136
Lam-ləng ola
Mərifət bəhrində, ədəb-ərkanda,
Bir igid istərəm lam-ləng ola.
Atı Düldül ola, qılıncı dusər,
Dayanmaz, qabaqda yüz pələng ola.
Sərində görmüşəm cığalı çəngər,
Üzündə duymuşam müşk ilə ənbər.
Kənan şəhrində Yaqub peyğəmbər,
Yusif tək camalı çox qəşəng ola.
Fərhad qaya çapar, sənginə yetməz,
Kimsə ərənlərin dənginə yetməz.
Heç cəng o mövlanın cənginə yetməz,
Ya Rum, Qeysər, ya Firəng ola.
Xəstə Qasım əl götürməz daməndən,
Sidqini bağlayıb Sahib-Zamandan.
O gün çox qorxuram Şahı-Mərdandan,
Çəkə Zülfüqarın xulqu təng ola.
Dostları ilə paylaş: