artıq
yorğunluğa
yol
vermənin
qarşısının alınması
4. Fiziki tərbiyənin mahiyyəti və əhəmiyyəti
5. Fiziki tərbiyənin vasitələri və formaları
Təlimin məhsuldarlığına güclü təsir göstərən tibbi-bioloji
şərtlər vardır ki, bunları həm müəllimlər, həm də şagirdlər və
valideynlər bilməli, nəzərə almalıdırlar. Həmin şərtlər bunlardır:
1. Şagird sağlamlığının qorunması. Şagirdə sağlamlığını
saxlaya bilmək, qorumaq qaydaları öyrədilməlidir. Bəzi tədqiqi
məlumatlara görə şəhər məktəblərindəki yuxarı sinif şagirdlərinin
orqanizmi son həddə qədər yüklənir. Onların gənc bədənlərinin
dözümü buna çatmır. Əksəriyyəti sutkada 30 dəqiqədən 2,5 saata
qədər az yatır. Yalnız azyatma onların iş qabiliyyətini 30%
azaldır.
2. Uşaqların təmiz havada olmasına diqqət yetirilməsi.
Şəhər uşaqlarının demək olar ki, 2/3-si təmiz havada kifayət qədər
olmur. Bədən tərbiyəsi dərsləri ya heç keçirilmir, ya da açıq
meydançalarda aparılan səyahətlər, turizm gəzintiləri təşkil
edilmir, ailədə də bir çox halda bu cəhətə diqqət yetirilmir.
Nəticədə şagirdin səhhəti zəifləyir, təlimdə zora düşür.
3. Həddindən artıq yorğunluğa yol vermənin qarşısının
alınması. Şagird yorğunluğu başlıca olaraq iki halda təzahür edir:
I. gün rejiminə əməl edilməməsi, təlim yükünün çoxluğu
və ağırlığı;
II. kifayət qədər müsbət emosiyaların olmadığı şəraitdə.
downloaded from KitabYurdu.org
85
Şagirdin müəllimin ona münasibətindən, öyrətmə səyin-
dən, yaxud təlim şəraitindən daxili razılığı yoxdursa, o tez yorulur
və təlim əməyi ona zövq vermir. Bütün bunları nəzərə alaraq
təlimi elə qurmaq lazımdır ki, şagird bütün şəraitdən tam razı
qalsın.
Əməkdaşlıq şəraiti və yeni təlim metod və texno-
logiyalarının doğurduğu yaradıcı interaktiv ab-hava təbii ki
şagirdlərin həvəsini və marağını artırır, onların özlərinə aid
problemlərin həllinə müstəqil yanaşa bilmələrini təmin edir.
Bədən tərbiyəsi, idman orqanizmin möhkəmləndirilməsi,
səmərəli əqli fəaliyyət üçün geniş imkanlar açır, əqli fəaliyyətlə
fiziki fəaliyyətin növbələşməsi nəticəsində iş qabiliyyətinin
bərpası prosesi daha səmərəli olur. Fiziki tərbiyə uşaqların bədə-
ninin ahənfdar inkişafına, qamətin yaraşıqlı, hərəkətlərin gözəl,
zərif və çevik olmasına kömək edir, estetik zövqün forma-
laşmasına imkan yaradır.
Bütün
yuxarıda
deyilənləri
yekunlaşdıraraq
fiziki
tərbiyəyə belə bir konkret tərif vermək olar: Fiziki tərbiyə –
müəllimin rəhbərliyi altında şagirdlərin öz sağlamlığını möh-
kəmləndirməsi, çevikliyini və gumrahlığını təmin etməsi prose-
sidir. Bu proses fiziki mədəniyyətin müasir inkişaf səviyyəsinə
tam uyğun olaraq təşkil edilməli və şagirdlərin fiziki kamilliyinə
gətirib çıxarmalıdır.
Fiziki tərbiyə məqsədyönlü, planlı və mütəşəkkil proses
olub, gənc nəslin can sağlığını təmin etməyə, onun fiziki qabiliy-
yətini inkişaf etdirməyə, mütəhərrik vərdişlərin və bacarıqların
formalaşmasına xidmət edir. Fiziki tərbiyə şagirdlərin bədən
quruluşunun mütənasibliyində, qamətin gözəlliyində, hərəki
keyfiyyətlərin (gücün, hərəkət sürətinin, cəldlik və dözümlüyün,
elastikliyin) inkişaf və formasında təzahür edir. Fiziki tərbiyə
şagirdlərdə əməkdə iştirak etmək vərdişləri, iradə, kollektivçilik,
əzmkarlıq və s. keyfiyyətləri inkişaf etdirir, onları Vətənin
müdafiəsinə hazırlayır.
Bu zəruri işdə fiziki tərbiyənin mühüm tərkib hissəsi olan
bədən tərbiyəsi dərsləri böyük rol oynayır. Bədən tərbiyəsi
86
dərslərində şagirdlər düzgün yeriməyi, qaçmağı, tullanmağı,
maneələri dəf etməyi, idman alətlərində müxtəlif çalışmaları,
təmrinləri yerinə yetirməyi öyrənir, öz bədənlərinin sağlamlığına
kömək edən hifzüsəhha qaydalarına yiyələnirlər.
Cəmiyyətin ən qiymətli sərvəti insan və onun sağlam-
lığıdır. Heç bir yüksək texniki nailiyyət insanların səhhətinin
qorunması və möhkəmləndirilməsi ilə müqayisə oluna bilməz.
Buna görə də insanların sağlamlığı Pluton, Hippokrat dövründən
müdrik şəxsiyyətlərin diqqətini cəlb etmişdir. Təsadüfi deyil ki,
“sağlam bədəndə sağlam ruh olar” yunan atalar sözü də həmin
dövrün məhsuludur. Qədim Elladanın nəhəng qayaların birində bu
sözlər yazılmışdır: “Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq
istəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə qaç”. Antik dövrün
böyük filosofu Platon sağlamlığı insan üçün birinci xoşbəxtlik
hesab edirdi. Hippokrata görə hərəkətsiz müalicə yoxdur. Plutarx
deyirdi ki, gimnastika təbabətin şəfaverici hissəsidir.
“Qanunlar” əsərinin müəllifi, xalq arasında Loğman adı ilə
tanınan Əbu Əli ibn Sina deyirdi:
Vərdişlə (idmanla – A.N.) yaxşıca olsan aşina,
Çatırsan fərəhlə sən yüz yaşına.
Bəlkə də daha çox yaşayırsan bil,
Həb və toz dərdinə heç dərman deyil.
Bütün dərdlərinə bax budur dava:
Təbiət – su, günəş və təmiz hava.
Hər bir adam yüksək mənəviyyatla, əməksevər vətəndaş
olmaqla yanaşı möhkəm sağlamlığa, fiziki keyfiyyətə yiyələn-
məlidir. Sağlamlığı mühafizə edən və möhkəmləndirən mühüm
amillərdən biri fəal hərəkətdir, zəruri fiziki qüvvədir.
Qüvvə xarici müqaviməti və ona qarşı təsiri əzələnin gücü
ilə aradan qaldırmaq qabiliyyətidir.
Cəldlik insanın yeni hərəkətləri tez mənimsəmək və
dəyişilən şəraitdə hərəki vəzifələri müvəffəqiyyətlə icra etməyə
imkan verir. Bu hərəki qarşılıqlı əlaqədə inkişaf və təzahür edir.
Y.A.Komenski “Ana qucağı məktəbi” adlı əsərində yazırdı ki,
həyatımız oda bənzəyir, hava axını və daimi hərəkət olmadıqda
downloaded from KitabYurdu.org
87
od dərhal söndüyü üçün uşaqların da hər gün təmrinlər etməsi və
hərəkətdə olmaları zəruridir.
Fiziki
tərbiyə
məktəblilərin
sağlam
və
möhkəm
böyüməsini təmin edir, şagirdlərə həyatda zəruri olan hərəkət,
bacarıq və vərdişləri (düzgün yerimək, qaçmaq, tullanmaq,
üzmək, təbii amillərdən düzgün istifadə etmək və s.) aşılayır,
məktəblilərdə əqli qabiliyyətləri, mənəvi keyfiyyətləri, əmək
vərdişlərini, estetik zövq və duyğuları, idman və bədən tərbiyəsi
məşğələləri ilə üzvi şəkildə birləşdirir, onların ahəngdar inkişafını
təmin edir.
Bütün şagirdlərin hər gün dərslərdə, dərsdənkənar vaxt-
larda, idman bölmələrində bədən tərbiyəsi ilə məşğul olmasını
təşkil etmək, bunun üçün lazımi şərait yaratmaq lazımdır. Hər bir
məktəbdə, bütün təlim-tərbiyə
ocaqlarında avadanlıqla və
inventarla yaxşı təchiz edilmiş idman salonları və meydançaları
yaradılmalı, şagirdlərin fiziki tərbiyəsinə, gigiyenik məsələlərinə
daha çox fikir verilməlidir.
Fiziki təmrinlər, çalışmalar, sağlamlığı təmin edən təbii,
habelə gigiyenik amillər tərbiyənin qüdrətli vasitələridir.
İnsanın sağlamlığının təmin edilməsində, əmək və hərbi
fəaliyyətə hazırlanmasında təmrin və çalışmalar mühüm rol
oynayır. Məktəbdə fiziki təmrinlərdən gimnastika, oyun, turizm
və idman zalında istifadə olunur. Gimnastika təmrinləri üçün
səciyyəvi cəhət odur ki, bunlar şagirdlərin ayrı-ayrı əzələ qrup-
larını, orqanizmlərini inkişaf etdirir. Oyunlar bütövlükdə orqa-
nizmə təsir göstərir, hərəki keyfiyyətlərin kompleks inkişafına
kömək edir. Oyun, hərəkət bir növ işdir, fəaliyyətdir.
Turizm zamanı şagirdlərdə
ünsiyyət, kollektivçilik,
qarşılıqlı hörmət və s. keyfiyyətlər formalaşır.
Fiziki tərbiyənin təşkili formalarına bədən tərbiyəsi fənni,
idman sağlamlıq işləri, müstəqil məşğələlər, fiziki tərbiyə üzrə
sinifdənxaric və məktəbdənkənar işlər daxildir. Fiziki tərbiyə və
idman üzrə sinifdənxaric işlər bədən tərbiyəsi dərslərində
mənimsənilmiş biliklər və bacarıqlarla sıx əlaqələndirilir.
88
Şagirdlərin fiziki, hərbi vətənpərvərlik yerişi “Üfüqdə
parıltı”, “Qartal balası” kimi hərbi idman oyunları xüsusi
əhəmiyyətlidir. “Üfüqdə parıltı” hərbi idman oyunu aşağı siniflər,
“Qartal balası” isə
yuxarı sinif şagirdləri üçün nəzərdə
tutulmuşdur. Bu oyunlarda güclü romantika olduğu üçün onlar
yeniyetmələri və gəncləri özünə cəlb edir. Bu oyunlar axtarışlar
və kəşfiyyatlar, “hərbi” sirlər aləmidir. Hərbi idman oyunları
məktəblilərin şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərir.
Onlar belə hərbi idman oyunları prosesində çətinlikləri aradan
qaldırmağı öyrənir, vəziyyətdən çıxış yolu axtarır, ətraf aləmin
mürəkkəb, müəmmalı sirlərini dərk edirlər. Belə hərbi idman
oyunlarında iştirak etməklə
məktəblilər xalqımızın döyüş
ənənələrinin mahiyyətini mənimsəyir, tədricən hərbi intizamın
məsuliyyətini, çətinlikləri aradan qaldırmağın nə demək olduğunu
öyrənirlər.
I sinifdə şagirdlərə sağlamlıqda rejimin rolu haqqında
məlumat vermək, bədəni təmiz saxlamağın, səhərlər gimnastika
ilə məşğul olmağın əhəmiyyətini öyrətmək lazımdır və s.
II sinif şagirdləri I sinifdə əldə edilmiş məlumatı inkişaf
etdirməli və aşağıdakıları bilməlidir: düzgün nəfəs almaq, düzgün
yerimək və düzgün oturmaq, sanitariya-gigiyena qaydalarına əməl
etmək və rejimi gözləmək; dərs məşğələlərində öyrəndikləri
hərəkətlərin icrası ilə məşğul olmaq, dərsdənkənar idman
tədbirlərində iştirak etmək və s.
III sinif şagirdləri sağlamlıq haqqında söhbətlərə qulaq
asmalı, rejimə əməl etməli, vaxtlı-vaxtında istirahət etməyin,
vaxtında yatıb-durmağın əhəmiyyətini dərk etməli və bunları
əməli olaraq yerinə yetirməlidirlər.
IV sinif şagirdləri gimnastika, yüngül atletika, üzgüçülük,
xizək sürmək işləri ilə məşğul olur, kiçiklərə mütəhərrik oyunları
öyrədir, gigiyenik qaydalara əməl edir, proqram səviyyəsində
praktik bacarıq və vərdişlərə yiyələnirlər.
downloaded from KitabYurdu.org
|