Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə42/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   38   39   40   41   42   43   44   45   ...   65
Xeste Qasım

                           Sənəm al  
 
Lal olur bülbüllər sovulanda gül, 
Lalə libas geyinmisən, Sənəm, al!  
Ləblərindir mənə abı-səlsəbil, 
“La” demərəm, bir canım var, Sənəm al! 
 
Lazım olur yoxsul üçün bircə mal, 
Leyli isən göstər, Məcnuna camal. 
Laf eyləmə, var, Saqidən bir cam al, 
Leysan seçmiş məni eylər sənə mal. 
 
Qasım, sən dur məclisində sini sal, 
Oxu dərsi, lami, mimdən sini sal. 
Bir o günü var, yadına sini sal, 
Laşərikdən yoldaş olmaz, Sənəm, al! 
 
 
                                   Yayı  
 
nur 
 
Bir gözəlin camalına mayılam, 
Nə müddətdir, gözəl məndən yayınur. 
Mən qurbanam ağ üzündə o xala, 
Zənəxdanın şöləgahı yayı nur. 


 
181
 
Xəstə könlüm yar bəsləmiş, həmdərdi, 
Dərd bilməzə demək olmaz həm dərdi. 
Bir igidin yaxşı olsa həmdərdi, 
Qışı nurdur, yazı nurdur, yayı nur. 
 
Xəstə Qasım bu ləzgini yaratar, 
Çətin gündə çətin səni yar atar. 
Üz çevirsə, müjgan oxun yar atar, 
Əli nurdur, oxu nurdur, yayı nur. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin