AZƏ
RBAYCAN RESPUBLİ
KASI TƏ
HSİ
L NAZİ
RLİ
Yİ
AZƏ
RBAYCAN DÖVLƏ
T İ
QTİ
SAD UNİ
VERSİ
TETİ
“MAGİ
STRATURA MƏ
RKƏ
Zİ
”
Ə
lyazması hüququnda
Ş
eyx-zadə
Rasim Ruslan
(Magistrantın A.S.A.)
“İş
güzar etiket” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İ
stiqamətin şifri və adı İİM020000
Mühəndis iqtisadiyyatı və idarəetmə
İ
xtisasın şifri və adı
İİ
M020012
“Strateji idarəetmə”
(menecment)
Elmi rəhbər
Magistr proqramının rəhbəri
(A.S.A., elmi də
rə
cə
və
elmi ad)
(A.S.A., elmi də
rə
cə
və
elmi ad)
i.e.n., dos. Məmmədov M.H.
i.e.d., prof. Həsənov H.S.
______________________
_____________________
Kafedra müdiri (A.S.A., elmi dərəcə və elmi ad) prof.K.A.Şahbazov
_______________________________________________
BAKI-2015
2
MÜNDƏ
Rİ
CAT
GİRİŞ
FƏSİL I. İŞGÜZAR ETİKETİN NƏZƏRİ ƏSASLARI
1.1. İşgüzar etiketin məzmunu və mahiyyəti
1.2. Tabeçilikdə olanlara effektiv təsir etmək məsələləri
1.3. Rəhbər və tabeçilikdə olanların qarşılıqlı münasibətlərinin etikası
FƏSİL 2. İŞGÜZAR ETİKET QAYDALARININ REALLAŞDIRILMASI
MEXANİZMİ
1.1.
İşgüzar etiketin formalaşmasının müasir aspektləri
2.2. Təşkilatdaxili etik problemlər
2.3. Müştərilərlə münasibətlərin qurulması texnologiyası
2.4 Zahiri korporativ etikanın problemləri
Nəticə
Ə
dəbiyyat
3
GİRİŞ
Mövzunun aktuallığı. Müasir dövrdə işgüzar etika hər bir qurumun
(hökumətin vəqeyri-hökumətin, dövlət və özəl) idarə olunması mədəniyyətinin
səviyyəsini səciyyələndirən mühüm amildir. İdarəetmə və icra qurumlarının
müxtəlif səviyyələrində qəbul edilən qərarların daxili və ya kənar
münaqişələrininriskləri, yəni qərar qəbul edənlərin nüfuzunun aşağı düşməsi,
sistemin (dövlət orqanı, özəl və ya dövlət müəssisəsi, QNT və ya siyasi, partiya)
fəaliyyətininsəmərəsinin azalması ilə müşayiət olunduğu hər şəraitdə daxili
mədəniyyətin mühüm elementi olan işgüzar etiket həmin risklərin azalmasına
yardım edir.
Bu mülahizənin düzgünlüyünü bu gün bir sıra hətta iri şirkətlərin
müflisləşməsi, tanınmış siyasi xadim və menecerlərin nüfuzdan düşməsi təsdiq
edir. Misal üçün, yaxın keçmişdə Koreya və İtaliya hökumətlərində, Enron və Elf
kimi iri şirkətlərdə baş vermiş korrupsiya qalmaqallarını yada sala bilərik.
İ
nsan fəaliyyətinin müxtəlif sahələrində etik normalara riayət edilməsinin
aktuallığının kəskin yüksəlişi nə ilə izah oluna bilər?
Belə düşünülür ki, etik davranış normalarının gözlənilməsinin əhəmiyyətinin
artmasının əsas səbəbləri bir tərəfdən düzgün olmayan qərarların nəinki həmin
qərarı qəbul edən qurumun özünə, həmçinin bir çox hallardaümumən cəmiyyətə
baha başa gəlməsi; digər tərəfdən isə hər işi və hər hadisəniqanunvericiliklə
tənzimləməyin mümkün olmamasıdır. Bir qayda olaraq nə isə qanundan kənarda
qalır və bu zaman tənzimləyici rolda etik normalar, yəni əksəriyyətin düzgün,
ə
dalətli, vicdanlı qəbul etdiyi hər hansı qaydalar kompleksi olur. Hər hansı ayrıca
qurumun, məsələn, şirkətin və ya təşkilatın daxilində insanların davranışını
qanunla tənzimləmək ümumiyyətlə çətindir.
Müasir cəmiyyətdə demokratikləşmə və informasiyanın azad əldə edilməsi
fenomenləri də davranışın müəyyən etik normalara uyğun olmasının
aktuallaşmasında öz rolunu oynayır. Məhz bu amillər sayəsində qlobal nəticələr
4
verən qərarları gizlətmək və cəzadan qaçmaq mümkün olmur. Cəza təbiidir. Amma
başqalarının itkilərinə səbəb olan hadisənin baş verməməsi daha yaxşıolardı. Buna
isə qabaqlayıcı tədbirlər ilə nail olmaq mümkündür.
İş
güzar etika kodeks adlandırılan işçilərin davranış qaydalarının məcmuəsi
şə
klində öz ifadəsini tapır. Bu gün işgüzar etika kodeksi demokratik ölkələrdəki
ş
irkətlərin əksəriyyətinin və xüsusən də transmilli şirkətlərin ən mühüm daxili
sənədidir. İşgüzar etika kodeksləri həmçinin inkişaf etmiş demokratik ölkələrdə
hökumət və qeyri-hökumət qurumlarında işçilərin davranışını nizamlayan vacib
sənəddir.
Qeyd edilməlidir ki, işgüzar etika kodeksləri hər bir konkret qurum üçün fərdi
planda tərtib olunur. Bu kodekslərdə çoxlu oxşarlıqların olmasına baxmayaraq
konkret şirkət, yaxud hökumət orqanı üçün səciyyəvi olan xüsusi fəaliyyət aspekti
həmişə mövcuddur.
Müasir Azərbaycan şirkətlərinə, xüsusən də tədricən beynəlxalq bazarlarda
çıxan şirkətlərə işgüzar etika mədəniyyətini inkişaf etdirmək zəruridir. Bu, onların
uğuru üçün daha bir zəmanətdir, çünki hətta Azərbaycan istehlakçıları artıq şirkətin
ümumi nüfuzuna tələbkar yanaşmağa başlamışlar. Bu məsələni həll etməyə
Azərbaycan şirkətlərinin gücü çatarmı? Əlbəttə çatar. İşgüzar etikanın bizdə yeni
istilah olmasına baxmayaraq, onun bir çox komponentləri vaxtı ilə müəssisələrdə
və digəro qurumlarda qüvvədə olan müxtəlif müddəalar və vəzifə təlimaiları
şə
klində istifadə olunur. Buna görə də işgüzar etika kodekslərinə riayət edilməsi
zərurətinin qavranılması şirkətlərinişçilərinin əksəriyyəti üçün o qədər də çətin
olmayacaq. Şübhəsiz ki, kodekslərin özü köhnə müddəaların və vəzifə
təlimatlarının təkrarı olmayacaq, onlarda bazar iqtisadiyyatı, korporativ
mədəniyyət, istehlakçıya yeni münasibət və şairənin tələblərinə cavab verən çoxlu
yenilik olacaq. İşçi heyəti üçün keçirilən treyninqlər işgüzar etika yeniliklərinin
uğurla qavranılmasına yardım edə bilər.
İş
güzar etika kodekslərinin hazırlanması da problem deyildir. Gec və ya tez
olsa da Azərbaycan şirkətləri işgüzar etiket kodekslərinin tətbiqinin zəruriliyini
5
anlayacaqlar. Yaxşı olardı ki, bu məsələnin həlli yubadılmasın. Bu, hamının, həm
ş
irkətlərin, həm də onların məhsul və xidmətlərindən istifadə edənlərin maraqlarına
cavab verir.