Qarışıq iqtisadiyyatın əsas institutlarından biri xüsusi mülkiyyətə, təsərrüfatın təşkilinin
Ekologiya baxımından sahibkarlıq fəaliyyətinin müsbət tərəfi əsas fəaliyyəti insanların
sağlamlığına və ətraf mühitə zərərin vurulmasının qarşısını alan malların istehsalı, iş və
xidmətlərin görülməsi olan ekoloji sahibkarlığın yaradılmasıdır. Ekoloji sahibkarlığın maraqlar
dairəsinə bu və ya digər ekoloji problemlərin həlli ilə bilavasitə bağlı olan istehsalat-kom-
mersiya, vasitəçilik, məsləhət, elmi-tədqiqat fəaliyyətinin bütün növləri daxildir.
41
Hal-hazırda, keçid iqtisadiyyatına malik olan ölkələrdə baş verən dövlətsizləşdirmə və
özəlləşdirmə prosesləri ekoloji sahibkarlıq sahəsinin formalaşmasına imkan verir. Mərkəz-
ləşdirilmiş iqtisadiyyat şəraitində təbiətdən istifadə məhsullarına olan “rentasız” qiymətlərin
hökmran olduğu şəraitdə resurslara qənaət edilməsi sərfəli olmadığı kimi, iri dövlət müəssisələri
tərəfindən təmizləyici qurğuların, ekoloji texnika və texnologiyanın kiçik həcmlərdə istehsalı da
sərfəli deyildi. Təbiəti mühafizəyə dair planların icra olunmaması, təbiəti mühafizə məqsədləri
üçün ayrılmış kapital yatırımlarının xərclənməməsi təbiəti mühafizə avadanlıqlarının sifariş
edilməsinin mümkün olmaması ilə izah edilirdi, çünki mərkəzləşdirilmiş iqtisadiyyatda onun
istehsalı “küncə sıxılmışdı”.
Nəzarət-ölçü cihazlarının xırda istehsalçıları da ekoloji biznesin nümayəndələrinə
çevrildilər. Suların təmizlənməsi, balıqçılıq və meşə bərpası sahələrində yaradılan kooperativləri
və kiçik müəssisələri də ekoloji sahibkarlığa aid etmək olar.
İ
qtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ekoloji yönümlü məhsullar həm sənaye təyinatlı
(təmizləyici qurğular, ekoloji texnika və ekoloji texnologiyalar, yeni materiallar, nəzarət-ölçü
cihazları və s.) malların istehsalında, həm də istehlak mallarının (qida məhsullarından tutmuş
təhlükəsiz məişət cihazlarınadək) istehsalında öz möhkəm mövqelərini qoruyub saxlayır. Belə
məhsulların istehsalı çoxsəviyyəli və kifayət qədər gəlirlidir, bununla yanaşı, şirkətlər bununla
özlərini reklam edirlər və bazarda nüfuz qazanırlar. Ekoloji sahibkarlığın əhəmiyyətli xüsusiyyəti
o idi ki, kiçik və orta sahibkarlığın potensialından istifadə etməklə o ekoloji vəziyyətin
stabilləşdirilməsinin əlavə büdcə ayırmaları tələb etməyən səmərəli yoludur. Lakin dövlət, bir
tərəfdən, ekoloji biznesin inkişafını dəstəkləyir, digər tərəfdən, bütün cəmiyyətin maraqları
naminə sahibkarlıq fəaliyyətinin qanunvericilik qaydasında tənzimlənməsini təmin etməlidir.
MDB ölkələrində bazar münasibətlərin hələ indi formalaşdığı bir şəraitdə ekoloji sahibkarlıq öz
yolunun başlanğıcındadır.Təbiəti mühafizə fəaliyyətində sahibkarlıq aktivliyinin inkişafı ekoloji
normativlərin və ətraf mühitin çirkləndirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan
verir.Ekoloji xidmətlərin bütün növlərinin pullu əsaslarla həyata keçirildiyi mal və xidmətlərin
dünya bazarında bir neçə müstəqil sahə formalaşmışdır. Belə əsas sahələr bunlardır: ekoloji
texnikanın, ətraf mühitin vəziyyətinə nəzarət üzrə cihazların istehsalı və satışı, resursqoruyucu
texnologiyaların və təmizləyici qurğuların yaradılması resurslardan təkrar istifadə və ekoloji
təkrar istehsal, ekoloji tərbiyə və təhsil, digər ekoloji xidmətlərin göstərilməsi.
Dostları ilə paylaş: