Fırıldaq və dələduzluq
Yalan kimi fırıldaq və dələduzluq da kələk və aldatmaq məqsədilə
işlədilir.Yalandan fərqli olaraq fırıldaq və dələduzluq daha çox konkret əməllərlə
bağlıdır. Yalana inanmaq, yaxud inanmamaq olar. Fırıldaq və ya dələduzluqla
qarşılaşan şəxs aldadılmaq təhlükəsilə üzləşir. Məsələn; Sizin satın aldığınız
maşının spidometrində 40.000 km rəqəmi qeyd olunub. Amma həqiqətdə isə bu
rəqəm Sizə avtomobili satan şəxs tərəfindən dəyişdirilib, əslində avtomobil
140.000 km yol keçib. Bu zaman biz dələduzluqla qarşılaşmış oluruq.
Fırıldaq və dələduzluq müxtəlif formalarda mövcud ola bilər. Bununla bağlı
səciyyəvi vəziyyətlər bunlardır: vergi məbləğinin düzgün göstərilməməsi, biznes
fəaliyyəti ilə bağlı rəqəmlərin saxtalaşdırılması (məsələn, xərcləri şişirdilməsi),
bazarda çəkidə aldatmaq, vaxtı ötmüş malların tarixinin saxtalaşdırılması, sığorta
almaq məqsədilə yalan məlumatların verilməsi, işə daxil olarkən saxta sənədlərin
təqdim edilməsi və s.
Yalan və hiylədə olduğu kimi fırıldaq və dələduzluq da insan
münasibətlərində olan qarşılıqlı inamı sarsıdır. Fırıldıq və dələduzluqla məşğul
olan şəxs bu əməlini uzun müddət görə bilmir. Belə ki, onun bu əməllərinin üstü
çox tez açılır. Bu halda həmin şəxs etibarını itirir və bir daha onu bərpa edə bilmir.
Azərbaycan reallığında fırıldaq və dələduzluqla bağlı çoxlu misallar
mövcuddur. İnsanların etibarından və bəlkə də cahilliyindən sui-istifadə edən
fırıldaqçılar tezliklə qanun qarşısında cavab verməli, yaxud ölkədən qaçmaq
məcburiyyətində olmuşlar.
Ş
Dostları ilə paylaş: |