Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu
(Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu)
Əməkdar müəllim
“QURANĠ-KƏRĠM”-DƏ
QĠDA MƏHSULLARI
VƏ
ĠSLAMDA QĠDALANMA
Oxuculara halal qida və sağlam həyat arzusu ilə
Möhtərəm _____________________________
Hormətlə ______________ Hacı Əhməd-Cabir
B A K I – 2 0 1 3
2
Ə 96
Məsləhətçi: Hacı Salman Musayev
Qafqaz Müsəlmanları Ġdarəsinin sədr müavini-müfti
Rəyçi: prof. Hacı Məmmədhəsən Meybullayev
Ə 96. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu
“Qurani- Kərim”-də qida məhsulları və islamda
qidalanma (monoqrafiya). Bakı: “İqtisad Universiteti”
nəşriyyatı, 2013.- 380 səh.
Kitabın yazılmasında “Qurani Kərim”-in 100-dən çox ayə-
lərindən, Peyğəmbərimizin (s.ə.v.) hədislərindən, imamların və
dahilərin kəlamlarından, bir çox mənbələrdən (kitablardan) və
dövrü mətbuatda rast gəldiyim materiallardan, eləcə də, müəllifin
qida məhsullarının əmtəəşünaslığına və texnologiyasına həsr
olunmuş onlarla kitablarındakı məlumatlardan istifadə olunmuşdur.
Kitabda su, süd, ət, yumurta, balıq, zeytun yağı, çörək, meyvə-
tərəvəz, bal, şəkər, sirkə, xörək duzu və digər qida məhsullarından
müsəlmanların istifadə etmələrinin islam dininin tələblərinə uyğun
olaraq geniş izahı verilmişdir. Eyni zamanda qida qəbulu
mədəniyyəti, yeyib-içmək ədəbi, islamda və müasir dövrdə səmərəli
qidalanmanın əsas prinsipləri kitabda öz əksini tapmışdır. Kitabda
Ramazan orucunun mənası, tarixi, orucluğun insan sağlamlığı üçün
əhəmiyyəti, oruc tutmağın islami qaydaları haqqında da ətraflı
məlumat verilir. Kitabda şərabın haram olması və siqaretin insan
orqanizminə zərəri haqqında məlumatlar da öz əksini tapmışdır.
Kitabda Quran ayələrindəki qida məhsullarına həsr olunan Allah
kəlamlarına istinad edildiyindən oxuculara məsləhətimiz budur ki, bu
kitabı natəmiz yerlərə qoymasınlar.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəlliflik hüququ qorunur və kitabın
icazəsiz nəşr olunması qadağandır
© Əhməd-Cabir, 2013
3
Qafqaz Müsəlmanları İdarəsinin sədr
müavini – müfti vəzifəsində çalışmış
(aprel 1969 – fevral 1986) atam Hacı
İsmayıl Hacı Qədir oğlunun əziz
xatirəsinə ithaf edirəm
SÖZ ÖNÜ
BĠSMĠLLAHĠR-RƏHMANĠR-RƏHĠM
(Rəhimli, Mərhəmətli Allahın adı ilə)
Allaha həmd olsun, şükür Ondadır, tərif Onundur,
fəzilət sahibi Odur, mərhəmət Onun əlindədir, səna və
ehsan da Onun ünvanınadır. Mən şəhadət verirəm ki,
Ondan başqa Tanrı yoxdur, Ondan başqa Rəbb yoxdur.
Mən iqrar və etiraf edirəm ki, O, Muhəmmədi (Ona
Allahın salavatı (xeyir-duası) və salamı olsun- (s.ə.v.)
huda yolu (doğru yol) və haqq dini ilə göndərmişdir.
O, gələn vəhyləri bizə çatdırmış, millətə möhtac olduq-
larını öyrətmişdir. Allahın ən ülvi salavatı, ən kamil
salamı ona və onun ailəsinə, onun bütün səhabələrinə
(tərəfdar, silahdaş) və ardıcıllarına ünvanlanmışdır.
Kitab bəşər maarifi və mədəniyyətinin tərəqqi və tə-
kamülü yolunda lazım olan bütün xüsusiyyətlərə malik
olmaqla insan fikrini daşımaqda, onu başqalarına çatdır-
maqda və mədəniyyətin yüksəlişində mühüm rol oynayır.
Şübhəsiz ki, islam təfəkkürü və mədəniyyəti zən-
gin qaynaqlara və real dünyagörüşünə malik olduğuna
görə, insan təfəkkürü və fikrinin ən üstün və mütərəqqi
düşüncələrindəndir.
Biz bu həqiqətə vararaq və bu gerçəyi dərindən
4
başa düşdükdə imkan daxilində bu böyuk işdə (islam
düşüncəsini insanlara çatdırmaqda) şərik olub, bu
yolda səy göstərib çalışmaq istədik. Bu böyük islam
işində qadir Allahdan izin, kömək və müvəffəqiyyət
diləyirik. Həqiqətən, O, duaları qəbul edəndir.
İnsanlar uzun illərdən bəri öz təlabatlarını ödəmək
üçün müxtəlif qida məhsulları ilə, o cümlədən ovlan-
mış heyvan əti, yabanı dənli bitkilər və meyvə-
tərəvəzlərlə qidalanmışlar. İnsan orqanizmi qidalan-
madan uzun müddət yaşaya bilmədiyi üçün hələ
qədimdən bizim əcdadlarımızın əsas məqsədi müxtəlif
qida məhsullarını əldə etmək, onları yeniləşdirmək,
təkmilləşdirmək və insan qidası üçün zərərsiz olmasını
müəyyənləşdirmək qayğısı olmuşdur. Lakin tarixdə
insanların sağlam və səmərəli qidalanmasına mane
olan bir çox təbii fəlakətlər, quraqlıq, subasma və digər
hadisələr insanların düzgün qidalanmasına da, şübhəsiz
təsir etmişdir. Dünyanın ayrı-ayrı bölgələrində insanlar
təbiətin onlara bəxş etdiyi məhsullarla qidalanmışlar.
Lakin həmin məhsulların heç də hamısı insan sağlam-
lığı üçün yararlı olmamışdır. Xüsusən isti iqlim şərai-
tində tez xarab olan məhsullar insan səhhətinə mənfi
təsir göstərmişdir.
İnsan səhhətinin ən mühüm amilini təmiz və key-
fiyyətli, yüksək qidalılığa malik və sağlamlığa uyğun
qida məhsulları təşkil edir. Allah Təbarəkə Təala in-
sanlara, xalqlara yeməklərin halal və haram olması ba-
rədə Səmavi kitablarda müəyyən ayələr buyurmuşdur.
Allah tərəfindən Cəbrayıl (ə) vasitəsilə islam Peyğəm-
bərinə
(s.ə.v.)
nazil
olan
“Qurani-Kərim”-də
buyrulmuş ayələrin və kəlamların çoxu müasir elmi
biliklərlə sübuta yetirilmişdir.
5
“Qurani-Kərim” insanların həyatı, əxlaqı, yaşayış
tərzi, ədəbi, mərifəti, bir-birinə münasibəti və cəmiy-
yətdəki mövqeyi, həmçinin bu cəmiyyətdə hər fərdin
vəzifəsini göstərən Səmavi kitabdır. Burada insanın hə-
yatında mümkün olan hər cür şeyə dair münasib ayələr
vardır. Belə də olmalıdır, çünki “Qurani-Kərim”
insanın həyat təlimatıdır, həm də elə bir insanın ki,
onun əxlaqı və yaşayış tərzi, rəftarı və amalı onun
xilqətinə və yaranma məqsədinə uyğun olsun, onu
heyvanatdan fərqləndirsin.
İnsana aid olan heç bir söz, heç bir məsələ qalma-
yıb ki, “Qurani-Kərim” o barədə bizə məlumat
verməsin.
Qida məhsulları haqqında “Qurani-Kərim”-in bir
çox surələrində 100-dən çox ayədə müxtəlif kəlamlar
buyrulmuşdur. Qidalanma haqqında islami şərtlər və
buyuruqlar isə Peyğəmbərimizin (s.ə.v.) və İmamların
hədislərində, islam dininin elmi mahiyyətini insanlara
olduğu kimi çatdırmaq istəyən din xadimlərinin və
tarixi şəxsiyyətlərin yazılarında və nəsihətlərində öz
əksini tapmışdır.
Uzun illər ərzaq məhsullarının istehsal texnolo-
giyası, əmtəəşünaslığı və ekspertizası ilə məşğul ol-
maqla bərabər, bu sahədə 300-dən çox elmi əsərin, o
cümlədən 60 kitabın müəllifi olduğum üçün, eyni
zamanda qəlbimdəki Allah sevgisi və islam dininə olan
böyük marağım və ehtiramım məni islamda qidalanma
məsələləri haqqında araşdırmalar aparmağa və nəhayət
bu barədə sanballı monoqrafiya yazmağa sövq etmişdi.
Hələ keçən əsrin sonlarında mən “Qida məhsulları
və qidalanmanın islami şərtləri” mövzusunda institut-
daxili elmi-praktiki konfransda çıxış etmişdim. Mövzu
6
üzrə etdiyim məruzə dinləyicilərin çox böyuk ma-
rağına səbəb olmuşdu. Həmin dövrdən 14 ildən çox
keçməsinə baxmayaraq mən dayanmadan bu günə
qədər həmin mövzuya aid müxtəlif səpgili materiallar
toplamağa başladım. Hər dəfə bu mövzuya qayıdanda
dərindən düşünür və belə bir mövzuda monoqrafiya
yazmağın məsuliyyətini hiss edirdim. Artıq toplanmış
materialları sistemləşdirib bir kitab halında yazmaq
qərarına gəldim.
Kitabın yazılmasında müxtəlif mənbələrdən, dövrü
mətbuatda mövzuya aid dərc olunan məqalələrdən və
əsasən də “Qurani-Kərim”-in 100-dən çox ayələrindən
istifadə olunmuşdur. “Qurani-Kərim”-in ayələrindən
verilən istinadlar Z.M.Bünyadov və V.M.Məmmədəli-
yevin ərəb dilindən tərcümə etdikləri “Qurani-Kərim”-
in
dördüncü nəşrindən (“Məhdiyyə” nəşriyyatı,
1420/2000) götürülmüşdür.
Hər bir insanın həyatdakı uğuru da, uğursuzluğu
da bir olan Allahın izni ilə baş verir. Odur ki, insan hə-
mişə Allaha şükür etməlidir. Mən də həyatda nə qazan-
mışamsa, uğurlarıma və xoş günlərimə görə, hətta çə-
tinliklərlə üzləşdikdə belə həmişə Allaha şükür etmi-
şəm. İndi də şükür edirəm ki, uzun illərdir arzusunda
olduğum və nəşrini görmək istədiyim “Qurani-
Kərim”-də qida məhsulları və islamda qidalanma
kitabımı oxuculara təqdim edə bildim.
Bu kitabı oxuduqlarım, öyrəndiklərim və bildiklə-
rim əsasında yazıb oxuculara çatdırmaq məqsədilə nəş-
rə hazırladım. Əsl həqiqət bir olan Allaha məlumdur.
Kitabdakı araşdırmalarla əlaqədar verilən məlu-
matlardan faydalananlar olsa, özümü bəxtiyar sanaram.
7
Kitabda aĢağıdakı qısaltmalar verilmiĢdir.
(s.ə.v.) – Səlləllahü əleyhi və alihi və səlləm.
(ə) – Əleyhüssəlam.
(A.o.r.) – Allah ondan razı olsun.
kq – kiloqram.
q – qram.
mq – milliqram.
mmq – mikroqram
mq% - 100 qram məhsulda milliqramla miqdar.
l – litr.
ml – millilitr.
BV – Beynəlxalq vahid.
kkal- kilokalori.
kCoul - kilocoul
8
MÜSƏLMANIN ĠNANC TƏMƏLLƏRĠ
Müsəlmanlıq iki böyük inanc təməl üzərində
qurulmuşdur.
1.
Allahdan başqa ibadət ediləcək Tanrı olmadığı,
2.
Muhəmməd Peyğəmbərin (s.ə.v.) Allah tərəfin-
dən bütün insanlara göndərilmiş bir Peyğəmbər olduğu.
İslam dini bunu bir düstur kimi: - La ilahə illəllah
Muhammedin-Rəsulüllah – cümləsində toplamışdır.
Bu mübarək cümləni dili ilə söyləyib, qəlbi ilə təsdiq
edən bir kəs, İslam Dinini qəbul etmiş olur.
Bu inanca: İman,
İnana da: Mömin – Müsəlman deyilir.
Peyğəmbər Əfəndimiz (s.ə.v.) imana belə tərif
vermişdir:
“Aməntü billahi və məlaikətihi və kütübihi və
rusulihi vəl-yevmil-axiri və bil-kadəri, hayrihi və
Ģərrihi minallahi Təala vəl-basü badel-mevt. Hak-
kun əĢəhədü ən la ilahə illəllah və əĢhədü ənnə
Muhammedin abdühü və Rəsulühü.”
1- İman Allahdan başqa bir Tanrı olmadığına, Mu-
həmmədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna,
2- Allahın mələklərinə,
3- Allahın kitablarına,
4- Allahın bütün Peyğəmbərlərinə,
5- Öləndən sonra dirilməyə (Axirət gününə),
6- Yaxşılıq və pisliyin Allahın təqdiri və
yaratmasıyla olduğuna, inanmaqdır.
Bu altı prinsip imanın kökləri, islam inancının
təməlidir.
Ġslam - Allahın və Peyğəmbərinin buyruqlarına
inanmaq və boyun əymək, Allaha təslim olmaq, daxili,
9
xarici təmiz, sözü özünə, özü sözünə uyğun olmaq
deməkdir.
Allahın və Peyğəmbərin buyruqlarına boyun əyib
təslim olana Müsəlman deyilir.
İnsan ağlı ilə, düşüncəsiylə hər nə qədər yaradanına
inana bilirsə də, Allahın rizasının, əmr və qadağalarının
nədən ibarət olduğunu sezə bilməz.
Bunun üçün Allah Peyğəmbərlərinin vasitəsilə əmr
və qadağalarını bildirmiş, insanlara dünya və axirətdə
səadətə qovuşan yollarını bəyan etmişdir.
Bildirilən ilahi əmr və qadağaların hamısına “Din”
deyilir.
Dinimizin adı İslam dinidir. Bu adı Allah vermişdir.
Bunun üçün İslam Dini bir xalqın, bir millətin dini
olmayıb, bütün insanların dinidir; son dindir; ağıl və
bilik dinidir; əxlaq dinidir; barış və intizam dinidir;
inandıqlarını yaşama dinidir.
Mələklərə iman. Allahın müxtəlif yaratdıqları
vardır.
Ulu Tanrı mələkləri ayrı-ayrı işlərin meydana gəl-
məsinə səbəbkar kimi yaratmış, qüvvət və qüdrətini on-
larla göstərmişdir. Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil
adındakı mələklər, mələklərin Allaha ən yaxın olanları
və ən böyükləridir.
Mələklər yerlərdə, göylərdə və yerlə göy arasında,
hədsiz, hesabsız olaraq, Allahın əmrlərini yerinə yetirir-
lər. Saylarını Allahdan başqa heç kim bilməz. Mələk-
lərin böyüklərindən olan Cəbrayıl Allahın Kəlamlarını
Peyğəmbərlərə çatdırmaqda vasitəçilik edər.
Kitablara iman. Adəm (ə) ilə bizim Peyğəm-
bərimiz (s.ə.v.) arasında gəlib keçən bütün peyğəm-
bərlərə göndərilən kitabların hamısı haqdır.
10
Kitabların bir qismi səhifələrdən ibarətdir. Bunlara
“suhuf” deyilir. Bir qismi də böyük kitablardır.
Səhifələr bu Peyğəmbərlərə göndərilmiĢdir:
10 suhuf Adəm Əleyhüssəlama
50 suhuf Şit Əleyhüssəlama
30 suhuf İdris Əleyhüssəlama
10 suhuf İbrahim Əleyhüssəlama
Böyük Kitablar:
1.
Tövrat: Musa Peyğəmbərə(ə) enmişdir.
2.
Zəbur: Davud Peyğəmbərə(ə) enmişdir.
3.
İncil: İsa Peyğəmbərə(ə) enmişdir.
4.
“Quran-Kərim”: Bizim Peyğəmbərimiz Həzrəti
Muhəmmədə (s.ə.v.) enmişdir.
“Qurani-Kərim” son kitabdır. Yalnız bir zamana, bir
qəbiləyə, bir millətə məxsus deyildir, bütün insanların
kitabıdır. Onun hökmü qiyamətə qədər davam edəcəkdir.
“Qurani-Kərim” Peyğəmbərimizin (s.ə.v.) ən
böyük möcüzəsidir.
Muhəmməd Peyğəmbərə (s.ə.v.) Ramazan ayında
nazil olan Quran 114 surədən, 6204, yaxud 6236 (bəzi
mənbələrdə 6666) surədən, 77934 sözdən ibarətdir. Qu-
ranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə
nazil olmuşdur. Quran hər biri 20 səhifə olmaqla 30
cüzə ayrılır.
Peyğəmbərlərə iman.
Cənab Haqq qullarına doğru yolu göstərmək üçün
əmrlərini, yasaqlarını peyğəmbərləri vasitəsilə bildir-
mişdir.
Peyğəmbərlər Allahla qulları arasında vasitəçi və
elçidirlər.
Peyğəmbərlik Allah vergisidir. Dilədiyinə verir,
çalışıb çabalamaqla əldə edilməz. Adəmdən (ə) bizim
11
sevgili Peyğəmbərimiz Muhəmmədə (s.ə.v.) qədər gəlib
keçmiş bütün millətlərə Allah tərəfindən peyğəmbərlər
göndərilmişdir.
“Qurani Kərim”-də adları bildirilən peyğəmbərlər:
1 - Adəm (ə) 10 – Yaqub (ə) 19 – Əlyəsə (ə)
2 - İdris (ə) 11 – Yusif (ə) 20 – Yunus (ə)
3 – Nuh (ə) 12 – Əyyub (ə) 21 – Zülkifl (ə)
4 – Hud (ə) 13 – Şuayb (ə) 22 – Zəkəriyyə (ə)
5 – Salih (ə) 14 – Musa (ə) 23 – Yəhya (ə)
6 – İbrahim (ə) 15 – Harun (ə) 24 – İsa (ə)
7 – Lut (ə) 16 – Davud (ə) 25 – Həzrəti
8 – İsmayıl (ə) 17 – Süleyman (ə) Muhəmməd (s.ə.v.)
9 – İshak (ə) 18 – İlyas (ə)
Üzeyr, Loğman, Zülqərneyn adındakı üç şəxsin
peyğəmbərlikləri mübahisəlidir.
Bizə bildirilən və bildirilməyən bütün peyğəmbərlə-
rin hər birini bir-birindən ayırmadan hamısına inanırıq.
Ġslamın beĢ təməli.
Sevgili Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur.
Müsəlmanlıq beş təməl üzərində qurulmuşdur:
1.
Allahın varlığına, birliyinə, Həzrəti Muhəm-
mədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna
qəlbi ilə inanması və dili ilə də bunu:
“ƏĢhədü ən la ilahə illəllah və əĢhədü ənnə
Muhemmeden Rəsulüllah” deyə söyləməsi,
2.
Dinin dirəyi olan, gündə beş vaxt namazı
qılması,
3.
Ramazan ayında oruc tutması,
4.
Dində zəngin sayılanların ildə bir dəfə malının
zəkatını verməsi,
12
5.
Bədəni sağlam və kifayət qədər pulu da varsa,
omründə bir dəfə həcc ibadətini etməlidir.
Zəkat: Dində zəngin sayılan kişi, qadın, hər bir
Müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara
verməsi borcdur, fərzdir. Borcundan və keçinəcəyindən
başqa 80,18 qram (20 misqal) qızılı və ya 561 qram
(200 dirhəm) gümüş, və yaxud da bunların dəyərində
pulu və ticarət malı olan şəxs dində zəngin sayılır.
Bəzi adamlar zəkatla xümsü qarışdırırlar. Xüms in-
sanın bu və ya digər vaxtda ələ keçirdiyi qənimətin beĢ-
də birini kasıblara, xüsusən də Peyğəmbərlərin qohum
əqrabasına, yetimlərə, yoxsullara və müsafirlərə verilən
pul və maldır. Bu barədə “Qurani Kərim”-in əl-Ənfal
surəsinin 41-ci surəsində buyurulur:
“(Ey möminlər!) əgər siz Allaha və haqla batilin
ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarĢılaĢ-
dığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil
etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ
keçirdiyiniz hər hansı qənimətin beĢdə biri, Allahın,
Peyğəmbərin, onun qohum-əqrabasının, yetimlərin,
yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda
qalan yolçularındır). Allah hər Ģeyə qadirdir!”( əl-
Ənfal, 8/41)
“Beşdə biri” ərəbcə “Xüms” deməkdir. Bu ayəti-
kərimədən aydın olur ki, xüms yalnız əldə edilən qə-
nimətdən verılir. Zəhmətlə qazanılan və ehtiyat üçün
saxlanılan qızıla, gümüşə, pula və keçinəcəyindən artıq
olan hər hansı bir mala görə xüms verilməz. Qənimətin
miqdarı təfsirlərdə aşağıdakı kimi göstərilir.
Qənimətə 115 dəvə, 14 at, parça, silah, ərzaq və
digər qiymətli mallar aid edilir.
Qeyd: İslam dini haqqında heç bir bilgisi olmayan
13
oxucuların bu kitabdan daha səmərəli və düzgün bəh-
rələnməsi üçün, müəllif onları, çox qısa da olsa, islam
dininin əsas inanc təməlləri ilə məlumatlandırmağı
özünə borc bilir.
QĠDA MƏHSULLARI VƏ ƏSAS QĠDA
MADDƏLƏRĠ
Qida məhsulları dedikdə insanların gündəlik
qidalarında istifadə etdikləri müxtəlif ərzaq məhsulları
nəzərdə tutulur. Qida məhsulları oxşar əlamətlərinə
görə aşağıdakı kimi təsnifləşdirilir.
1.
Taxıl-un məhsulları. Bu qrupa dənli və paxlalı-
dənli bitkilər, un, yarma, çörək-kökə və makaron mə-
mulatı, eləcə də yeyinti konsentratları aiddir.
2.
Qənnadı məhsulları. Bu qrupa nişasta, şəkər,
bal, şəkərli (meyvə-giləmeyvə qənnadı məmulatı, o
cümlədən marmelad, pastila, mürəbbə, cem, povidlo və
s., şokolad, kakao tozu, karamel, konfetlər, iris, draje,
halva) və unlu qənnadı məmulatı (peçenyelər, pryanik,
vafli məmulatı, tort və pirojna, keks, və ruletlər) və
şərq şirniyyatı aiddir.
3.
Meyvə, tərəvəz, göbələk və onların emalı
məhsulları.
4.
Tamlı mallar. Bu qrupa çay, qəhvə, ədviyyat,
tamlı qatmalar, spirtsiz, azspirtli və spirtli içkilər, tütün
məmulatı aiddir.
5.
Yeyinti yağları. Bu qrupa bitki və heyvanat
yağları, marqarin, mətbəx, qənnadı və çörəkçilik yağ-
ları, eləcə də mayonez aiddir.
6. Süd və süd məhsulları. Bu qrupa müxtəlif ev
heyvanlarının südü və onun emalından alınan qaymaq,
14
xama, kəsmik, turşudulmuş pəhriz süd məhsulları, kərə
yağı, pendir, süd konservləri, quru süd, dondurma,
milli ağartı məhsulları olan qurut, süzmə, şor, ayran,
motal pendiri aiddir.
7.
Yumurta, ət və ət məhsulları. Bu qrupa təzə yu-
murta, dondurulmuş yumurta melanjı, yumurta tozu,
müxtəlif ev heyvanlarının təzə, soyudulmuş və dondu-
rulmuş ətləri, ət-sub məhsulları, ev və ov quşlarının əti,
kolbasa məmulatı, hisə verilmiş ət məhsulları, ət kon-
servləri, ət yarımfabrikatları aiddir.
8.
Balıq və balıq məhsulları. Bu qrupa təzə, soyu-
dulmuş, dondurulmuş, duza və sirkəyə qoyulmuş, qu-
rudulmuş və qaxac edilmiş, hisə verilmiş balıqlar, balıq
konservləri və preservlər, kürü və balıq olmayan su
xammalı aiddir.
Qida məhsulları mənşəyinə, tərkibinə, təyinatına
və s. əlamətlərinə görə bir-birlərindən kəskin fərqlənir-
lər. Mənşəyinə görə onlar bitki, heyvanat və mineral
mənşəli məhsullara ayrılırlar.
Kimyəvi tərkibinə görə karbohidratlarla (şəkər,
nişasta, un), zülallarla (ət, balıq), yağlarla (bitki yağı,
kərə yağı) və mineral maddələrlə (meyvə-tərəvəz) zən-
gin olan məhsullar fərqləndirilir.
Qida maddələri dedikdə ərzaq məhsullarının tərki-
bində olan, insanların bioloji və fizioloji təlabatını ödəyən
müxtəlif üzvi və qeyri-üzvi maddələr nəzərdə tutulur.
Qida məhsullarının tərkibində qeyri-üzvi maddə-
lərdən su və mineral maddələr; üzvi maddələrdən isə
karbohidratlar, lipidlər (yağlar), azotlu maddələr, fer-
mentlər, vitaminlər, üzvi turşular, aşı və boya maddə-
ləri, ətirli maddələr və s. vardır.
Su – bütün ərzaq mallarının tərkibində var. Şəkər
15
tozunda 0,14%, ərinmiş yağda 1%, un və yarmada 13-
15%, çörək-kökə məmulatında 34-50%, meyvə və
tərəvəzlərdə 83-95%-ə qədər su vardır.
Ərzaq mallarında su iki – sərbəst və birləşmiş for-
madadır. Sərbəst su məhsulların toxuma arası şirəsində
və diametri 10
-5
sm-dən çox olan kapilyarlarda yerlə-
şir. Sərbəst suyun xüsusi çəkisi vahidə bərabərdir və
0
0
C-də donur.
Birləşmiş su diametri 10
-5
sm-dən az olan mikro-
kapilyarlarda yerləşir və məhsulun müxtəlif maddələri
ilə az və ya çox dərəcədə birləşmiş olur. Çox aşağı
temperaturda (-71
0
C) donur, xüsusi çəkisi 1,2-1,7-dir.
Içməli suya və eləcə də yeyinti məhsulları isteh-
salında istifadə olunan suya müəyyən tələblər verilir.
Suyun keyfiyyəti onun şəffaflığına, rənginə, dad və
iyinə, mikroorqanizmlərlə çirklənməsinə və həmçinin
onda həll olmuş kalsium və maqnezium duzlarının
miqdarına (suyun codluğuna) görə müəyyən edilir.
Cod suda yarma və tərəvəz pis bişir, çay yaxşı dəm al-
mır. Içməli suyun bir litrində mineral duzların miqdarı
500 mq-dan artıq olmamalıdır. Su haqqında geniş mə-
lumat “ Susuz həyat yoxdur” bölməsində veriləcəkdir.
Dostları ilə paylaş: |