Microsoft Word etraf muhit cavab az doc


 Azərbaycanda su resurslarından istifad



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə75/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   68   69   70   71   72   73   74   75   76
etraf cavab06az

49. Azərbaycanda su resurslarından istifadənin ekoloji problemləri və 

mühafizəsi 

Respublikamızın ərazisi məhdud su ehtiyatlarına malikdir. Bunun başlıca səbəbi 

ilk  növbədə  əlverişsiz  təbii  şəraitdir.Nəzərə  almaq  lazımdır  ki,  bərpa  olunan  su 

ehtiyatının yalnız 30%-i respublikanın daxili su axarlarının hesabına formalaşır və 

ilin quraq və sululuğundan asılı olaraq 5,4-10,3 milyard m

3

 arasında dəyişilir.  



Respublikamızda  2013-cu  ildə  təbii  su  mənbələrindən  götürülən  suyun 

həcmi  11,6  milyard  m

3

  təşkil  etmişdir.  Hər  kvadrat  kilometr    ərazidə  bir  nəfərə 



düşən su ehtiyatlarının həcminə görə Azərbaycan MDB ölkələrindən 1,8-2,0 dəfə, 

Gürcüstandan 7,0-8,0 dəfə, Ermənistandan isə 1,5-2,2 dəfə geri qalır. 

Su  ehtiyatları  respublikamızın  fiziki-coğrafi  əraziləri  üzrə  qeyri-bərabər 

paylanmışdır.  Su  ehtiyatları  ilə  yaxşı  təmin  olunmuş  ərazilərə  Böyük  Qafqazın 

ş

imal-şərq  və  cənub  hissələri,  Lənkəran  zonası,  zəif  təmin  olunmuş  ərazilərə  isə 



Kür-Araz  ovalığı,  Ceyrançöl-Acınohur,  Abşeron-Qobustan  və  Naxçıvan  MR-nın 

ə

razisi  aid  edilir.  Respublikamızın  su  ehtiyatının  5,1  km



3

-i  yeraltı  suların  payına 

düşür.  Yeraltı  suların  31%-i  Qusar  maili  düzənliyi,  18,5%-i  Mil-Qarabağ  zonası, 

13,3%-i isə Qanıx-Əyriçay vadisində toplanmışdır. Digər ərazilərimizdə isə yeraltı 

suların 22%-i cəmlənmişdir. 

Məlumdur  ki,  respublikamızın  su  ehtiyatının  70%-ə  qədəri  tranzit  çayların 

payına düşür. Kür, Araz, Samur, Qanıx, Qabırrı, Oxçu, Arpaçay və s. kimi çaylar 

Gürcüstan,  Ermənistan,  Dağıstan  ərazilərində  ciddi  çirklənməyə  məruz  qalırlar. 

Respublikamızın  suya  olan  təlabatının  ödənilməsində  Kür,  Araz  və  b.  çayların 

mühüm əhəmiyyəti vardır. Kür çayının su balansının 74%-dən çoxu respublikadan 

kənarda  formalaşır  və  onun  ekoloji  vəziyyəti  də  qonşu  dövlətlərdən  asılıdır.  Kür 

çayı hövzəsinə Gürcüstan ərazisində orta hesabla 3,0 milyard m

3

 kommunal-məişət 



və  Tbilisi,  Rustavi,  Qardabani  və  s.  şəhərlərin  sənaye  çirkab  suları  axıdılır.  Kür 

çayının  çirklənməsi  respublikamızın  ərazisində  də  davam  edir.  Hər  gün  Kürə 




 

47 


respublika  ərazisində  200  min  m

3

  çirkab  suları  axıdılır.  Nəticədə  Kür  suyunda 



misin orta miqdarı yol verilən qatılıq həddindən 4,5-10,0 dəfə, neft məhsullarının 

miqdarı 1,5-2,2 dəfə, fenolun orta qatılığı 4,0-4,5 dəfə yüksəkdir. 




Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin