3. Perseptiv qabiliyyət – şagirdlərin daxili aləmini
görmək bacarığında onların emosional vəziyyətini obyektiv
qiymətləndirməkdə psixikasının xüsusiyyətlərini üzə çıxarmaqda
özünü göstərir.
4. Kommunikativ (ünsiyyət) qabiliyyəti – müəllimin
şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin
rəhbərləri ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət qura
bilməsində özünü göstərir.
5. Suqqestiv (təlqinedici) qabiliyyət
–
şagirdlərə
emosional – iradi təsir göstərməkdən ibarətdir.
6. Tədqiqatçılıq qabiliyyəti – pedaqoji situasiyaları və
prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığıdır.
7. Elmi-idraki qabiliyyət – seçdiyi sahə üzrə elmi
bilikləri mənimsəmə qabiliyyətidir.
Bu qabiliyyətlər içərisində aparıcı və köməkçi qabi-
liyyətlər vardır. Didaktik və təşkilatçılıq qabiliyyəti aparıcı
qabiliyyətlərə aiddir. Qalanları isə köməkçi qabiliyyətlər hesab
olunur.
Müəllim üçün ən vacib keyfiyyət humanizmdir. “Huma-
nizm” sözünün mənası, insanpərvər (“insani”, “bəşəri”) deməkdir.
Humanist münasibətlər şagirdlərin şəxsiyyətinə maraqdan, onun
vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris
fəaliyyətinə yüksək tələbkarlıqdan, şəxsiyyətinin inkişafına qayğı
göstərməkdən və s. – dən ibarətdir.
İnteraktiv metodlarla əlaqədar xarici təcrübədən əxz
olunan, istifadə edilən və əməli işdə tətbiq olunan bir sıra müx-
təlif adlar və terminlərin işlədilməsinə diqqət yetirməyin zəruriliyi
ortaya çıxır. Bu adların verilməsi nəzəri ideyadan deyil, prak-
tikadan – təlim təcrübəsindən irəli gəlmişdir. Əgər hər hansı işini
mükəmməl bilən, yaradıcı işləyən müəllim öz təcrübəsində
şagirdlərarası fəallaşdırmanı təmin edən hər hansı metodika
işləyib tətbiq edərsə özü də onun adını verə bilər.
Nümunə üçün xarici təcrübədən əxz edilmiş və bəzi
yenilikçi müəllimlər tərəfindən tətbiq edilməyə
başlanılan
interaktiv metodlara diqqət yetirək:
52
Dostları ilə paylaş: |