Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim-dezinfeksionistin nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1. Bu vəzifə təlimatı həkim-dezinfeksionistin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Həkim-dezinfeksionist vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin
edilir.
3. Həkim-dezinfeksionist Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur
və vəzifədən azad edilir.
4. Həkim-dezinfeksionist bilavasitə şöbə müdirinin tabeliyində fəaliyyət
göstərməklə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5. Həkim-dezinfeksionist aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının
səhiyyə qanunvericiliyinin və Əmək Məcəlləsinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji
xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini;
5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin fəaliyyətinin
hüquqi əsaslarını;
5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma
və metodlarını;
5.6. təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;
5.7. laboratoriyaların işinin təşkilini;
5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd?
forma və metodlarını;
5.9. ətraf mühitin kimyəvi, fiziki və bioloji faktorlarının, fəaliyyətin müxtəlif
növlərinin və mümkün olan optimal iş yükünün gigiyenik normalaşdırma prinsiplərini;
5.10. gigiyenik, epidemioloji, klinik, fiziki, kimyəvi, statistik, laborator və
instrumental tədqiqatın metodlarının əsaslarını;
5.11. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin
bioekoloji xarakteristikasını, epidemik prosesi və onun inkişafına təsir edən amilləri;
5.12. epidemiya əleyhinə tədbirlər sistemini, yoluxucu xəstəliklərin
profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını;
5.13. gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılması prinsiplərini;
5.14. obyektlərin tikintisinə dövlət sanitariya nəzarətinin mahiyyətini, onun
forma və metodlarını;
2
5.15. cari və xəbərdaredici sanitariya nəzarətinin mahiyyətinin, təşkilinin və
metodların ümumi prinsiplərini;
5.16. mülkü müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;
5.17. sanitariya-maarifləndirmənin əsaslarını;
5.18. Dezinfeksiya xidmətinin vəzifələrini, təşkilini, dezinfeksiya işi üzrə
qüvvədə olan hüquq- normativ və metodiki-təlimat sənədlərini;
5.19. sənədlərin tərtibatı qaydalarını;
5.20. dezinfeksiya xidmətinin fəaliyyətinin planlaşdırılmasını və hesabatını, bu
fəaliyyətə nəzarətin qayda və üsullarını;
5.22. istifadəsinə icazə verilən dezinfeksiya, sterilizasiya, dezinseksiya və
deratizasiya məqsədilə nəzərdə tutulmuş vəsaitlərin xüsusiyyətlərini və tətbiq
üsullarını;
5.23. dezinfeksiya avadanlığından, fərdi mühafizə vasitələrindən istifadə
qaydalarını və zəhərlənmələr zamanı ilk yardımın göstərilməsini;
5.24. kompyuterlə və digər müasir informasiya texnologiyaları vasitələri ilə
işləməyi;
5.25. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğına qarşı mühafizə qayda və normalarını bilməlidir.
II. Vəzifə öhdəlikləri
6. Həkim-dezinfeksionist dezinfeksiya tədbirlərinin keçirilməsi üzrə işi təşkil
edir, onun həcmini, ayrı-ayrı obyektlərin dezinfeksiyasının aparılması metodikası və
vasitələrini müəyyən edir.
7. Dezinfeksiya məhlullarının hazırlanmasına, istifadəsinə, aparatların iş vaxtı
dezinfektorlar tərəfindən şəxsi və ictimai təhlükəsizlik qaydalarına və əməyin
mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
8. Dezinfeksiya işlərinin yerinə yetirilməsinə aid bütün sənədləri tərtib edir.
9. Cari və yekun dezinfeksiyanın keyfiyyətinə nəzarət edir.
10. Nəzarət obyektlərində həkim-epidemioloqla birlikdə dövlət sanitariya
nəzarətinin həyata keçirilməsində iştirak edir.
11 Dezinfeksiya və sterilizasiya rejiminə riayət olunmasında aşkar edilmiş
çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər işləyib hazırlayır.
12. Mərkəzi sterilizasiya bölmələrinin və dezinfeksiya-kamera bloklarının
tikintisi və yenidənqurulması üzərində aparılan xəbərdaredici sanitariya nəzarətinin
həyata keçirilməsində iştirak edir.
13. Obyektiv nəzarət metodunun tətbiqi ilə planlı şəkildə və epidemik
göstərişlər üzrə cari dezinfeksiyanın təşkili və aparılması qaydalarına riayət
edilməsinə, müalicə-profilaktika müəssisələrində və ixtisaslaşdırılmış uşaq
müəssisələrində tibbi təyinatlı məmulatların sterilizasiyasına nəzarəti də həkim-
epidemioloqla birlikdə həyata keçirir.
14. Müalicə-profilaktika müəssisələrinin dezinfeksiya-kamera bloklarına
metodik rəhbərlik və nəzarəti həyata keçirir.
3
15. Dezinfeksiya şöbəsinin (bölməsinin) epidemioloq köməkçilərinin işinə
metodik rəhbərlik və nəzarəti həyata keçirir, onlar tərəfindən sənədlərin tərtibatının
düzgünlüyünü yoxlayır.
16. Öz ixtisası üzrə ekspertizanı, araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də
toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərini təşkil edir sanitariya-
epidemioloji rəylər hazırlayır.
17. Müəssisənin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət
yardımı göstərir.
18. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik və nəzarət edir, öz
vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
19. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti
tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə
nəzarət edir.
20. Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak
edir.
21. Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir.
22. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında
və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
23. Sanitariya-maarifləndirmə işini həyata keçirir.
24. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.
25. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə
fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir.
26. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına,
sanitariya-epidemioloji rejimə riayət edir.
27.Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir;
28. Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz ixtisasına aid olan digər
məsələlərin həll edilməsini təmin edir.
29. Mütəmadi olaraq öz ixtisasını artırır.
III.
Hüquqları
30. Həkim-dezinfeksionistin aşağıdakı hüquqları vardır:
30.1 Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi ilə verilmiş, özünə
aid olan səlahiyyətlərdən tam istifadə etmək;
30.2. dezinseksiya tədbirlərinin təkmilləşdirilməsi və keçirilməsi, özünün əmək
fəaliyyətinin təşkili və şəraitinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
30.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, tabelikdə olanların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
30.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;
30.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
30.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarından keçmək;
4
30.7. müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
30.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə
attestasiyadan keçmək;
31. Həkim-dezinfeksionist Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyəti
32. Həkim-dezinfeksionist aşağıdakılara görə məsuliyyət daşıyır:
32.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
32.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
32.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına
riayət edilməsinə;
32.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
32.5. fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
32.6. ona tabe işçilərin icra intizamına və vəzifə öhdəliklərinin yerinə
yetirilməsinə;
32.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə və müəssisədə olan digər
şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğın və sanitariya qaydalarının
pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da
daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə görə məsuliyyət daşıyır.
33. Həkim-dezinfeksionist əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, hərəkətin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |