135
Kəkliyin oylağı qayalar başı,
Qaqqıldaşıb tapar yoldaş yoldaşı,
Bərəsi bərk olsa, ovçusu naşı,
Uçub gedər asimana - kəkliklər!
Nə dərdiniz varsa, mənə söyləyin.
Şirin namə yazın, bəyan eyləyin.
Siz Xəstə Qasımı halal eyləyin,
Çünki gedir Dağıstana kəkliklər.
Dostları ilə paylaş: