47
3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə
Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir;
Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini
vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına
sədrlik edir;
6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
haqqında qərar qəbul edir;
7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra
hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi
və yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
aktlarını ləğv edir;
9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə
təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli
Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər
məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası
Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad
edir;
10) Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti
üzvlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
11) Azərbaycan Respublikasının hərbi doktrinasını
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali
komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
48
13) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatını
təşkil edir və onun rəhbərini təyin edir;
14) Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli
Məclisinə təqdimat verir;
15) Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis
edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə
təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir
və geri çağırır;
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin
etimadnamə və övdətnamələrini qəbul edir;
17) dövlətlərarası
və hökumətlərarası beynəlxalq
müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri
təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
18) referendum təyin edir;
19) qanunları imzalayır və dərc edir;
20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən səfərbərlik elan edir, habelə
səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli
həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi
xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə
qərarlar qəbul edir;
27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını
yaradır;
28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı
ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq
49
verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə
təqdimat verir;
29) fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə
müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu
məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi
mühafizə xidmətləri yaradır;
32) Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli
Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid
edilməyən digər məsələləri icra qaydasında həll edir.
Dostları ilə paylaş: