58
- Azərbaycan Respublikasının Prezidenti.
334. Azərbaycan Respublikasında məhkəmə
hakimiyyətini hansı məhkəmələr həyata keçirirlər?
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Res-
publikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublika-
sının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmə-
ləri həyata keçirirlər.
335. Məhkəmə hakimiyyəti hansı məhkəmə icraatı vasitə-
silə həyata keçirilir?
- Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət
məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər
vasitələr ilə həyata keçirilir.
336. Cinayət məhkəmə icraatında hansı tərəflər iştirak
edir?
- Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə
tərəfi iştirak edir.
337. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi
məqsədilə hansı üsulların tətbiq edilməsi qadağandır?
- müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi
qadağandır.
338. Azərbaycan Respublikasında hansı xarakterli
məhkəmələrin yaradılması qadağandır?
- Fövqəladə məhkəmələrin yaradılması qadağandır.
339. Hakimliyə namizədlərə aid tələblər hansılardır?
- Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək
hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası
üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları
hakim ola bilərlər.
340. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı
maddəsinin II hissəsi ilə hakimlərə qadağan olunur:
Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç
bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul
59
ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi
Dostları ilə paylaş: