Mühaziralər, məruzələr – müəyyən mövzular üzrə, sənədlər. Şifahi jurnallar
bir qayda olaraq müəyyən ada və daimi mövzu rubrikasına malik olur və müntəzəm
olaraq keçirilir. Belə tədbirləri keçirərkən arxivdə aparılan axtarışlar və aşkar olunmuş
sənədlər barədə auditoriyaya məlumat verilir.
Oxucu konfransları – arxivin oxu zalında işləyən və yaxud işləmək fikrində
olan istifadəçilərə arxiv fondlarının tərkib və məzmunu va onlara dair EMA, yeni daxil
olmuş sənədlər, üzərindən məxfiliyi götürülmüş sənədlər, arxivin informasiya
fəaliyyəti barəsində məlumatların verilməsi, habelə oxu zalında xidmətin keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə təşkil edilir. Oxucu konfransları zamanı istifadəçilərin
ehtiyacları, informasiya xid- məti üzrə onların arxivin işinə verdiyi qiymət öyrənilir.
Tələbələr və şagirdlər üçün dərslər – arxivlə ali və orta təhsil müəssisələri
arasında bağlanmış müqavilələr əsasında, onlarla razılaşdırılmış planlara uyğun olaraq
təşkil edilir. Dərslər mövzular üzrə olub, mühazirələr, seminarlar, praktik və fakultativ
məşğələlər formasında aparılır.