Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə69/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   65   66   67   68   69   70   71   72   ...   76
etraf cavab06az

 

44. Ekoloji marketinqdə informasiya mənbələri və proqnozlaşdırma 

metodları 

 

Bazar konyukturasının öyrənilməsinin vacib məsələsi informasiya toplanmasıdır. Bazar üzrə 

tədqiqatlar  aparılarkən  müxtəlif  mənbələrdən  alınan  3  informasiya  növündən  istifadə  edilir: 

— 

Ümumi, kommersiya və xüsusi informasiyalar. 



Ümumi  informasiya  sahənin  və  ya  mövcud  istehsalatın  inkişafını  nəzərə  alaraq  bazar 

vəziyyətini  özündə  əks  etdirir.  Bu  məlumatların  alınma  mənbələrini  dövlət  və  sahə  statistik 

göstəriciləri, həmçinin uçot və hesabatın rəsmi formaları təşkil edir. 

Kommersiya  informasiyası  müəssisənin  satış  üzrə  işçi  sənədləri,  həmçinin  həmkar 

müəssisələrlə aparılan informasiya mübadiləsindən əldə olunan  göstəricilərdir. 



Xüsusi  informasiya  bazarın  öyrənilməsi  üzrə  xüsusi  tədbirlərin  nəticələrindən  alınan 

məlumatlardır.  Buraya  ekspert  və  alıcıların  sorğusu,  sərgi-satış  və  konyuktur  iclasların  keçiril

-

məsi aiddir. 



Hal-hazırda  bazar  konyukturasının  inkişafını  proqnozlaşdıran  çoxsaylı  metodlardan  istifadə 

olunur.  Bunlardan  ekstrapolyasiya,  ekspert  qiymətləndirmə,  iqtisadi-riyazi  modelləşdirmə, 

balans və s. metodlardan geniş istifadə olunur. 

Ekstrapolyasiya  cari  və  keçmiş  dövrdə  baş  vermiş  iqtisadi  hadisələrin  inkişafının 

qanunauyğunluqlarının  analizi  və  bu  qanunauyğunluqların  gələcəkdə  yayılmasının 

proqnozlaşdırılmasına əsaslanır. 

Ekspert qiymətləndirmə yüksək ixtisaslı ekspertlərin təcrübə, bilik və intiusiyasına söykənir. 

Bu metod iqtisadi proqnozların işlənməsində tətbiq edilir. 

İ

qtisadi riyazi modelləşdirmə metodu ən çox rast gəlinən riyazi məsələlərin həlli üçün riyazi 



modellərin istifadəsinə əsaslanır. 

Balans  metodu  bir  neçə  üzvü  mənşəli  xammal  bazarının  vəziyyətinin  proqnozunda  istifadə 

olunur.  Bu  metodun  məğzi  hazırkı  tələb  və  təklifə  əsasən  növbəti  il  üçün  istehsal  və  istehlak 

həcminin balansının tərtib edilməsindən ibarətdir. 

Bazar konyukturasının inkişafının proqnozlaşdırılması üçün evristika metodundanda istifadə 

olunur. Bu metod informasiya qıtlığı zamanı istifadə olunur. Bu metodun məğzi qabaqcadan fikir 

yönəldilməsinə əsaslanır.


Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin