Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə4/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   2   3   4   5   6   7   8   9   ...   65
Xeste Qasım

I   Fəsil 
 
Tikmədaşlı Xəstə Qasımın həyatı,  
yaşamı  və   mühiti 
 
XVII əsrin sonu ilə XVIII əsrin keşməkeşli 
günlərini  yaşayan  Xəstə  Qasım  Tikmədaş  ilçə-
sində  doğulub-böyümüş,  mükəmməl  mədrəsə 
təhsili  görmüş,  təxminən  80  ildən  artıq  ömür 
sürmüş,  ən  ixtiyar  çağlarında  Tikmədaşda  vəfat 
etmiş, orada dəfn olunmuşdu. Hazırda onun qəbri 
Tikmədaş məzarıstanındadır. 
 
Şair-aşığın  tərcümeyi-hal  hissəsində  onun 
dastan  yaradıcılığından  ona  görə  bəhs  edirik  ki, 
dastanda  onu  yaradan  aşığın  tərcümeyi-halını 
əhatə edən macəralar, maddeyi-tarixi olan şeirlər 
özünə  yer  alır  və  onu  gələcək  nəsillərə  saxlayır. 
Xəstə  Qasımın  kitabını  ilk  dəfə  çap  etdirərkən 
həyatı haqqında aşağıdakıları bilirdik.
23
 
 
Müqəddimədə deyilirdi: 
  …Xəstə  Qasım  İran  Azərbaycanının  Tikmədaş 
qəryəsində  doğulmuş,  mükəmməl  mədrəsə  təhsili 
almış  və  Dağıstana  səfəri  ilə  bağlı  olaraq  dastan 
yaratmışdır. 
                                                 
23
 Xəstə Qasım. “Gənclik”,  Bakı, 1975. (toplayanı və tərtib edəni, 
müqəddimə yazanı Sədnik Paşayev) 


 
25
Biz Xəstə Qasım haqqında ayrı-ayrı variant-
da  üç  dastan  topladıq.  Demək  olar  ki,  dastanın 
Əhliman Axundov variantı ilə, Göyçənin Ağzıbir 
kəndindən  olan  aşıq  Məhəmməd  variantları  bir-
birinə  bənzəyir.  Bu  dastanları  bir-birindən  fərq-
ləndirən təkcə odur ki, Xəstə Qasımın atası, Əh-
liman  Axundov  variantına  görə  Nəsrullah  şah, 
Məhəmməd  Ağzıbirliyə  görə  isə  Nəsrəddin  şah-
dır. Biz dastanların variantlarını müqayisə etdik-
də  Aşıq  Həsən  Pərvanə  variantına  üstünlük  ver-
dik  və  ikinci    kitaba  daxil  etdik.  Həsən  Pərvanə 
variantında  da  Xəstə  Qasımın  sevgilisinin  adı 
mübahisəli  görünür.  Əvvəlki  iki  variantda  Xəstə 
Qasımın  sevgilisinin  adı  Mələksima,  Həsən  Pər-
vanə  variantında  isə  Kəklikdir.  Həsən  Pərvanə 
variantının  üstün  cəhəti  odur  ki,  şair-aşığın  dini 
görüşləri  qələmə  alınsa  da,  dini-xurafata  yol 
verilmir. Həmçinin bu dastanda indiyə qədər şəx-
siyyəti  məlum  olmayan  Qaraxanın  adı  açıqlanır. 
Məlum  olur  ki,  baş  müştehidin  adı  gizli  sax-
lanılan  Tikmədaşlı  Qaraxandır.  Tikmədaşdan 
qaçmış  müştehidin  adının  Qaraxan  olduğunu 
Xəstə Qasım aşkara çıxardır.  
Dastanlarımızı  ilk  dəfə  folklorşünas  Hənəfi 
Zeynallı təsnif etmişdi. O, məhəbbət dastanlarını 
“Məhəbbət  əfsanələri”,  qəhrəmanlıq  dastanlarını 


 
26
isə  “Qəhrəmannamə”  adlandırmışdı.
24
  Professor 
M.H.Təhmasib  isə  dastanları  üç  yerə  bölür.  1. 
Qəhrəmanlıq; 2. Məhəbbət; 3. Ailə-əxlaq dastan-
ları
25
. Bunlardan sonra biz dastanları mövzusuna 
və  tipinə  görə  iki  yerə  ayırdıq.
26
  Bunlardan 
birincisi  real-tarixi  dastanlar,  ikincisi  isə  xəyali-
romantik dastanlardır. 
 
“Tikmədaşlı  Xəstə  Qasımın  Dağıstan  sə-
fəri”    dastanı  bizə  görə  real-tarixi  dastandır. 
Məsələn, “Qurbani”, “Abbas və Gülgəz”, “Xəstə 
Qasım”,  “Valeh  və  Zərnigar”  dastanları  da  real-
tarixi dastanlardır. Bu dastanların əsas qəhrəman-
ları olan Dirili Qurbani də, Tufarqanlı Abbas da, 
Tikmədaşlı Xəstə Qasım da, Abdalgülablı Valeh 
də  tarixi  şəxsiyyət  olmaqla  yanaşı,  onların 
yaşayıb-yaratdıqları əsr də,  yaşadığı  coğrafi  yer-
lər də məlumdur. O da məlumdur ki, onların öz-
ləri  ilə  bağlı  dastanlar  həmin  sənətkarların  həyat 
macəraları,  qoşma  və  gəraylıları  əsasında  yara-
dılmışdır.  Daha  konkret  desək,  bu  dastanların 
yurdunun  üzərində  tarixin  möhürü  var.  Bu  söz-
ləri “Nəcəfxan”, “Alıxan və Pərixanım”, “Dilsuz 
və  Xəzangül”,  “Məsim  və  Diləfruz”  dastanları 
                                                 
24
 Hənəfi Zeynallı.  “Seçilmiş əsərləri”, Bakı, “Yazıçı”, 1983,  
 səh. 126. 
25
 M.H.Təhmasib. “Azərbaycan xalq dastanları”, (orta əsrlər), “Elm”, 
Bakı, 1972. səh. 112. 
26
 Sədnik Paşayev. “Azərbaycan xalq dastanlarının tədrisinə dair”, 
Bakı, 1989,  səh. 6. 


 
27
haqqında söyləmək olmaz. Çünki, bunlar xəyali-
romantik  dastanlardır.  Bunlar  qədim  epos  və 
dastanlardan,  ən  əsaslısı,  nağıllardan  istifadə 
yolu  ilə  yaradılmış  xəyali-romantik  dastanlardır. 
Bunlar  bir  fərddən  çox,  bir  neçə  fərdin,  hətta 
neçə-neçə  ozan  və  aşıq  kollektivlərinin  yara-
dıcılıq  məhsuludur.  Doğrudur,  real  tarixi  das-
tanlar da bir qayda olaraq, zaman-zaman dəyişir, 
təkmilləşir,  bir  zənginləşmə  prosesi  keçirir. 
Bununla  belə,  özünün  əsl  yaradıcısını  tarixən 
yaşadır.  
 
Real-tarixi  qəhrəmanlıq  dastanlarında  za-
man və məkan qeyri-müəyyən deyildir. Real-tari-
xi  dastan  kimi  tanıdığımız  “Qurbani”  dastanının 
qəhrəmanı  Qurbani  Qaradağ  mahalının  Diri 
kəndindəndir.  Butası  Pəri  isə  Gəncə  şəhərində 
yaşayır.  “Abbas  və  Gülgəz”də  Abbas  Təbrizin 
Tufarqan  mahalından,  sevgilisi  Gülgəz  Pəri 
Təbrizdəndir.  Xəstə  Qasım  Tikmədaşdan  Dağıs-
tana,  Aşıq  Valeh  Qarabağdan  Dərbəndə  səfər 
edir.  
 
Xəyali-romantik  dastanlarda  isə  vəziyyət 
dəyişir. Azərbaycan nağıllarında olduğu kimi, bu 
tipli  dastanlarda  qəhrəmanlar  daha  uzaq,  qeyri-
müəyyən istiqamətlərdə yad ölkələrə gedib çıxır. 
Məsələn,  “Lətif  Şah”,  “Məsim  və  Diləfruz”, 
“Alıxan”,  “Nəcəfxan”  dastanlarının  qəhrəmanla-
rını  tale  bilmədiyi,  görmədiyi  ölkələrə  aparır, 


 
28
nağıllarda  olduğu  kimi  onların  başına  olmazın 
oyunları gəlir.  Aydınca  görünür  ki,  eposlarda  və 
qəhrəmanlıq  dastanlarında  özül,  bünövrə,  əsatir 
və  əfsanə,  real-tarixi  dastanlarda  saz-söhbətlər, 
qoşma və gəraylılarla əlaqədar düzəldilmiş yurd-
lar, xəyali dastanlarda isə nağıl əsas olur.  
 
Xəstə  Qasıma  tez-tez  Dədə  Qasım  deyil-
diyi  üçün  onun  Qurbanidən də    əvvəl  yaşadığını 
iddia  edənlər  vardır.  Halbuki,  “Xəstə  Qasımın 
Dağıstan  səfəri”nin  Aşıq  Həsən  Pərvanə  varian-
tında aydınca deyilir ki, ona nə üçün Dədə Qasım 
deyilir. 
Müştehid Xəstə Qasımdan soruşur: 
- Oğlum, adın nədir?  
Xəstə Qasım deyir: 
- Hansı adımı soruşursunuz?  
Müştehid deyir: 
- Adamın neçə adı olar? 
         Qasım cavab verir ki:  
          - Mənə Dədə Qasım deyirlər.  
          -  Bəs sonra?  
 
- Xəstə Qasım deyirlər. “Xəstə Qasım” de-
yəndə  Müştehid  deyir  ki,  elə  mən  də  Xəstə 
Qasım  eşitmişdim.  Oğul,  öz  ayağınla  gəlib  düş-
müsən.  Bəs  bu  adları  sənə  kim  verib?  Qasım 
deyir ki, bu adları mənə el-oba verib.   
- Nəyə görə “Dədə Qasım” deyirlər? 


 
29
- Ona görə deyirlər ki, dostum, düşmənim 
kim  olacaq  olsun,  sözün  düzünü  deyirəm,  yolun 
doğrusunu  göstərirəm.  “Baba  Qasım”  ona  görə 
deyirlər  ki,  köhnə  tarixi  söhbətləri,  tarixi  sözləri 
yerli-yerində xalqa çatdırıram.  Müştehid dedi: 
-    Oğul,  bəs  o  “Xəstə  Qasım”  nədir?  Qasım 
düşünüb-daşınıb  cavab  verdi  ki,  mənim  qıfıl-
bəndlərimi,  sözlərimi  sənin  kimi  alimlər,  ülə-
malar o qədər fikir eliyir bir yana çıxarda bilmir, 
axırda  xəstə  düşürlər.  Ona  görə  mənə  “Xəstə 
Qasım” deyirlər.  
 
 Xəstə  Qasımın    XVI  əsrdə  və  ya  ondan 
əvvəl  yaşayıb-yaratmasına  aid  hələ  ki,  əldə  heç 
bir  tarixi  fakt  və  ya  həmin  dövrə  yozula  biləcək 
ədəbi nümunə yoxdur. Əksinə, aşıq şeirinin inki-
şaf  xətti  Qurbaninin  əvvəl,  Tufarqanlı  Abbasın 
və  Xəstə  Qasımın  isə  ondan  sonra  sənət  mey-
danına  gəldiyini  təsdiq  etməkdədir.  Qurbaninin 
ədəbi  irsi  içərisində  bayatı,  gəraylı,  qoşma, 
divani  və  təcnis  nümunələri  olduğu  halda,  cığalı 
təcnis  yoxdur.  Tufarqanlı  Abbasda  adı  çəkilən 
şeir  formaları  ilə  yanaşı,  cığalı  təcnisin  də  bir 
nümunəsi  vardır.  Biz  Tufarqanlı  Abbasın    “Gö-
zəl,  göz  ala”  rədifli  cığalı  təcnisini  nəzərdə 
tuturuq.  Xəstə  Qasım  isə  cığalı  təcnisin  bir  neçə 
gözəl nümunəsini yaratmışdır. Aşıq poeziyasında 
qoşma-müstəzadın  ilk  nümunəsi  də  bu  görkəmli 
saz-söz ustadının adı ilə bağlıdır.  


 
30
 
Xəstə  Qasım  Şah  İsmayıl  dövründə  yaşa-
mamasına  baxmayaraq  və  üstəlik  də  sənət 
meydanına  çox-çox  sonralar  gəlsə  də,  Xətayiyə 
bağlı  olmuş  və  onun  yaradıcılıq  ənənələrinə 
ömrünün  sonuna  qədər  sadiq  qalmışdır.  Adi  bir 
şey  kimi  görünsə  də,  bir  məsələ  ətrafında  çox 
sorğu-sual  olur  ki,  nə  üçün  Tikmədaşlı  Aşıq 
Qasım  “Xəstə”  sözünü  özünə  təxəllüs  seçib? 
Doğrudanmı  Qasım  xəstə  olmuşdur?  Hətta 
“Xəstə  Qasım”  dastanını  danışan  aşıqlar  təxəl-
lüsünə  görə  onu  arıq,  cansız,  çəlimsiz  bir  adam 
kimi  təsvir  edirlər.  Halbuki,    bu  adın  tarixi 
mənası vardır. 
 
Ədəbiyyatşünaslara  məlumdur  ki,  Şah  İs-
mayıl  Xətayi bir  neçə  təxəllüslə  -  “Şair  Xətayi”, 
“Sultan  Xətayi”,  “Miskin  Xətayi”  və  “Xəstə 
Xətayi”  təxəllüsləri  ilə  şeirlər  yazmışdır.  Şah 
İsmayılın ideya və məqsədinin, şeirlərinin pərəs-
tişkarları  Xətayinin  sağlığında  və  sonra  həmin 
adları  özlərinə  təxəllüs  seçməklə,  sanki  eyni 
yolun  yolçusu  olduqlarını  bildirmək  istəmişlər. 
Şah  İsmayıl  Xətayinin  sağlığında  Abdal  Hüseyn 
- “Miskin”, Türkiyədə Haydar adlı aşıq-şair “Pir 
Sultan  Abdal”,  sonralar  isə  Tikmədaşlı  Qasım  –
“Xəstə”,  Borçalı Aşıq Həsən - “Xəstə” təxəllüs-
lərini qəbul edərək şeirlər yazmışlar. Şah İsmayıl 
Xətayi  Mənsur  kimi,  Nəsimi  kimi  ənəlhəq 
ideyasına bağlılığını belə mənalandırmışdır: 


 
31
Şəriət sancağı gəldi dikildi, 
Təriqət yolunda güllər saçıldı. 
Mərifət dəryası daşdı, töküldü, 
Həqiqəti pirü-pirandan aldım.
27
 
 
 
Şah  İsmayıl  Xətayi  Səfəvi  dövlətinin 
ideologiyasını  formalaşdırarkən  islami  dəyərlərə 
söykənirdi.  Tədqiqatçılar  çox  zaman  bu  islami 
dəyərləri  sufizm  şəklində,  yəni  şəriət,  təriqət, 
mərifət  və  həqiqət  kimi  izah  etməyə  çalışırlar. 
Şəriətin  tələbi  budur  ki,  təkcə  “Quran”a  deyil, 
bütün  dini  kitablara  bələd  olmalısan.  Təriqət 
odur  ki,  seçdiyin  dini  təriqət  yolundan  dönmə-
yəsən.  Mərifət  odur  ki,  hansı  dini-təriqətə 
mənsubsansa,  xalq  arasında  o  dini-təriqəti  məri-
fətlə təmsil edəsən. Həqiqət odur ki, qardaşın bir 
adam  öldürüb,  yerinə  isə  başqasını  həbs  edib-
lərsə,  sən  həqiqət  naminə  qardaşın  olsa  belə, 
kimin  günahkar  olduğunu  aşkarlamalısan.  Bax, 
bu  dörd  cəhət  səndə  cəmləşsə,  insani-kamil 
olarsan.  Göydə  Allahı,  onun  işığını  görmək 
istəyən,  onu  sənin  alnında,  alnına  yazılmış 
hərflərdə  oxuya  bilər,  yerdə  sən  onun  nuri 
təcəllası  olarsan.  İslami  dəyərlərin  içərisində  bu 
kiçik  bir  xətdir,  bunlar  Nəsimi,  Şah  İsmayıl 
Xətayi, Qurbani və Pirsultan Abdal yaradıcılığın-
                                                 
27
 Şah İsmayıl  Xətayi. “Sazım”,  “Gənclik”, Bakı,  1973, səh 23. 


 
32
da  özünü  daha  geniş  və  qabarıq  şəkildə  büruzə 
verir.
28
 
 
Şah  İsmayıl  Xətayiyə  görə  “Ay-Əlidir, 
gün-Məhəmməd, bilənə”
29
 
Əlini  pir,  Şah  İsmayıl  Xətayini  mürşid  qəbul 
edənlər  bu  yolu  özlərinə  məslək  və  sənət  yolu 
seçmişlər.  Bu  məsləkə  bağlı  sənətkarlardan  biri 
də  Tikmədaşlı  Xəstə  Qasımdır.  Xəstə  Qasım 
“Əli” adlı qoşmasının ilk bəndində deyir: 
 
Ərşi - zəmin nohu qələm yox ikən, 
Varlığa hamıdan tez gələn Əli. 
Ustadlar ustadı özü olubdur, 
Cəbrayil məqamın düz bilən Əli. 
 
Xətayiyə  görə  ərşi-zəmin,  yer-göy,  nohu 
qələm  yox  ikən  Əlinin  varlığı  ondan  qabaq  var 
idi.  Əli  ustadlar  ustadıdı.  O,  Cəbrayıl  məqamın 
hamıdan  düz  bilmiş.  Şah  İsmayıla  görə  həyatın 
zəmzəmi,  dirilik  suyu,  hətta  elm  və  birlik  onun 
sayəsində  cəm  olub.  Xəstə  Qasım  öz  bədii  qə-
naətlərini belə tamamlayır: 
 
Xəstə Qasım üzərmi daməndən əli? 
Aləmi zərridə demişəm bəli. 
                                                 
28
 Sədnik Paşa Pirsultanlı.  “Azərbaycan aşıq yaradıcılığına dair 
araşdırmalar”, Bakı, “Azərnəşr”,  2010, səh 8. 
29
 Şah İsmayıl Xətayi.  “Sazım” , Gənclik. Bakı, 1973, səh 13. 


 
33
Bir ismin Əlidi, bir ismin Vəli, 
Cəmi pünhan dərdi tez bilən Əli. 
 
Şah İsmayıl Xətayinin bir etibarlı mürid kimi 
Həzrəti Əlini yüksək qiymətləndirməsi XVI əsrin 
böyük  sənətkarı  aşıq-şair  Pirsultan  Abdalı  daha 
çox  maraqlandırmış.  O,  da  Həzrət  Əlinin,  Mə-
həmmədin  şəninə  dəyərli  qoşmalar  yazmış, 
özünü Həzrəti Əli məsləkinə və ideyalarına fəda 
etmişdi. Pirsultan Abdal yazır: 
 
“Ay Əlidir, gün-Məhəmməd”.
30
 - deyir. 
 
Başqa  bir  şeirində  Şah  İsmayıl  Xətayiyə  öz 
sədaqətini belə ifadə edir: 
 
Pir Sultan eydir, gözümün yaşı, 
Dəlik-dəlik oldu bağrımın başı. 
Qalxdı havalandı könlümün quşu, 
Şahın dərgahına qonar, Şah deyü. 
 
XVI əsrin tanınmış sənətkarı Miskin Abdal da 
Həzrət Əli dostudur. O, yazır: 
 
 
                                                 
30
 Cahid Öztelli “Pir Sultan Abdal”, Ankara caddesi, 31/2, Cağaloğlu 
Özgür yayını, səh 82. 


 
34
Hər kim əgər şərdə şərri bilməsə, 
Göydə əfsəl qəzənfəri bilməsə, 
Hər kim ki, Əlini vəli bilməsə, 
Onun başın zülfüqara verəsən.
31
 
 
Miskin  Abdalın  Şah  İsmayıl  Xətayiyə 
verdiyi  tərif  onun  sənət  yolunu,  məsləkini  tam 
aydınlaşdırır,  öz  təsəvvürünü  bir  bənd  şeirində 
belə tamamlayır: 
 
İqlimin şahıydı, Həzrət Süleyman, 
Ədalətə pənah idi Nuşravan. 
Şıx oğlu İsmayıl - o cənnət məkan, 
Düşməz ələ, o bir yadigardı getdi.
32
 
 
  “XVII  əsrin  sonu  XVIII  əsrin  əvvəllərində 
sənət meydanına gəlmiş Tikmədaşlı Xəstə Qasım 
özünə  qədər  mövcud  olan  klassik  ədəbiyyatdan, 
zəngin  folklorumuzdan,  folklorumuzun  hərəkət-
də  olan,  çevik  və  tez-tez  dəyişmələrə  məruz 
qalan  aşıq  sənətindən  istənilən  qədər  fayda-
lanmışdır. Həmin qaynaqlardan bəhrələnmiş, öy-
rənə-öyrənə  dərya-dəniz  olmuş,  bir  dağ  kimi 
                                                 
31
 Sədnik .Paşayev.  “Ağdabanlı Qurban və müasirləri”, (namizədlik 
dissertasiyası), 1969-cu il, səh. 190. 
32
 Yenə orada. səh.70. 
 
32
 Yenə orada., səh.70. 


 
35
ucalmış, geriyə boylananda Nizami, Füzuli, Qur-
bani  və  Tufarqanlı  Abbas  kimi  azman  söz 
ustalarını görmüş və bununla da öz sənət yolunu 
müəyyənləşdirmişdir.
33
 
Bunlardan  bizə  bəlli olur  ki,  Ş.İ.Xətayinin 
işlətdiyi təxəllüsləri sənətkarlar nə üçün özlərinə 
məsləklərini ifadə edən ad-təxəllüs seçmişlər. 
1.
 
Yazılı  ədəbiyyatla  aşıq  yaradıcılığının 
qovuşmasında  Xəstə  Qasımın,  Molla  Pənah  Va-
qifin  xidmətləri  ölçüyə  gəlməz  dərəcədə  çox 
böyükdür.  Əlbəttə,  Xəstə  Qasım  Vaqifdən  əvvəl 
yaradıcılığa  başlamış  və  onun  Vaqif  poeziyası 
üzərində  təsiri  inkar  edilməzdir.  Professor 
M.H.Təhmasib yazır: 
-  “XVII-XVIII  əsrlərdə  aşıq  ədəbiyyatı,  aşıq 
şeiri  o  qədər  geniş  yayılmış,  elə  böyük 
şəxsiyyətlər  yetişdirmişdir  ki,  hətta,  əgər  belə 
demək  mümkünsə,  yazılı  ədəbiyyatın  önündə 
getməyə,  ona  istiqamət  göstərməyə  başlamış, 
Vaqif  ədəbi  məktəbinin  formalaşmasında  həl-
ledici rol oynamışdır”.
34
  
Xəstə  Qasımın  şeirlərinin  ahəngi,  gözəl-
liyi,  təqib  etdiyi  mövzuların  nə  dərəcədə  Vaqifə 
xoş  gəldiyini,  Vaqif  yaradıcılığı  ilə  uyuşduğunu 
                                                 
33
 S.P.Pirsultanlı. “Azərbaycan aşıq yaradıcılığına dair araşdırmalar”, 
Bakı, “Azərnəşr”, 2010, səh. 11.  
34
 M.H.Təhmasib.  “Azərbaycan xalq dastanları” (orta əsrlər),  
“Elm”, 1972,  səh.55 


 
36
onların  bir-iki  şeirinin  müqayisəsi  ilə  aydın-
laşdırmaq  olar.  Xəstə  Qasım  “Ola”  rədifli  qoş-
masının son möhürbəndində deyir: 
 
Mən Qasımam, əl götürməm canandan, 
Canan qarşı gəlsə keçərəm candan. 
Rəngi artıq ola güldən, reyhandan, 
Zülfləri boynuma bir kəmənd ola. 
 
Vaqifin eyni rədifli qoşmasını oxuduqda elə 
bil  ikinci  şeir  birinci  şeirin  davamıdır.  Xəstə 
Qasımla  Vaqif  poeziyası  deyim  tərzinə  və  ifadə 
yaxınlığına  görə  nə  qədər  yaxın  və  doğmadır. 
Molla Pənah Vaqifin beş bəndlik qoşmasının bir 
parçasını veririk: 
 
Döşün açıb, əl dəyəndə yaxaya, 
Ağ gülün bağrına peykan toxuya, 
Bədənindən müşkü ənbər qoxuya, 
Zülfü gərdənində bir qucaq ola.
35
 
 
 
Yazılı  və  şifahi  poeziyanın  bir  məcrada 
birləşməsində  Xəstə  Qasımın  və  Molla  Pənah 
Vaqifin tarixi xidmətləri inkar edilməzdir.   
 
 “Ustadlardan  dərs  almışam”  deyən  Xəstə 
Qasım,  heç  şübhəsiz  özündən  əvvəl  yazıb-
yaradan  Xətayini,  Füzulini,  Qurbanini,  Abbas 
                                                 
35
 M.P.Vaqif.  “Qurban olduğum”.  Gənclik, Bakı, 1994, səh. 80. 


 
37
Tufarqanlını  və  Sarı  Aşığı  özünün  ustadı  hesab 
etmiş,  onların  sənət  incilərindən  bəhrələndiyinə 
işarə etmişdir. 
Xəstə Qasım yazıb-yaratdığı dövrdə Nadir 
şah işğalçılıq müharibələri aparır, şəhərlər, kənd-
lər tez-tez talan olur, insanlar öz doğma yurd-yu-
vasından  didərgin  salınırdı.  Belə  bir  mühitdə 
yalnız  böyük  istedadlı,  açıqfikirli  şair  və  aşıqlar 
dövrü  əks  etdirən,  həyatla,  ictimai  çarpışmalarla 
bağlı şeirlər yaza bilərdilər. Bu dövrü xarakterizə 
edərək  akademik  Mirzə  İbrahimov  yazır:    “İstər 
Nadir şah, istərsə də Ağa Məhəmməd şah Qacar 
çox  zaman  tutduğu  kəndləri,  şəhərləri  talan 
etməklə  kifayətlənməyib,  Şah  Abbasın  yolu  ilə 
gedərək  oranın  bütün  əhalisini  İranın  cənub 
əyalətlərinə  köçürürdülər.  Ata  oğuldan,  ana 
baladan, sevgili sevgilisindən ayrı düşürdü”
36
 
  Xəstə  Qasımın  şeirlərindən  öyrənirik  ki, 
onun  qədim  Şamaxı  şəhəri  ilə  də  əlaqəsi  olub. 
“Qalıbdı”  rədifli  qoşmasında  aşıq,  Şamaxının 
əldən-ələ keçdiyi, faciəli, ağır vəziyyətini kədərli 
bir dillə təsvir etmişdir, - bu kədər bir aşığın yox, 
böyük bir elin kədəridir: 
 
 
                                                 
36
 Mirzə İbrahimov.  “Aşıq poeziyasında realizm”,  Bakı,  
   1966,  səh. 42. 


 
38
Köhnə Şamaxının seyrin eylədim, 
Əl dəyməmiş təzə bağlar qalıbdı. 
Elə köçüb gedib ulusu, eli, 
İşlənməmiş ağ otaqlar qalıbdı. 
 
 
Xəstə  Qasımın  bu  qoşması  həmin  dövrdə 
yaşamış  Şirvanlı  Şakir  Şirvaninin  yazdığı  “Əh-
vali-Şirvan” şeiri ilə səsləşməkdədir.  
XVIII  əsrin  birinci  yarısında  yaşayıb-
yaratmış  şair  Şakir  Şirvani  də  Şamaxının  Nadir 
orduları  tərəfindən  darmadağın  edildiyini  ürək 
ağrısı  ilə  “Əhvali-Şirvan”  əsərində  belə  qələmə 
almışdır: 
 
Axdı çün seylabi-xuni ah Şirvan əhlinin, 
Düşdü yəğma külfəti, ətvalı Şirvan əhlinin, 
Oldu qarət hər nə var əmvalı Şirvan əhlinin, 
Sərnigun olmuş əcəb iqlabı Şirvan əhlinin, 
Kim oda düşmüş belə bir dərdi-binayan üçün.  
 
Yuxarıdakı  şeirlərdən  aydın  olur  ki,  hər  iki 
sənətkar  bu  şeirləri  eyni  dövrdə  yazmışlar.  Bu 
fakt  bir  daha  sübut  edir  ki,  Xəstə  Qasım  XVIII 
əsrdə yaşayıb yaratmışdır.  
  Xəstə  Qasımın  bu  şeirində  onun  ailə 
vəziyyəti  ilə  əlaqədar  bir  məsələyə  toxunulur. 
“Xəstə  Qasım”  dastanından  məlumdur  ki,  o, 
Dağıstana  səfər  etdiyi  zaman  gənc  imiş,  subay 


 
39
olub  sevgilisi  Sənəmdən  və  ya  Kəklikdən  “Sona 
kəkliklərdən”  halallıq  istəmişdir,  qürbətdə  də  öz 
sevgilisi  Sənəmi  düşünmüş,  “Ay  üzü  birçəkli, 
xallı  Sənəm  gəl”  deyə  bir  an  onu  unutmamışdır. 
Lakin  “Nec  ola”  şeirində  aydın  olur  ki,  harasa 
köçürülərkən  onun  bəlkə  də  Əhməd  adlı  oğlu, 
“Sərv xuraman” boylu arvadı olmuşdur: 
 
Bu gen dünya üstümüzə dar ola, 
Biz köçərik, yurdumuzda kim qala? 
Əhmədimin gül əndamı sarala, 
Mənim sərv-xuramanım nec ola? 
 
Yuxarıda  dediyimiz  kimi,  Xəstə  Qasım 
yaşayıb-yaratdığı dövrdə şəhərlər, kəndlər tez-tez 
talan  edilir,  soyulur,  dəstə-dəstə  adamlar  öz  isti 
yurd-yuvasından  didərgin  salınır,  başqa  yerlərə 
sürgün edilirdi. Xəstə Qasımdan əvvəl Aşıq Qur-
bani  öz  şeirlərində  Qarabağ  tərəfdən  -  “Xudafə-
rin” körpüsündən   “qolu bağlı” keçirilərək,  Təb-
rizə, oradan da Qarsa aparıldığını kədərli bir dillə 
Şah  İsmayıla  şikayət  edib  təkcə  özündən  da-
nışdığı halda, Xəstə Qasım obaların “səf-səf olub 
yüklən”məsindən,  başqa  yerə  köçürülməsindən 
şikayətlənir, vətən həsrəti ilə alışıb yanır:
37
 
                                                 
37
  С.П.Пирсултанлы.  “Тикмядашлы  Хястя  Гасымын  сяляфляри  вя  хя-
ляфляри”. “Ортаг Тцрк Кечмишиндян Ортаг Тцрк Эяляъяйиня” V Бей-
нялхалг  Фолклор  Конфрасынын  материаллары.  Бakı.  Сяда,  2007,  сəh. 
593-600 


 
40
Obalarımız səf-səf olub yüklənir, 
Başı ala qarlı dağlar, qal indi. 
 
Və yaxud: 
 
Xəstə Qasım, tamam oldu sözlərim, 
Eşq ucundan kabab oldu közlərim. 
Qərib yerdə, yad ölkədə gözlərim, 
Vətən deyib ağla, ağlar qal indi. 
 
Və yaxud da: 
 
Mən Qasımam, uzaq atdın daşımı, 
Didəmdən axıtdın qanlı yaşımı.       
 
 Xəstə  Qasımla  Molla  Pənah  Vaqifin  yaradı-
cılıq  taleləri  tərs  mütənasibdir.  Tikmədaşda  qə-
zəlxan  olan  Xəstə  Qasım  “Dağıstan  səfəri”  ilə 
əlaqədar  olaraq  saz  götürüb  aşıqlığa  keçmişdi. 
Xəstə Qasım özü bu barədə yazır: 
 
Könül həris deyil dünya malına, 
Yaşılına, tirməsinə, şalına. 
Qaraxan güvənsin öz mahalına, 
Xəstə Qasım kimi qəzəlxanı var. 
 
 
Qazaxda  aşıqlıq  edən,  “Bizim  evdə  axta 
zoğal da yoxdur” deyən  M.P.Vaqif  Qazax ədəbi 


 
41
mühitindən  çıxaraq,  Qarabağ  mühitinə  daxil 
olduqdan sonra o da qəzəlxan olmağa başlayır.  
 
Xəstə  Qasım  yazılı  poeziyadan  aşıq  poe-
ziyasına  gələrkən  özü  ilə  dəyərli  sənət  örnəkləri 
gətirib,  aşıq  poeziyasına  yeni  nəfəs  verdi.  Eləcə 
də,  aşıq  poeziyasından  yazılı  poeziyaya  gələn 
M.P.Vaqif  yazılı  poeziyanı  yeni  örnəklərlə 
zənginləşdirdi.  Bu  şeir-sənət  əlaqəsi  yazılı 
poeziyası  ilə  aşıq  poeziyasını  bir-birinə  qo-
vuşdurdu.  Bu  iki  qaynaq  bir-birinə  təsir  edə-edə 
sənətdə  potensial  enerjini  gücləndirdi.  Hər  iki 
poeziyaya  yeni  həyat  verdi,  poeziyanın  iki  xətti 
paralel inkişaf etdi. Onların daxilindəki potensial 
enerji ifa zamanı kinetik enerjiyə çevrildi və hər 
iki qaynaq  inkişaf üçün vüsət aldı.   Bu prosesi 
dərindən  duyan,  mənalandıran  akademik  Mirzə 
İbrahimov yazır: 
 
“O  bir  tərəfdən  xalq  yaradıcılığına  bağ-
lanmış,  o  biri  tərəfdən  yazılı  ədəbiyyata.  Həm 
bununla,  həm  də  onunla  qarşılıqlı  əlaqə  və 
təsirdə  inkişaf  etmişdir.  Onun  kökləri,  rişələri 
folklordan,  xalq  yaradıcılığından  su  içirsə, 
budaqları,  qol-qanadı  həmişə  yazılı  ədəbiyyatla 
qovuşur, ona təsir edir və ondan qüvvət alır”.
38
  
 
Mirzə  İbrahimov  öz  yazısında  yazılı  ədə-
biyyatdan  və  folklordan    bəhs  edir.  O,  burada 
                                                 
38
 Mirzə İbrahimov. “Aşıq poeziyasında realizm”, Bakı, 1966, səh.12 


 
42
folklor dedikdə aşıq yaradıcılığını nəzərdə  tutur. 
Doğrudan  da,  aşıq  ədəbiyyatı,  aşıq  poeziyası 
daima  yeniləşən,  hərəkətdə  olan,  canlı  və  çevik 
folklor nümunəsidir”.  
 
Dərin  savada  və  mütaliəyə  malik  olan 
Xəstə  Qasım  bütün  yaradıcılıq  qaynaqlarına  baş 
vurmuş,  aşıq  poeziyasında  öz  kök  və  rişələrini 
yaxına-uzağa  atmış,budaqlanmış,  qollu-budaqlı 
bir  çinar  kimi  müsbət  mənada  otaylı-butaylı 
Azərbaycan  və  Dağıstan  poeziyasına  kölgə 
salmış, yazılı ədəbiyyatın inkişafına, o cümlədən 
Vaqif  yaradıcılığına  öz  güclü  təsirini  göstər-
mişdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
43

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin