Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə65/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   61   62   63   64   65   66   67   68   ...   76
etraf cavab06az

40. Maliyyələşmənin əsas mənbələri və təbiəti mühafizə təyinatlı fondlar 

 

Ə

traf  mühitin  mühafizəsi  və  təbii  resurslardan  səmərəli  istifadə  üzrə  tədbirlərin  və 



proqramların maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir: 

1) respublika büdcəsi və yerli büdcələr; 2) ətraf mühitin mühafizəsi təyinatlı dövlət büdcə 

fondlarının  vəsaitləri;  3)  hüquqi  şəxslərin  və  fərdi  sahibkarların  vəsaitləri;  4)  vətəndaşların,  o 

cümlədən əcnəbilərin vəsaitləri; 5) bank kreditləri; 6) xarici investisiyalar; 7) digər mənbələr. 

. Fondların yaradılması mexanizmi vəsait axınının artmasına və təbiəti mühafizə işlərinin 

müəssisənin çirkləndirməyə görə ödənişləri hesabına qismən özünü maliyyələşdirməsinə kömək 

edir. Təbiəti mühafizə tədbirlərinə xərclənmək üçün vəsaitlərin axtarılması və bölüşdürülməsi və 

ə

traf  mühitin  çirkləndirilməsinə  görə  ödənişlər  və  cərimələr  sisteminin  işlənib  hazırlanması 



problemləri  ilə  bağlı  1970-ci  illərin  sonu-1980-ci  illərin  əvvəlində  yerli  elmi  ədəbiyyatda    ilk 


 

40 


dəfə  ekoloji  fondların  yaradılması  zərurəti  haqqında  məsələ  qaldırılmışdı..Keçmiş  SSRİ 

ə

razisində  təbiəti  mühafizənin  büdcədənkənar  fondları  1980-ci  −  1990-cı  illərin  qovşağında 



yaradılmağa başlandı..Ekoloji fondların aşağıdakı mənbələr hesabına formalaşdırılması nəzərdə 

tutulurdu: 

 Müəssisələrin, birliklərin və təşkilatların çirkləndirici maddələrin yol verilən normativ və 



normativdən artıq atılmasına (axıdılmasına), tullantıların yerləşdirilməsinə görə etdiyi ödənişlər; 

 Çirkləndirici maddələrin qəza şəraitində atılmasına (axıdılmasına) görə cərimə ödənişləri, 



təbii  resurslardan  və  onlardan  əldə  edilən  xammaldan  normativdən  artıq  və  qeyri-kompleks 

istifadəyə görə ödənişlər; 

 Təsərrüfat fəaliyyəti nəticəsində təbiəti mühafizə qanunvericiliyinin pozulması ilə dövlətə 



vurulan zərərin əvəzinin ödənilməsi üçün tutulan ödənişlər; 

 Müəssisələrdən, vətəndaşlardan və digər mənbələrdən daxil olan könüllü ianələr. 



Təbiəti mühafizə sahəsində sabit maliyyələşdirmə mənbəyi kimi ekoloji fondların bütün 

ə

həmiyyətinə baxmayaraq, onların faəliyyətində bir sıra çatışmazlıqlar da mövcuddur: 



 Fonda  daxil  olan  vəsaitlərin  80%-dək  hissəsini  təşkil  edən  çirkləndirməyə  görə 

ödənişlərin az yığılması və bölüşdürülməsinin səmərəsizliyi; 

 Prioritetlərin müəyyən edilməsi mexanizmi mövcud olmadığından maliyyə vəsaitlərinin 



istifadəsinin kifayət edən dərəcədə əsaslandırılmaması; 

 Müəssisələr tərəfindən keçirilən təbiəti mühafizə tədbirlərinin ödənişlər edilərkən nəzərə 



alınması mexanizminin qeyri-təkmil olması; 

 Ödənişlərin inflyasiya artımına uyğun səmərəli indeksasiya mexanizminin olmaması; 



 Ekoloji  fondlar  tərəfindən  maliyyələşdirmək  üçün  layihələrin  seçilməsi  meyarlarının 

olmaması,  layihələrin  həyata  keçirilməsinə  nəzarətin  və  nəticələrin  qiymətləndirilməsi  qay-

dalarının və meyarlarının olmaması. 




Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin