248. Təcili elan olunan qanun layihəsi Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul
edildiyi gündən nə qədər müddət ərzində təqdim edilir?
- 24 saat ərzində.
249. Qanunlar və Azərbaycan Respublikası Milli Məclisi-
nin qərarları nə zaman qüvvəyə minir?
- Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin
qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və
qərar dərc edildiyi gündən qüvvəyə minir.
250. Azərbaycan Respublikasının Prezidentliyinə
namizədlərə aid tələblər hansılardır?
- Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respub-
likasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə
iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə
görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi
olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan
Respublikasının vətəndaşı Azərbaycan Respublikasının
Prezidenti seçilə bilər.
Dostları ilə paylaş: |