Nəzərov Akif Məmmədağa oğlu
10 sentyabr 1936-cı ildə Astara rayonunun Səncərədi
kəndində anadan olmuşdur.
1955-ci ildə Astara şəhər 1 №-li orta məktəbi, 1960-cı ildə
isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
bitirmişdir.
1960-1978-ci illərdə Astara rayonunun ayrı-ayrı kənd,
qəsəbə orta məktəblərində tədris işləri üzrə direktor müavini,
direktor və ixtisası üzrə müəllim işləmişdir.
1978-1984-cü illərdə Bakı şəhəri Sabunçu rayonundakı 66
№-li orta məktəbdə müəllim, 1984-cü ilin dekabrından hal-hazıra
qədər AMİ-də əvvəlcə baş müəllim, 1994-cü ildən isə dosent
vəzifəsində işləməkdə davam edir.
May 1976-cı ildə Respublikanın EA Nizami adına
Ədəbiyyat İnstitutunda dissertasiya müdafiə edərək filologiya
üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
Akif Nəzərovun bir filoloq kimi ədəbiyyatımızın aktual
problemləri ilə əlaqədar bir sıra kitabçası, jurnal və qəzet
məqalələri çap olunmuşdur.
Lakın o, ömrü boyu əsasən pedaqoji işlə məşğul olmuş, bir
müəllim kimi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
1970-1978-
ci
illərdə
Respublika
Pedaqoji
Mühazirələrinin qalibi olmuşdur. “Sosializm Yarışının Qalibi”,
“Qabaqcıl Təhsil İşçisi” döş nişanları, çoxlu Fəxri Fərmanlar və
“Əmək Veteranı” medalı ilə təltif olunmuşdur. 07 dekabr 2009-cu
il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Əməkdar Müəllim” Fəxri adına layiq görülmüşdür.
Pedaqoji sahədə dörd metodik tövsiyənin, iki kitabçanın,
üç proqramın, dörd dərs vəsaitinin, on beş jurnal, altmışa qədər
qəzet məqalələrinin müəllifidir.
Ailəlidir, dörd övladı, on nəvəsi vardır.
downloaded from KitabYurdu.org