307. Azərbaycan Respublikasının Baş naziri hansı orqan
və ya vəzifəli şəxsin razılığı ilə vəzifəyə təyin edilir?
- Azərbaycan Respublikasının Baş naziri Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin edilir.
308. Azərbaycan Respublikasının Baş nazirini hansı
orqan və ya vəzifəli şəxs vəzifəyə təyin edir?
- Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin edir.
309. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında təklifi Azərbaycan Respublikasının
Prezidenti hansı müddət ərzində Azərbaycan Respublikası
Milli Məclisinin müzakirəsinə təqdim edir?
- Azərbaycan Respublikasının Prezidenti onun öz
vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan
Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə
müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli
Məclisinin müzakirəsinə təqdim edir.
Dostları ilə paylaş: |