Aşnalığı Ay ağalar, gəlin sizə söyləyim,
Əzəl yaxşı olar, yar aşnalığı.
137
Sən sevəsən, yarın səni sevməyə,
Olar bülbül ilə xar aşnalığı.
Bağban odur zəhmət çəkə, əlləşə,
Saldığı bağ çiçəkləşə, gülləşə.
Əgər gücsüz güclü ilə güləşə,
Olar tərlan ilə sar aşnalığı.
Xəstə Qasım qəm əlindən məst ola,
Əhli-dərviş xırxasında pust ola.
Bir adam ki, loxma ilə dost ola,
Olar yağış ilə qar aşnalığı.
Oxurdu Bir nazənin sevdim məktəbxanada,
Haqq kəlamın dil əzbərdən oxurdu.
Əlinə almışdı eşqin kitabın,
Mənim dərsim dil əzbərdən oxurdu.
Mən tanıram öz yarımı nəfəsdən,
Ol səbəbdən könlüm düşməz həvəsdən.
Tavuz kimi səda verər qəfəsdən,
Bülbül kimi xoş dəftərdən oxurdu.
Xəstə Qasım kömək dilər mövladan,
Naz-qəmzəsi aşıqları aldadan.
138
Həya eylər, hicab eylər molladan,
Gah yavaşdan, gah hündürdən oxurdu.