhan mənim. 
 
Xəstə Qasım: 
 
Yeddi eyvan, səkkiz seyvan, qırx sütunun bir 
                                                                   ləngəri, 
Yeddi molla, yeddi dərviş, yeddi pust, yeddi dəri, 
Yeddi min qırxdan irəli, səkkiz yüz dörddən bəri, 
Bu işləri cəm eyləyənin başına əsər gəli, 
Pir mənim, ustad mənim, yol mənim, ərkan  
                                                                  mənim.  
 
İman: 
 
Yeddi eyvan cəhənnəmdi, səkkiz rizvan səda, 
Ənbiyələr övliyalar qırx sütun ləngər xuda, 
Yeddi səthi, yeddi şəkki, yeddi ruz, yeddi nida, 
Yeddi min keçən tarix, səkkiz yüz dördü cida, 
Həm binasız, həm vəfasız, nə olsa viran mənim. 
 
 


 
54
Xəstə Qasım: 
 
Beşdi nisbi həşt içində yar bizə isbat edər, 
Altı mindən altı yüzdə otuz dördü izah edər, 
Bir mürəkkəbdə oxunan surəni əyyat edər, 
İncil, Tövrat, Zənbur, natiqi-Quran mənim. 
 
İman: 
 
İslamiyyətlik aləmində, iyirmi səkkiz hərf var, 
Xaçpərəstdə altı artıq, otuz dördü aşikar, 
Bir türfədə nəzər qılsa heydəri-düldül suvar, 
Bu eynidə nitqə gəlsə, əhv olunan can mənim. 
 
Xəstə Qasım: 
 
Xəstə Qasım Tikmədaşlı sahibi-cümlə xəta, 
Var ümidim taci mehrac billəm eylər əta, 
Olsa dəftər, gəlsə rəhbər, bir şahsüvar innafata, 
Rəzmi-qaf günahım olsa, əhv eylər rəhman  
                                                                 mənim. 
 
İman: 
 
Növrəs İman Göyçə elli sidqi şahi-Heydərə, 
Ərş əladan vəhi gəldi biz yazdıq dəftərə, 
Xaliq özü şəfayətcil yazdı ruzi-mənşərə, 
 


 
55
Tifil ikən mədh içində hökm qıldı Əjdərə, 
Yoxdu qorxum qurulanda ədalət divan mənim. 
 
Dağıstanda Həsən Pərvanə aşıqlarla deyişir. 
Onlar Xəstə Qasımın şeirini qıfılbənd kimi deyir-
lər. Ələsgər və Növrəs İman kimi Həsən Pərvanə 
də  Xəstə  Qasımın  ruhundan  icazə  alıb  onun 
qıfılbəndini açmağa başlayır: 
 
Xəstə Qasım: 
 
Beş yaşımdan on beş yaşa yetişdim, 
Beşin atdım, beşin tutdum, beşi nə? 
Haqq tərəfdən doğru yola yetişdim, 
Bəlli oldum mən biyabar beşi nə? 
 
Həsən Pərvanə: 
 
Beş yaşından on beş yaşa yetişən, 
Beşi səqir, beşi kəbir, beş ayaq. 
Haqq tərəfdən doğru yola yetişən, 
Beş kimsənə onu ulaşa varə, 
Əli, Məhəmməd, Fatimə, Zəhra, Hüseyn. 
 
Xəstə Qasım: 
 
Ömür bənzər dağ başında dumana,  
Qəflətcə mən də yetdim ümmana, 


 
56
On beş şey vacib oldu islama, 
Beşi Sulidin, beşi Firudin, beşi nə? 
 
Həsən Pərvanə: 
 
Ömür bənzər dağ başında dumana, 
Bu gün varsan, sabah qalıb gümana. 
Qəflətcə mən də yetdim ümmana. 
On beş şey vacib oldu islama. 
Beşi Firudin, beşi Sulidin, beşi qunut. 
 
Xəstə Qasım: 
 
Xəstə Qasım qaldı həyat içində, 
Din bir, xuriman şərait içində, 
On beş şey də gəldi səlat içində, 
Beşi oruc, beşi namaz, beşi nə? 
 
    Həsən Pərvanə: 
 
Həsən qaldı Quran bəyaz içində, 
İnşallah atəşin yanmaz içində, 
On beş şey də gəldi səlat  içində, 
Beşi oruc, beşi namaz, beşi zafiyət. 
 
 
Göyçənin  Nəriman  kəndindən  olan  şair 
Bəhmən  də  Xəstə  Qasımın  bir  bağlamasını  aç-


 
57
mağa  girişmişdir.  Həmin  bağlama-qıfılbəndi  də 
burada verməyi məqsədəuyğun hesab etdik.  
 
      Xəstə Qasım: 
 
Bir əcayib nəsdə gördüm, kökü bir, budağı üç, 
Hər ağacda altmış çiçək, yüz səksən yarpağı üç. 
Cəm idi on iki, on üç, altı, otuz sərasər, 
Yeddi təbib  açar, yumar baxçası bir, bağı üç. 
 
    Göyçəli Bəhmən: 
 
O bir ildi fəsilləri sürüb nizamı üç, 
Du mühitə altmış ruz, yüz səksən qulağı üç. 
Cəm eylədi on iki aydı, otuz gündən sərbəsər, 
Yeddi, on kam veribdi əziz bayramları üç. 
 
     Xəstə Qasım: 
 
Bu bağın meyvəsinin hər birinin bir dadı var, 
Nə suyu, nə havası, nə göz görür adı var. 
Həm hökm edər soltana, fəryadı var, dadı var, 
Məhsi vardı, zisəni yoxdu bülbülü bir dağı var. 
 
   Göyçəli Bəhmən: 
 
Fəsillərdə ayrı hava, hər birinin bir dadı, 
Həm bənnasız, bil vəfasız rüzgarın adı. 


 
58
Hər kim olsa ömür fəna, əgər şərbət dadı, 
İsmində var, cismində yox, bir fəslin ayları üç. 
 
     Xəstə Qasım: 
  
Ağlı sərdə, fikir dərdə həmdəmi divanıdı, 
Biya-biya, güca-güca, məhsədə xoş mənadı. 
Xəstə Qasım hey deyibən, nu gedər bilməyən  
                                                                    fənadı. 
Bağban oldum nu becərdim şamama bir, tağı üç. 
 
    Göyçəli Bəhmən: 
 
Ağlı-huşu cəm eylədim, olmaram divanəsi, 
Biya-biya, gəl-gəl gücanın xoş mənası. 
Şair Bəhman izhar eylər axırda aya nası, 
Bir gün olar bağ pozular nə gedər yolları üç. 
 
 
Xəstə  Qasımın  qıfılbəndlərinin  açılması 
təxminən  iki  əsrdən  çox  çəkmişdi.  Çox  sənətkar 
bu yolda baş sındırmış, lakin onun qıfılbəndlərini 
açmağa  cəsarət  göstərə  bilməmişlər.  Bizə  belə 
gəlir  ki,  Növrəs  İman  müstəsna  olmaqla  Həsən 
Pərvanə,  Nərimankəndli  şair  Bəhmən  və  başqa-
ları  Xəstə  Qasımın  qıfılbəndlərinə  müəyyən  ca-
vablar  versələr  də,  onun  qədər  dərinliklərə  gedə 
bilməmişlər.  Xəstə  Qasım  qoşma  və  gəraylıla-
rında,  divanilərində  dönə-dönə  qeyd  edir  ki, 


 
59
mənim  qıfılbəndlərimi  açmağa  səy  göstərənlərin 
“başına əsər gələr”. Doğrudan da, Xəstə Qasımın 
ölümündən    iki  yüz  ildən  artıq  zaman  keçəndən 
sonra  ilk  dəfə  olaraq  Göyçəli  Aşıq  Ələsgərin 
qardaşı  oğlu  Növrəs  İman  onun  ruhundan  icazə 
alaraq  qıfılbəndlərini  açmağa  səy  göstərir. 
Növrəs İmanın həqiqətən başına əsər gəlmiş, ağlı 
yerindən  oynamış,  bilmədiyi  məkana  üz  tutub 
getmişdir. Onun getdiyi coğrafi məkan bu gün də 
bəlli deyildir. Hətta, məzarının da yeri bilinmir.  
Xəstə  Qasımın  qıfılbəndlərindən  aydın  olur 
ki,  o,  dərin  elmi  biliyə,  geniş  dünyagörüşünə 
malik, savadlı bir şair-aşıq olmuşdu. Onun Ləzgi 
Əhmədlə  deyişmələrində  kainat  çərçivəsində 
olan  təbiətin  dürlü-dürlü  möcüzələrinə,  ayla 
günə,  eyni  zamanda  təbiətin  flora  və  faunasına, 
real  elmi  biliklərə  əsaslanan  məsələlərə  toxu-
nulur.  Biz  fikrimizi  əyaniləşdirmək  üçün  Ləzgi 
Əhmədlə  Xəstə  Qasımın  bir  qıfılbənd-deyişmə-
sini nümunə veririk: 
Ləzgi Əhməd: 
 
Səndən xəbər alım, ay dədə Qasım, 
O nədir ki, dürlü-dürlü halı var? 
Nədən hasil oldu ərşin arğacı? 
O nədir ki, toxunmamış xalı var? 
 
 


 
60
Xəstə Qasım: 
 
Sənə cavab verim, ay Ləzgi Əhməd, 
Bahardır ki, dürlü-dürlü halı var. 
Nurdan xəlq olundu ərşin arğacı, 
O buluddur ki, toxunmamış xalı var. 
 
Birinci  bəndlərdə  təbiətin  dürlü-dürlü  halın-
dan, ərşin arğacından, buludun toxunmamış xalı-
sından,  baharın  möcüzələrindən  bəhs  olunur. 
Göyün  dayaqsız  olmasından,  boyaqsız  boyan-
masından  bəhs  olunduğu  yerdə  təbiətin  digər 
möcüzələrinə  diqqət  yetirir.  “O  nədir  ki,  doğar 
əlsiz-ayaqsız?”  -  deyə  suallar  verilir,  cavabları 
təbiidir.  Göyün  bir  çadır  olaraq  dayaqsız  dayan-
ması,  ayla  günün  boyaqsız  boyanması  təsvir 
olunmaqla  yanaşı,  əlsiz-ayaqsız  doğulan  qurba-
ğanın  üç  ayda  əl-ayağı  düzəlir.  İnsan  ağlını  qu-
maşa  bənzədir,  buğdanın  dimdiyindən  balala-
dığını  göz  önünə  gətirirlər.  Bu  gözəlliklər 
içərisində  kəpənəyin  qanadındakı  xalını  yada 
salırlar. Ümumiyyətlə, Xəstə Qasımla Ləzgi Əh-
məd  arasındakı  deyişmələrdə  kainatın  daxilində 
nələrin  dövran  etməsi,  onda  hansı  hadisələrin, 
möcüzələrin  baş  verməsi  və  insan  idrakına 
sığacaq  dərəcədə  bilik  verilir.  Bu  deyişmələr 
içərisində ziddiyyətli görünən nədir? 


 
61
 
Heyif  ki,  Azərbaycan  folklorunda  “Azər-
baycan  aşıq  yaradıcılığı  və  islam  mədəniyyəti” 
problemi  həll  olunmamışdır.  Halbuki,  bu  prob-
lem  çox  məsələlərdən  vacibdir.  Xalq  dastanla-
rında, eləcə də klassik aşıqların qoşmasında olan 
dini  hadisələrin  yozumu  düzgün  təhlil  və  tədqiq 
olunmur.  Məlumdur  ki,  Azərbaycan  folklorunda 
xüsusilə əfsanələrdə, dastanlarda zərdüştiliklə is-
lam görüşləri həmişə üz-üzə dayanır və ziddiyyət 
yaradır. İslami dünya görüşünü, Həzrət Əli,  ob-
razlı  şəkildə  desək,  Reyhanəli  təmsil  edir. 
Ümumiyyətlə,  Türkmən  və  Azərbaycan  folklo-
runda olan Ərəb Reyhan Reyhanəlidir, yəni Həz-
rət  Əlidir.  Zərdüştiliyi  folklorda  təmsil  edən 
Salsal pəhləvandır.  
Reyhanəli  bir  səhər  Tovuzun  Torpaqqalasına 
gəlir,  səsə  Salsalın  həyat  yoldaşı  Şamama  Nigar 
çıxır.  Üzü  niqablı  Ərəb  Reyhan  və  yaxud  Rey-
hanəli qadına təklif edir ki, müsəlmançılığı qəbul 
et.  İslamın  şərtləri  Şamama  Nigara  xoş  gəlir  və 
müsəlmançılığı  qəbul  edir.  Ərinə  də  təklif  edir 
ki, sən də qeydsiz, şərtsiz islam dininə gəl. Salsal 
pəhləvan etiraz edir. Səhər açılır, Şamama Nigar 
deyir: 
- Salsal dur cavabını ver, dünənki üzü niqablı 
ərəb  gəlibdir.  İslam  dinini  qəbul  etməyə  etiraz 
edən  Salsal  üzü  niqablı  ərəblə  döyüşə  başlayır. 


 
62
Axşamdan  müsəlmançılığı  qəbul  edən  Şamama 
Nigar eyhamla bildirir ki: 
 -  Ərəb  Reyhan,  Salsalın  köynəyini  cır.  Neçə 
ki,  onun  köynəyi  əynində  salamatdır,  sən  ona 
qalib  gələ  bilmərsən.  Ərəb  Salsalın  köynəyini 
cıran  kimi  o  qaçır.  Uzaqda  bir  sal  daşın  üstünə 
başını  qoyub  ərəb  pəhləvana,  gəl  başımı  kəs 
deyir. Ərəb pəhləvan soruşur: 
 
- Məndən qorxubmu qaçdın?  
 
- Yox, mən o yerə qədər qaçdım ki, atamın 
başı  o  yerdə  basdırılıb.  Mən  atamın  qəbrindən  o 
tərəfə keçə bilməzdim. 
Həzrət Əli deyir: 
-
 
Sən  bu  qədər  ki,  ağıllı  adamsan,  yüksək 
insani  keyfiyyətlərin  var,  gəl  qardaş  olaq.  Salsal 
deyir: 
-
 
Biz  qardaş  ola  bilmərik.  Sən  mənim 
zərdüştilik köynəyimi   cırmısan.
45
 
 
Həmişə  bir  qayda  olaraq  islam  dininə  baş 
əyənlər zərdüştlüyü pisləyir, hər vəchlə onu səh-
nədən  silib  atmağa  çalışırlar.  XVI  əsrdə  Dirili 
Qurbani  ona  görə  dədələrin  son  nümayəndəsi 
Dədə  Yediyara  Gəncədə  qalib  gəldi  ki,  artıq 
Dirili Qurbani islam dinini, Quranın ayələrini də-
rindən mənimsəmişdir. Dədə Yediyar kimi qoca-
                                                 
45
 Sədnik Paşayev. “Azərbaycan türklərinin xalq əfsanələri”,                
    Bakı, “Azərnəşr” nəşriyyatı,  2009, səh. 322 


 
63
man sənətkarlar yeniliyə o qədər meyilli deyillər. 
Qurbaninin  qələbəsindən  sonra  Gəncədə  “Ozan” 
məscidi  inşa  olundu,  (Əlbəttə,  o  indiki  ozan 
məscidi  deyildi).  Sadə  tikilmiş  ozan  məscidinin 
yerində  sonralar  əsaslı  bir  ozan  məscidi  tik-
ilmişdir.  Ozanlar,  aşıqlar  ozan  məscidinə  ayaq 
açdılar.  Dini  ayinləri,  Quranı  mükəmməl  öyrən-
məyə  başladılar.  1950-ci  ildən  üzü  bəri  aşıq 
Hümbətin və başqa sənətkarların ozan məscidinə 
azana gəldiyini görmüşəm. Gəncədəki ozan məs-
cidi tək bir məsciddir ki, ozanın adını daşıyır. Bu 
qədim ənənəyə Gəncə şəhərində ustad Aşıq Ma-
yıs  da  bu  gün  də  əməl  edir.  Özü  ilə  bərabər 
aşıqları namaz vaxtı məscidlərə aparır.  
 
Vaxtilə  Xəstə  Qasımın  da  günləri  məscid-
lərdə  keçmişdi.  Ləzgi  Əhməd  bir  deyişməsində 
Xəstə  Qasımın  zərdüştiliyə  qarşı  münasibətini 
yoxlamaq istəyir. O, bir qıfılbəndində deyir: 
 
Ləzgi Əhməd: 
 
Ləzgi Əhməd, heç vəsfindən doymazlar, 
O nədir ki, götürərlər qoymazlar? 
Kimlərdir ki, məzarı yox, yumazlar? 
Bu nə qonhaqondur, bu nə köçhaköç? 
 
 
 


 
64
Xəstə Qasım: 
 
Xəstə Qasım, heç vəsfindən doymazlar, 
O ölüdür, götürərlər, qoymazlar. 
Atəşpərəstlərin məzarı yox, yumazlar, 
Dünya qonhaqondur, ölüm köçhaköç. 
 
 
Bu  şeir  nümunələrindən  də  aydın  olur  ki, 
Zərdüşt  dinini  səhnədən  çıxarmağa,  “Avesta”nı 
gözdən salmağa fürsət axtarırlar. Həmid Araslı  
qeyd edir ki, Möhtəsim Bağdadda xəlifə olarkən 
zərdüşt  rahibləri  xəlifənin  yanına  gedirlər  və 
bildirirlər  ki,  “Avesta”  bizim  dini  kitabımızdır. 
Onu  yandırmağa  icazə  verməyin.  Möhtəsim 
deyir: 
 
- Mən tapşırmışam, əgər “Avesta” Qurana 
ziddirsə,  onu  heç  vaxt  saxlamaq  olmaz.  Yox, 
“Avesta”da olanlar Quranda da varsa ona ehtiyac 
yoxdur.  
 
Nizami Gəncəvi “Xosrov və Şirin” poema-
sının  əvvəlində  Allaha  müraciətlə  minacat  və 
peyğəmbərin şəninə xoş sözlər söyləyir. Bununla 
yanaşı  əsərin  daxilində  Zərdüşt  dinindən,  onun 
müsbət cəhətlərindən geniş söhbət açır.  
 
Əsərdə  Xosrov  şikar  zamanı  bir  kəndlinin 
evində özbaşınalıq edib keyfə başlayır, atı kənd-
linin  varını  ayaqlayır,  nizamını  pozur.  Qulu  ba-
ğın  qoralarını  (üzümünü)  dərir.  Atası  Hörmüz 


 
65
bundan xəbər tutub Xosrovun atının ayaq damar-
larını  kəsdirir.  At  və  Xosrovun  təxti  ev  sahibinə 
verilir.  Çalğıçısının  cənginin  tel  qatarını  qopa-
rırlar.  Nizami  Zərdüşt  dövründə  doğma  övlada 
verilən cəzanı belə qiymətləndirir: 
 
Doğma bir evlada əvvəl nə sayaq, 
Ədalətlə cəza verilirdi bax!
46
 
 
 
Nizami Zərdüştilikdən fərqli olaraq müsəl-
manlıq  dövründə  qanunların  möhkəm  işləmə-
diyini qeyd edir: 
 
Hanı o Ədalət, o insaf hanı, 
Verə öz oğluna belə cəzanı? 
İndi yüz yoxsulun tökülsə qanı, 
Nahaq qan tökənə bir cəza hanı? 
Atəşpərəstlikdə dünya eləydi, 
Bu müsəlmanlıqdan utan bir indi.
47
 
 
Göründüyü  kimi  aşıq  sənəti  və  islam 
mədəniyyəti  zərdüştiliklə əlaqədar  ziddiyyətlərin 
öyrənilməsi  məsələsini  bir  zərurət  kimi  qarşıya 
                                                 
46
 Nizami Gəncəvi. “Xosrov və Şirin”, Lider nəşriyyatı,  Bakı, 2004, 
səh. 60. 
47
 Yenə  orada.  səh  60. 
 
 
 


 
66
qoyur.  Təkcə  Xəstə  Qasımın  yaradıcılığı  deyil, 
bütün  klassiklərin  ədəbi  irslərinə  diqqətlə  yana-
şılmalıdır. 
Bütün  bunlar  genişliyi  ilə  izah  olunmalı, 
zərdüştilik  pislənilməməli  və  islam  mədəniyyə-
tinin bizə çox şey verdiyi qeyd olunmalıdır.  
 
Xəstə  Qasım  poeziyasında  böyük  sənət-
karlara xas olan məzmun və şəkil vəhdəti vardır. 
Onun şeirləri məzmunca gözəl olduğu kimi, for-
maca da gözəldir.  
 
 Xəstə Qasım yaradıcılığında “Təcnis” aşıq 
şeiri  xüsusi  yer  tutur.  O,  aşıq  yaradıcılığında 
təcnis adlanan şeir növünə daha dəqiq yanaşırdı. 
Onun  fikrincə,  təcnisi  hər  aşıq,  hər  şair  yarada 
bilməz.  Təcnisi  xalq  dilində,  bədii  irsə  və  yazılı 
ədəbiyyata  yaxşı  bələd  olan,  çoxlu  söz  ehtiy-
yatına  malik  sənətkarlar  yarada  bilərlər.  Xəstə 
Qasımın  təcnislərindən  məlum  olur  ki,  o,  təcnis 
ustadı  olub.  Təcnis  yazmaq  işində  hünəri  oldu-
ğunu  aşağıdakı  şeirində  açıq  şəkildə  gös-
tərmişdir: 
 
Xəstə Qasım, sözün yetir tamama, 
Gün batan, gün doğan gələr salama. 
Nə alim işidi, nə də üləma, 
Təcnis mənasının çox hünəri var.  
 


 
67
 
Təcnisi  belə  yüksək  qiymətləndirən  sə-
nətkar  onun  mükəmməl  nümunələrini  yaratmış-
dır. Təcnis aşıq poeziyasının zirvəsi hesab edilir. 
Burada əsas etibarilə cinasları zərgər dəqiqliyi ilə  
seçib  işlədə  bilmək  bacarığı  meydana  çıxır. 
Məlumdur  ki,  təcnis  formaca  eyni,  məzmunca 
müxtəlif olan cinas qafiyələrlə yaranır.  
 
Qüdrətli sənətkar Xəstə Qasımın ədəbi irsi 
içərisində  on  sadə-saya  təcnis,  üç  cığalı  təcnis 
vardır. Onun “Üzhaüz” rədifli cığalı təcnisi əvəz-
siz  sənət  incisidir.  Bu  cığalı  təcnis  məzmununa 
görə  həm  də  nəsihətamiz  bir  ustadnamə  kimi 
səslənir: 
 
Həqiqət bəhrində qəvvasam deyən, 
Qəvvas isən, gir dəryaya üzhaüz. 
Aşıq deyər:-üzhaüz, 
Sonam göldə üzhaüz, 
Qarı düşmən dost olmaz, 
Yalvarasan üzhaüz, 
Bir mərd ilə ilqarını vur başa, 
Namərd ilə kəs ülfəti üzhaüz. 
 
 
Tufarqanlı  Abbasın,  Sarı  Aşığın  dövründə 
təkamül  dövrü  keçirən  təcnis  Xəstə  Qasımın 
yaradıcılığında kamala çatmışdır. 
 
Təcnis  yazan  aşıqlar  təcnisi  şeirin  şahı, 
onun  yüksək  zirvəsi hesab  ediblər.  Hər  aşıq, hər 


 
68
sənətkar şeirin bu janrında müvəffəqiyyət qazana 
bilməyib.  Çünki,  təcnisin  nəinki  misraları,  hətta, 
sözlə-söz  arasında  da  daxili  bir  əlaqə  olmalıdır. 
Belə  olmazsa,  o  adi  söz  yığınına  çevrilər.  Bu 
baxımdan yanaşdıqda görürük ki, Xəstə Qasımın 
təcnislərinin hər biri ustalıqla qurulmuş yaraşıqlı 
bir  söz  çələngidir.  Bu  bər-bəzəkli  söz  çələnginə 
baxdıqca adam ona heyran olur və zövq alır.  
 
Lazım olur yoxsul üçün bircə mal, 
Leyli isən, göstər mənə bir camal. 
Laf eyləmə, var saqidən bir cam al, 
Leysan çeşmin məni eylər sənə mal. 
 
Və yaxud: 
 
Lal olur bülbüllər sovulanda gül, 
Lalə libas geyinmisən, Sənəm al! 
Ləblərindir mənə abı-səlsəbil, 
“La”demərəm, bir canım var, Sənəm al! 
 
“Sənəm  al”  təcnisinin  bircə  bəndini  təhlilə 
cəlb  etməklə  Xəstə  Qasım  sənətinin  ucalığını 
dərk  etmək  mümkündür.  Birinci  misraya  diqqət 
yetirək. 
Buradakı  ardıcıllığa,  məntiqə  bax!.  Doğ-
rudan  da  gül  sovulanda  bülbüllər  lal  olur,  ikinci 
misrada al geyinmiş Sənəmin nə gözəl görkəmdə 


 
69
göründüyünü  diqqətə  çəkir.  “Lalə  libas  geyin-
misən,  Sənəm  al”,  ləbləri  abi-səlsəbil  olan  gö-
zəlin  onun  canını  almasını  özünə  şay  bilir.  “La” 
demərəm,  yox  demərəm  deyən  aşıq  ürəyindən 
gələn səmimiyyəti bədii bir dillə gözəl bir şəkil-
də dilə gətirir.  
Bu  baxımdan  “Görüncə”  təcnisinə  nəzər 
salmaq yerinə düşər: 
 
Gözəllər gözəli, şahi-gülbədən, 
Didəm ağlar məhcamalın görüncə. 
Aşıq deyər: görüncə 
Siyah telin hörüncə, 
Get bir mərdə qul ol sən, 
Namərd üzün görüncə. 
Mina gərdən, büllur buxaq, diş inci, 
Çəkilibdi hilal qaşlar görüncə. 
 
 Yuxardakı təcnisdə ustad aşıq qoşma-təcnisin 
hər  bəndini  iki  yerə  bölmüş,  arasına  cinas  qa-
fiyəli,  həm  də  şeirin  ümumi  xəttinə  və  ahənginə 
bağlı  olan  bayatı  salmış,  təcnisin  yeni,  cığalı 
təcnis  növünü  yaratmışdır.  Gör  şair-aşıq  söz  də-
nizinə  baş  vurub,  nə  gözəl  söz  mirvariləri,  söz 
inciləri  tapıb  üzə  çıxarır.  Sədəfli  diş  kimi  cər-
gələndirir. Bir gözəlin hüsnü-camalını necə gözəl 
təşbihlərlə  bəzəyir.  Tanrının  bəxş  etdiyi  gözəl-
likləri  olduğu  kimi  bizə  çatdırır.  “Ay  hayıf,  ha-


 
70
yıf”  təcnisi  şairin  ölməz  söz  abidəsidir.  “Səhər 
tezdən  əzmi-gülşən”  eyləyən  aşıq  bağ  bəsləyib 
gülünü  dərmədiyinə  necə  heyfslənir,  bədii  bir 
dillə  bu  lövhəni  necə  göz  önünə  gətirir.  Aşığın 
yaratdığı  bu  bədii  lövhə  insana  nə  yüksək  zövq 
verir. Zehnində, şüurunda silinməz izlər buraxır.  
 
Ümumiyyətlə, Xəstə Qasımın təcnisləri elə 
sənətkarlıqla  yaradılmışdır  ki,  onun  hər  misrası, 
hər bəndi insanı heyrətdə buraxır. Xəstə Qasımın 
özündən  sonra  neçə-neçə  ustad  sənətkarın  yara-
dıcılığına  təsir  etmiş  “Çaphaçap”  şeiri  dərhal 
diqqəti cəlb edir.  Orada deyilir: 
 
Bu gün iki sultan bir taxta çıxmış, 
Ox atarlar bir-birinə çaphaçap. 
Nazlı dilbər mənə sitəm eylədi, 
Könlümün şəhrinə saldı çaphaçap. 
 
Xəstə  Qasım  hətta,  təcnisinə  yeni  sujet 
gətirir.  Tarixi  faktlar  axtarır.  Bədii  yaddaqalan 
lövhələr  yaratmağa  can  atır.  Bu  üç  bəndlik  təc-
nisin ikinci bəndində deyir: 
 
Ağlaram didəmdəm yaş, irin gələr, 
Əmərəm ləbindən ya şirin gələr. 
Deyərlər, qəsrindən ya Şirin gələr, 
Fərhad kimi vur dağları çaphaçap. 
 


 
71
Üç bəndlik təcnisin bu bəndində Fərhad Şirin 
macərasını  yada  salır.  Qəsrindən  Şirinin  gəl-
diyini,  Fərhadın  dağlar  çapdığını,  eşq  yolunda 
nələr etdiyini xatırladır. 
 
Xəstə  Qasım  özündən  əvvəl  yazıb-yarat-
mış  olan  Tufarqanlı  Abbasın  “Gözlər”  rədifli 
təcnisinə orijinal məzmuna malik qabaq  da yaz-
mışdır: 
 
Haqq yaratdı xaki-baddan bir adam, 
Fələk, qoymur addımımı bir adam, 
Hər annaqda, mərifətdə bir adam, 
Ya könül, ya xətri, ya səni gözlər. 
 
 
Xəstə  Qasım  təcnisləri  xüsusi  məharətlə 
qurulmuşdur. O, təcnislərində fikri bitkin vermək 
üçün  misraları  aydın  cümlələrdən  qurur,  bəzən 
bir  misrada  iki-üç  söz  sırasından  bacarıqla 
istifadə edir: 
 
Payız dərdim, qış möhnətim, yaz qəmim, 
Hicran tapdaq etdi yayılan məni. 
Götür qələm, sərxəttimi yaz mənim, 
Qoyma dərgahından yayılan məni.   
 
  Xəstə  Qasımın  aşıq  yaradıcılığında  iz 
salmış, özündən sonra gələn sənətkarlar üçün bir 


 
72
nümunə,  örnək olmuş aşağıdakı təcnisinə diqqət 
yetirək: 
 
Yatmışdım yuxuma gəldi bir pəri, 
Yenə yar sevdası həmayil oldu. 
Dərdi-qəmim cana əsər elədi, 
Qolların boynuma həmayil oldu. 
 
Xəstə  Qasım  hətta    dərin  mündəricəli  us-
tadnamələr  yaradıcısı  olduğunu  diqqətə  çəkir  və 
təcnislərində  öyüd-nəsihətlər  verməyi  də  unut-
mur.  Təcnislərində  yaddaqalan  ustadnamə  bənd-
ləri, bədii parçaları yaradır: 
 
Xəstə könlüm yar bəsləmiş, həmdərdi, 
Dərd bilməzə demək olmaz həm dərdi. 
Bir igidin yaxşı olsa həmdərdi, 
Qışı nurdur, yazı nurdur, yayı nur. 
 
   Xəstə  Qasım  şeirdə,  xüsusilə  təcnislərində 
elə  məna  dərinliyi  yaradır  ki,  onun  bu  söz  inci-
lərini  hansı  sərçeşmənin  gözündən  tapıb  seç-
diyini    axtarırsan.  Xəstə  Qasım  çeşmələr  gö-
zündən ləli-mərcan sözlər seçən, kəlamlar axtarıb 
tapan, nadir istedada malik bir sənətkardır.  
 
Xəstə  Qasım  gəraylılarını,  qoşmalarını, 
təcnis  və  qıfılbəndlərini,  ustadnamələrini  eyni 
həvəslə,  eyni  maraqla  yaradır,  hər  bir  şeir  jan-


 
73
rında onun sənətkar bacarığı, istedadının  qüdrəti 
üzə çıxır. 
   Tikmədaşlı  Xəstə  Qasım  aşıq  yaradıcılı-
ğının bel sütunudur.
48
 
 
Xəstə  Qasım  şeirinin  dil  əlvanlığı  xalq 
yaradıcılığı  çeşməsindən,  bayatı  inciləri  xəzinə-
sindən  gəlir.  Xəstə  Qasım  şeirinin  dili-bayatı-
larımızın dilidir. O, bu büllur çeşmənin gözündən 
içib. 
 
Xəstə  Qasımın  yaratdığı  sənət  inciləri, 
xüsusilə,  təcnis,  qıfılbənd,  ustadnamə  və  başqa 
şeirləri  onun  aşıq  yaradıcılığındakı  ədəbi  möv-
qeyini ucada saxlamağa və istedadlı bir sənətkar 
olduğunu söyləməyə haqq verir.
49
  
 
Xəstə Qasımı aşıq poeziyası tarixində daha 
çox    məşhurlaşdıran  onun  dərin  fəlsəfi  ideyalar 
təbliğ edən ustadnamələri olmuşdur. 
 
Xəstə  Qasım  öz  dövrünün  ustad  sənətkarı 
olmuş,  özünə  qədər  mövcud  olan  Azərbaycan 
aşıq şeirinin bütün janrlarında yazmışdır. 
 
Xəstə  Qasım  dərin  mündəricəli,  orijinal 
təşbihlərlə bəzənmiş məşhur ustadnaməsinin son 
möhürbəndində deyir: 
 
                                                 
48
  S.P.Pirsultanlı.  “Aşıq  Şəmşirin  poetik  aləminə  səyahət”,  Bakı, 
“Təknur”, 2008, səh . 209. 
49
 Sədnik Paşayev. “Azərbaycan folkloru və aşıq yaradıcılığı”, ADU, 
Bakı.  1989.  səh 72. 


 
74
Xəstə Qasım yazlarımız yazlanar, 
Qızılgüllər pardaxlanar, nazlanar. 
İgid daldasında igid gizlənər, 
Tülkünün dalında heç bir zad olmaz. 
 
Başqa bir ustadnamədə deyir: 
 
İgidin mərifəti gərək dilində, 
Qocanın əsası gərək əlində, 
Biqeyrət oğulun ata yerində, 
Qaldığından qalmadığı yaxşıdır. 
 
Xəstə  Qasım  insanda  nəsil-zat,  kök  və  əsil-
zadəlik  axtarır.  O,  “Olmaz”  qoşmasının  bir  bən-
dində deyir: 
 
Üz vermə nadana, sirr vermə pisə, 
Axır qəlbin ya inciyə, ya küsə. 
Ot bitər kök üstə, əsli nə isə, 
Yovşan bəsləməklə çəmənzar olmaz. 
 
 
Xəstə  Qasım  aşıq  ədəbiyyatı  tarixində 
daha  çox  ustadnamələri  ilə  məşhur  olmuşdur. 
Onun ustadnamələrində ağıl və kamal, insani fə-
zilətlər  və  dostluq  haqqında  qiymətli  fikirlər 
vardır.  Həmin  ustadnamələr  mala,  pula,  dövlətə, 
qolunun zoruna güvənərək yoxsullara zülm edən 
insanları ədalətə, yaxşılığa, xeyirxahlığa, çağırır.  


 
75
Onun  “Dəli  könlüm,  məndən  sənə  əmanət” 
misrası  ilə  başlanan  ustadnaməsi    başdan-ayağa 
hikmətdir,  ata  nəsihətidir.  Xəstə  Qasım  bir  çox 
şeirlərində  deyəcəyi  fikirləri  “Dəli  könül”ə 
müraciətlə vermişdir. Aşıq “Dəli könül” deyəndə 
insan oğlunu nəzərdə tutur, insana müraciət edir. 
Həmin  ustadnamədə  dərin  fəlsəfi,  idrakı  fikirlər 
güclüdür. 
 
Bir məclisə varsan özünü öymə, 
Şeytana bac verib, kimsəni söymə, 
Qüvvətli olsan da yoxsulu döymə, 
Demə ki, zorluyam, qolum yaxşıdır. 
 
 
“Dəli könül, məndən sənə əmanət” misrası 
ilə  başlanan  şeirində  öz  odunu  içərisində  çək-
məyə  məcbur  olmuşdur, dərdlinin dərdini  ağzın-
dan  alıb,  harayına-dadına  çatmağı  insanlara 
ibrətli  kəlamlarla  çatdırmağa  çalışmışdır.  Şeirin 
möhürbəndində oxuyuruq: 
 
Xəstə Qasım kimə qılsın dadını? 
Canı çıxsın, özü çəksin odunu, 
Yaxşı igid yaman etməz adını, 
Çünki yaman addan ölüm yaxşıdır. 
 
 
Xəstə  Qasım  “Dəli  könül,  nə  divanə  gə-
zirsən”  misrası  ilə  başlanan  ustadnaməsində  in-


 
76
sanlara  bildirir  ki,  bivəfa  dilbərə  bel  bağlama, 
onun  ilqarı,  əhdi  düz  olmaz.  Həmçinin,  hərcayı 
adamda  namus,  qeyrət,  utanmaq,  həya  etmək 
müşkül işdir: 
 
Dəli könül, nə divanə gəzirsən, 
Bivəfa dilbərdən sənə yar olmaz. 
Düz çıxmaz ilqarı, əhdi-peymanı, 
Hərcayıda namus, qeyrət, ar olmaz.  
 
 
Qeyd  etmək  lazımdır  ki,  Xəstə  Qasımın 
yuxarıda adını çəkdiyimiz hər iki ustadnaməsinin 
hər  bir  misrası  öyüd,  nəsihət,  insan  üçün  həyat 
dərsliyidir. Hər iki ustadnamədə bir kəlmə də ol-
sa  mənasız  söz  və  ifadə  yoxdur,  onun  bütün 
misraları atalar sözü kimi xalq kütlələri arasında 
dillər  əzbəri  olmuşdur.  Doğrudan  da,  əsli-kökü 
olmayan  insana  yüz  nəsihət  etsən  də,  faydası 
yoxdur,  qabaq  tağı  heç  zaman  tər  şamama  bitir-
məz, heç zaman boz söyüd heyva, nar gətirməz: 
 
Vəfalıya əmək çəksən, itirməz, 
Bədəsil nəsihət, öyüd götürməz. 
Qabaq tağı tər şamama bitirməz, 
Boz söyüddə heyva olmaz, nar olmaz. 
 
 
Xəstə  Qasım  şeirlərində  insanı  düzlüyə, 
doğruluğa  çağıran  fikirlər  daha  çoxdur.  O, 


 
77
insanları böhtandan, şərdən, pis əməllərdən uzaq-
laşmağa çağırır: 
 
Böhtan demə, böhtan tutar adamı, 
Qul eylər, bazarda satar adamı, 
Cəhənnəm odundan betər adamı, 
Yoxsulluq yandırar, kül eylər-eylər. 
 
 
Xəstə  Qasımın  yerində  deyilmiş,  dərin 
mənalı  sözlərlə  bəzənmiş  ustadnamələrində  elə 
misralar var ki,  atalar sözü kimi səslənir: 
 
Yalqız daşdan olmaz divar deyərlər. 
 
Və yaxud: 
 
Ovçu olan bəslər alıcı quşu, 
Sərraflar tanıyar qiymətli daşı. 
 
Və yenə: 
 
Özün əmək çəksən, su çıxar daşdan. 
 
  Xəstə Qasımın ustadnamələri belə bir fikir 
söyləməyə əsas verir ki, bizcə əgər o, başqa şeir-
lərini - gəraylı, təcnis, qıfılbənd və deyişmələrini 
yazmasaydı  belə,  öz  ustadnamələri  ilə  aşıq 


 
78
poeziyasında  şərəfli  mövqe  tutub  böyük  şöhrət 
qazana bilərdi. 
Folklorşünas  doktor  Cavad  Heyət  yazır: 
“Bizim  görkəmli  aşıqlarımız  hamısı  ustadnamə 
yazmışlar,  lakin  Xəstə  Qasım  bu  sahədə  daha 
məşhur olmuşdur”.
50
 
Xəstə  Qasımın  “Aşnalığı”  adlı  şeiri  insana 
bərli-bəzəkli  bir  gəlini  xatırladır.  Məhəbbət 
şeirlərinin  ən  gözəl  nümunəsi  təsirini  bağışlayır. 
Eyni  zamanda  bu  qoşma-ustadnamənin  ən  gözəl 
nümunəsidir. Biz həmin qoşma-ustadnamənin iki 
bəndini nümunə veririk: 
 
Ay ağalar, gəlin sizə söyləyim, 
Əzəl yaxşı olar, yar aşnalığı. 
Sən sevəsən, yarın səni sevməyə, 
Olar bülbül ilə xar aşnalığı. 
 
Bağban odur zəhmət çəkə, əlləşə, 
Saldığı bağ çiçəkləşə, gülləşə. 
Əgər gücsüz güclü ilə güləşə, 
Olar tərlan ilə sar aşnalığı. 
 
Xəstə  Qasım  yaradıcılığına  canı  ilə,  qanı  ilə 
bağlı  olan,  onun  yaradıcılıq  çeşməsindən  bəhrə-
                                                 
50
 Cavad  Heyət. “Azərbaycan şifahi xalq ədəbiyyatı” əsəri,  
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1990. səh. 102. 


 
79
lənən  Aşıq  Ələsgər  Xəstə  Qasımın  “Aşnalığı” 
adlı qoşma-ustadnaməsi səviyyəsində dayana bi-
lən, ifadə baxımından bir-birinə bənzəyən ustad-
namə  yaratmışdır.  Ustadnamənin  bircə  bəndinə 
diqqət  yetirsək,  hər  iki  sənətkarın  vətən  dağla-
rından axan eyni çeşmədən su içdiklərini görərik.  
 
Təzə aşnalıqla köhnə dostluğun, 
Fərqi var qış ilə yaz arasında. 
Namərddə qaydadır basar kəsdiyin, 
Hər kəs hesab çəksin öz arasında.
51
 
 
Aşıq  Ələsgər  kimi  XX  əsrin  azman  sənətkarı 
Aşıq Şəmşir də Xəstə Qasımın yaradıcılığını təq-
dir  etmiş,  bəyənmiş,  sevmiş,  onun  yolunu  əsl 
sənət  sahəsi  saymış  və  onun  yaradıcılıq  xəzinə-
sindən  bəhrələnmişdir.  Xəstə  Qasımın  “Yazla-
rımız  yazlanar”  qoşma-ustadnaməsini  yüksək 
qiymətləndirən,  onun  şeirinin  məntiqinə  söykə-
nən Aşıq Şəmşir Xəstə Qasımın adını çəkdiyimiz 
şeirinin məqamında dayanan, tarixdə yaddaqalan, 
aşıqlara ibrət dərsi olan elə bir ustadnamə yaradır 
ki,  onun  Azərbaycan  aşıq  poeziyasında  ikinci 
alternativi  yoxdur.  Əgər,  Xəstə  Qasım  möhür-
bəndinin son beytində deyirsə: 
 
                                                 
51
 Aşıq Ələsgər  Bakı, 1956, səh. 84 


 
80
İgid daldasında igid gizlənər, 
Tülkünün dalında heç bir zad olmaz.  
 
Aşıq  Şəmşir  öz  ustadnaməsində  bu  şeirin 
məqsəd  və  ideyasını  elə  poetik  ucalığa  qaldırır 
ki, adam öz heyrətini gizlədə bilmir. Aşıq Şəmşir 
deyir: 
 
Qoy səni şir yesin, şir parçalasın, 
Tülkü kölgəsində yatana kimi.
52
  
  
Böyük  ustadnamələr    müəllifi  kimi  Tikmə-
daşlı Xəstə Qasım aşıq poeziyasına öz möhürünü 
vurmuşdur. 
Xəstə  Qasımın  yaradıcılığına,  təcnislərinin 
yurduna,  qıfılbəndlərinin  sehrinə,  sirrinə  dərin-
dən  bələd  olmadan  onun  yaradıcılığına  girişmək 
hər  kəs  üçün  çox  çətin  olar.    İki  əsrdən  artıqdır 
ki,  Xəstə  Qasımın  ədəbi  irsi  aşıqlar  üçün  bir 
məktəb  olmuş,  təkcə  aşıq  poeziyasına  deyil, 
eləcə  də  yazılı  poeziyaya  yeni  enerji  gətirmiş, 
onları  zənginləşdirmiş,  eyni  zamanda  onların 
inkişafına güclü təkan vermişdi.  

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin