НИЗАМИ ЯЛЯКБЯР ОЬЛУ БАБАЙЕВ
Həqiqət Mustafa qızı Xudaverdiyeva
А
зярбайcан Тибб Университетинин əcзачылыг кимйасы
кафедрасына аьыр итэи цз вермишдир. Кафедранын
досенти Низами Ялякбяр оьлу Бабайев fевралın 5-də
фаcияlи шякилдя дцнйасыны дяйишмишдир.
A
zərbaycan Tibb Universitetinin ictimai sağlamlıq
və səhiyyənin təşkili kafedrasına ağır itki üz
vermişdir. Kafedranın dosenti, tibb elmləri namizədi
Həqiqət Mustafa qızı Xudaverdiyeva fevralın 5-də
faciəli şəkildə dünyasını dəyişmişdir.
Kitab rəfi
Təbabət tariximizin tərkib hissəsi olan
əczaçılığın tarixi olduqca az işlənilmiş
sahələrdən biridir. Halbuki, tarixin
müxtəlif dönəmlərində olduğu kimi,
müasir dövrdə də təbabəti əczaçılıqdan-
dərmanşünaslıqdan ayırmaq qeyri-
mümkündür.
Azərbaycanın zəngin təbiəti, bitki florası
qədimlərdən imkan vermişdir ki, təbiblərimiz
paralel olaraq bu sahəni də daim diqqət
mərkəzində saxlasınlar. Tarixdən yax-
şı məlumdur ki, eramızdan əvvəl 65-ci ildə
məşhur Roma sərkərdəsi Qney Pompey
Azərbaycanda olarkən onun qoşununda ya-
ralı döyüşçülərə yardım etmək üçün təbiblər
də vardı. Məmləkətimizin dərman bitkiləri
ilə zənginliyi onların diqqətini cəlb etməyə
bilməzdi. Məhz bu səbəbdən də Roma impe-
ratoru Alban çarı Oroyza məktubla müraciət
edərək Roma təbiblərinin bu ərazidəki dərman
bitkilərini toplamasına icazə verməsini xahiş
etmişdi. Bu fakt təsdiqləyir ki, məmləkətimiz
dərman bitkiləri ilə zəngin olduğundan xalqı-
mız həmin xammaldan müxtəlif məlhəmlər də
hazırlamağı bacarırdı.
Əczaçılıq tariximizə dair faktları, məlumatları
toplamaq, tədqiq etmək, öyrənmək baxımın-
dan bu günlərdə işıq üzü görmüş Azərbaycan
Tibb Universitetinin professoru Məhbubə
Vəliyeva və baş müəllim Aida Bəndəliyevanın
“Əczaçılığın tarixi” adlı dərs vəsaiti təqdir olun-
malıdır. Fikrimizcə, bu dərs vəsaitini mükəmməl
tədqiqat əsəri də hesab etmək olar.
Müəlliflər əsərin müqəd di mə sində doğru ola-
raq qeyd edirlər ki, hazırda əczaçılıq elmində
və tibb institutlarının əczaçılıq fakültələrində
elm tarixinin tədrisinə kifayət qədər diqqət ye-
tirilmir. İxtisas üzrə tədris planında əczaçılıq
tarixi üzrə kurslar mövcud deyildir. Oxşar
vəziyyət əczaçılıq tarixi üzrə monoqrafiyaların,
elmi dərsliklərin və digər materialların nəşri
sahəsində də yaranmışdir.
Bu fundamental dərslik 58 bölmədən ibarətdir
ki, onun da üçdə bir hissəsi Azərbaycanın
əczaçılıq tarixini əhatə edir. Kitabda müxtəlif
tarixi dövrlərdə təbabət və dərmanşünaslığın
yaranması və inkişaf mərhələləri geniş
təhlil olunur. İbtidai icma və qədim dövrə aid
məlumatların dərslikdə öz əksini tapması bir
daha onu göstərir ki, bəşər övladı yarandığı
vaxtdan müxtəlif dövrlərdə qəbilələri, tayfaları,
qədim dövlətləri bürüyən kütləvi xəstəliklərlə
mübarizə üçün daima müalicə üsullarının,
dərmanların axtarışında olmuşdur.
Müəlliflər kitabda Amerika, Avropa ölkə-
lərində tarixin müxtəlif dövrlərində təbabəti,
dərmanşünaslığı nəzərdən keçirərkən onlara
qədim şərq təbabətinin güclü təsirini də haqlı
olaraq diqqətə çatdırırlar. Qədim Misirdə, Me-
sapatomiyada, Çində, Tibetdə, Azərbaycanda,
Orta Asiya xalqlarında təbabətdə, dərman-
şünaslıq sahəsində loğmanlar elə naliyyətlər
əldə etmişdilər ki, bu, Avropa təbiblərinin
diqqətini çəkməyə bilməzdi.
Kitabın böyük maraq kəsb edən cəhət lərin-
dən biri də budur ki, müəlliflər, orta əsrlərin
təbabətində və dərmanşünaslığında islamın
rolu, Qurani-Kərim və təbabət kimi məsələlər
üzərində xüsusi dayanırlar. Kitabda yazılır:
“Quran yalnız halal və haramı göstərən bir ki-
tab deyildir. O, əxlaqı dünya və axirətlə bağlı
məlumatları, Allah qorxusu və sevgisini, insan
hüquqlarını, qadının cəmiyyətdəki rolunu, ri-
yazi hesablamaları, yerin cazibə qüvvəsini,
kimyəvi elementləri, insanın ana bətnindəki rü-
şeym halından ta doğuluşuna qədərki inkişafı-
nı, tibb aləminə hələ məlum olmayan xərçəng,
talassemiya, QİÇS və s. kimi xəstəliklərin
müalicəsini özundə əks etdirən bir kitabdır”.
Qurani-Kərimin əvəzsiz bir dəyər olduğunu
qeyd edən müəlliflər daha sonra qeyd edirlər
ki, “Sağlam bədəndə sağlam ruh olar” prinsi-
pi Qurani-Kərimdə öz əksini tapmışdır. İslam
inancında şəfası olmayan bir xəstəlik yoxdur.
Məhəmməd peyğəmbər (s.ə.s.) belə buyurur:
“Uca Allah yaratdığı hər bir dərdin şəfasını da
yaratmışdır”. Qurani-Kərimə söykənən orta
əsr Şərq təbibləri zaman-zaman məhz bu
şəfanın yollarını və vasitələrini axtarmışlar.
Şərqin görkəmli təbib alimləri Sabir İbn-Kəyan,
Zəkəriyyə Əl Razi, İbn Sina və digərlərinin
təbabət və dərmanşünaslığa aid əsərlərindən
Avropa alimləri uzun müddət bəhrələnmişlər.
Məhbubə xanım və Aida xanımın müştərək
yazdıqları bu kitabda Azərbaycan əczaçılığının
inkişafı tarixinə xüsusi yer ayrılmışdır. Müəlliflər
doğru olaraq qeyd edirlər ki, ölkəmizdə
təbabətin tarixi çox-çox qədimlərə söykənir.
Bu da məmləkətimizin zəngin təbiəti, florası,
dərman bitkilərinin çoxluğu ilə bağlı olmuşdur.
İbtidai icma dövrünün müxtəlif mərhələlərində,
xüsusən də qədim dövrdə arxeoloqları-
mız təbabətlə bağlı dəyərli məlumatlar əldə
edə bilmişlər. Atropatenada və Albaniya-
da təbabətlə və dərmanşünaslıqla bağlı
məlumatlar oxucuda böyük maraq yaratmaya
bilməz.
Kitabda “Avesta”da təbabətlə bağlı maraq-
lı məlumatlara da toxunulur. Bu məlumatlar
qədim Azərbaycanda təbabətin qismən də
olsa mənzərəsini yarada bilmişdir. Təbiətdə
əşyaların mənşəyi, həyatın mahiyyəti, sağlam-
lığı, xəstəlikdən qorunma, müxtəlif dərmanların
hazırlanması və qəbulu haqqında ilkin fəlsəfi
düşüncələrə “Avesta”da çox rast gəlinir. Onun
qədim Hindistan, Misir, Yunanıstan, ərəb
təbabətinə və əczaçılığına çox böyük təsirini
müəlliflər xatırladırlar. Onlar qeyd edirlər ki,
dahi ərəb filosofu və həkimi İbn Rüşt təbabətlə,
ümumən sağlamlıqla bağlı Avestadakı fikirlərə
çox böyük əhəmiyyət vermişdir. O da təbiətin
yaranmasını ilahi qüvvələrin qanunauyğunluq-
ları ilə izah edirdi və ruhu bədəndən ayırmırdı.
Müəlliflərin qeyd etdiyi kimi, Azərbaycanda
təbabət, dərmanşünaslığın inkişafı islam
mədəniyyətinin geniş yayıldığı bir dövrə təsadüf
edir. Təsadüfi deyil ki, dünya mədəniyyətinin
klassikləri Xəqaninin, Nizaminin, Nəsiminin,
Füzulinin əsərlərində müxtəlif xəstəliklər, on-
ların müalicə vasitələri, dərman bitkiləri, mi-
nerallar və s. haqqında son dərəcə dəyərli
məlumatlar vardır. Kitabda Azərbaycanın
məşhur təbibləri, onların dərmanşünaslıqla
bağlı dəyərli fikirləri də yer almışdır.
Məlumdur ki, əczaçılıq-dərmanşünaslıq
Azər baycanda keçmiş sovet dönəmində,
xüsusən, dövlət müstəqilliyinin bərpasından
sonra daha da inkişaf etmişdir. Bununla bağ-
lı dərslikdə olduqca dəyərli məlumatlar veri-
lir. Müəlliflər respublikamızda ilk dəfə olaraq,
tələbələrin, magistrantların, rezidentlərin, aspi-
rantların, həkimlərin, təbabət tarixi ilə maraq-
lanan oxucuların böyük marağına səbəb ola
billəcək “Əczaçılığın tarixi”nə həsr olunmuş
orjinal bir dərslik yazıb ərsəyə gətirmiş, bunun-
la onlar təbabət tariximizin yaddaşına yeni işıq
sala bilmişlər.
Fəxrəddin MƏMMƏDov,
professor
Dəyərli əsər
u
Dünya Səhiyyə Təşkilatı avqust ayında iqlim dəyişikliyi
problemlərinə və bu prosesin əhalinin sağlamlığına təsirinə dair
birinci qlobal konfrans keçirəcəkdir.
Bu barədə məlumat təşkilatın məlumatında yer almışdır.
Konfransın avqustun 27-29-da Cenevrədə keçirilməsi planlaşdırılır. Onun iştirakçıları
iqlim dəyişikliyinin nəticələrinin insanların sağlamlığına və səhiyyəyə təsirini müzakirə
edəcək, habelə BMT-nin baş katibi Pan Gi Munun sentyabrın sonunda Nyu-Yorkda
keçirəcəyi iqlim məsələlərinə dair zirvə görüşü üçün bu sektorun ümumi mövqeyini
işləyib hazırlayacaqlar.
Dünya ölkələri liderlərinin iqlim dəyişikliyi probleminə dair zirvə görüşü 2014-cü il
sentyabrın 23-də BMT Baş Məclisinin növbəti sessiyası çərçivəsində keçiriləcəkdir.
Gözlənildiyinə görə, zirvə görüşünün yekun proqramının hazırlanmasında ölkə
hökumətləri ilə yanaşı, vətəndaş cəmiyyətinin, biznesin və beynəlxalq təşkilatların
nümayəndələri iştirak edəcəkdir.
Alimlər hesab edirlər ki, insan fəaliyyətinin doğurduğu qlobal iqlim dəyişikliklərinə,
məsələn, təhlükəli yoluxucu xəstəliklərin yayılması arealının genişlənməsinə gətirib
çıxara bilər. Yaranmış vəziyyətin Afrika və Cənub-Şərqi Asiya üçün nəticələri daha
ağır ola bilər.
Dünya Səhiyyə Təşkilatı avqust ayında iqlim dəyişmələrinə
və sağlamlığa dair konfrans keçirəcəkdir
http://www.amu.edu.az
15 fevral 2014-ъц ил
Stomatologiya fakültəsinin III kurs, 781
a
qrup tələbəsi
Məlikov İsmayıl Ramiz oğlunun adına verilmiş tələbə bileti
itdiyi üçün etibarsız sayılır.
Tibbi biologiya fakültəsinin IV kurs, 925
a
qrup tələbəsi
Rəzzaqova Sevinc Şərafət qızının adına verilmiş tələbə bileti
itdiyi üçün etibarsız sayılır.
Tibbi profilaktika fakültəsinin V kurs, 620-ci qrup tələbəsi
Süleymanova Xədicə Atəş qızının adına verilmiş qiymət
kitabçası itdiyi üçün etibarsız sayılır.
Áàø ðåäàêòîð
ÅËÄÀÐ ÈÑÌÀÉÛË
Ìüÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí
ìþâãåéè üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.
ßëéàçìàëàð ýåðè ãàéòàðûëìûð.
Qəzet “Òÿáèá” ãÿze òè íèí
êîìïüòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, ñÿùè-
ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ ÷àï
îëóíóð
.
Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 127
-Bu xəstəxanada nə baş verdiyini mən qəti başa düşə bilmirəm,-
deyə Karlson gileylənir. –Bura gələndə həkimlərin biri dedi ki,
məndə appendisitdir, o birisi isə inad etdi ki, öd kisəmdə daş var.
-Yaxşı, axırı nə oldu?
-Onlar püşk atıb mənim boğazımdan badamcıqları kəsdilər.
* * *
Həkimin yanına gəlmiş kinoaktrisa:
-Doktor, soyunum?-deyə soruşur.
-Lazım deyil, mən dünən elə sizin axırıncı filminizə baxmışam.
* * *
Həkim təəccüblə soruşur:
-Niyə belə qışqırırsınız, sizin dişinizə mən hələ heç toxunmamışam!
Xəstə deyir:
-Doğrudur, dişimə toxunmamısınız, doktor, amma ayağımın
qabığını çıxarıbsınız.
* * *
Cərrah yeni əməliyyat olunmuş xəstəyə:
-Sizi məyus etməli olacağam, tikişi açmalıyam...
-Niyə?
-Əməliyyat zamanı rezin əlcəklərim orada qalıb.
-Bu pulu götürün, gedin özünüzə təzə əlcək alın!
* * *
Narahat olan xəstə həkimin yanına gəlib soruşur:
-Doktor, deyin görək, siz əminmisinizmi mən sağalacağam?
Eşitmişəm ki, bəzən həkimlər düzgün diaqnoz qoymurlar. Görürsən,
xəstədə yatalaqdır, ancaq onlar onu sətəlcəm kimi müalicə edirlər,
nəticədə isə xəstə ölür.
-Mənim təcrübəmdə belə hadisələr olmur. Mən xəstəni
sətəlcəmdən müalicə edirəmsə, o elə sətəlcəmdən də ölür.
* * *
Yaşlı bir qadın həkimə deyir:
-Tibb elmi necə də inkişaf etmişdir. Mən cavanlıqda həmişə
soyunmalı olurdum, indi isə dilimi göstərirəm, kifayət edir.
* * *
-Doktor, mən burnumla nəfəs ala bilmirəm.
-Onda ağzınızla nəfəs alın.
-Çox sağ olun. Nə qədər verməliyəm?
-On kron.
Hazırladı : Röya KƏLBİQIZI
T
ibet həkimlərinin tövsiyələri Qərbli
həmkarlarının rəyləri ilə həmişə
üst-üstə düşmür. Onların məsləhət
gördükləri qidalanma qaydaları
hətta bir çox hallarda ənənəvi tibb
qaydaları ilə təzad təşkil edir. Ancaq
bununla belə, Avropa ölkələrinin
sakinləri tez-tez Şərq təbabətinə üz
tuturlar.
Tibet
həkimlərinin
fikrincə,
qidalanma insan sağlamlığında əsas şərtdir və bunun üçün ilk
növbədə ərzaq məhsullarının keyfiyyətinə fikir verilməlidir. Çünki
hazırda istifadə olunan ərzaq məsullarının çoxunda kimyəvi qatqılar
vardır. Heyvan və quşlardan alınan antibiotiklər isə insan bədəninə
ət, yumurta və süd məhsulları ilə birgə daxil olur. Eyni zamanda,
bitki mənşəli məhsullar vasitəsilə orqanizm nitratlar və fosfatlar
alır. Tədricən bu kimyəvi əlavələr insanda həzm sistemini pozur və
artıq çəki yaradır, immuniteti zəiflədir. Ona görə də insanlar kimyəvi
qatqılar olmayan təbii ərzaq işlətməlidirlər. Korlanmış qidalar, eləcə
də yetişməmiş meyvə və tərəvəz yeməməyə isə bir qayda kimi daim
əməl etmək çox vacibdir.
“İnsan mədəsində dörd “cib” vardır. İdeal halda onlardan ikisi qida
ilə dolu olmalıdır. Biri maye üçün, o biri isə qida həzmi üçün boş
qalmalıdır. Bu nisbət daim gözlənilsə, sağlamlıq da olacaqdır”, - Tibet
həkimləri bildirirlər.
Tibet həkimlərinin qənaəti budur ki, orqanizmin bioloji ritmlərinə uyğun
olaraq qəbul edilən qidalar vaxta və mövsümə uyğun seçilməlidir.
Bununla yanaşı, yemək zamanı norma da gözlənilməlidir. Şəkərdən
sui-istifadə virus infeksiyaları və qrip yaradır. Spirtli içkilərdən sui-
istifadə isə mədədə yara və xərçəng əmələ gətirir.
“Microsoft” korporasiyasının tədqiqat bölməsi İsveçrənin iki təhsil
müəssisəsi ilə uçan robotların yaradılması layihəsi də daxil olmaqla, bir
sıra istiqamətlər üzrə elmi layihələrin həyata keçirilməsi məqsədilə saziş
imzalamışdır. Robotları əl hərəkətləri və toxunuşla idarə etmək mümkün
olacaqdır.
“Robohub” resursunun məlumatına görə, proqram istehsalçısı 5 ilə
ərzində Sürix Ali Texniki Məktəbinin (ETH Zurich) və Lozanna Politexnik
Məktəbinin (EPFL) alimləri tərəfindən elmi tədqiqat işlərinin aparılmasına 5
milyon İsveçrə frankı (5,5 milyon dollar) ayırmağa razılıq vermişdir.
Müzakirə olunan 27 layihədən seçilən 7 layihənin həyata keçirilməsi
üzərində “ETH Zurich” və “EPFL” alimləri “Microsoft Research” əməkdaşları
ilə birlikdə çalışacaqlar.
Uçan robotların yaradılması üzrə layihəyə “Microsoft Research”in dosenti
Otmar Hilliqs və doktor Şahram İzadinin cəlb edildiyi bildirilir. İlkin nəticələrə
yaxın iki ildə nail olunacağı gözlənilir.
“Microsoft Research” alimləri ilk dəfə deyil ki, belə maraqlı layihələrlə
məşğul olduqlarını bildirmişlər. Onlar bu yaxınlarda on insanı tələb olunan
mərtəbəyə düyməni basmadan çatdıra bilən “ağıllı” liftin yaradılmasını
bildirmişlər. Qurğunun işi bir sıra meyarlara, o cümlədən insanın davranış
və vərdişləri, iş qrafiki ilə bağlı nəticə çıxarmağa imkan verən xüsusi
alqoritmdən istifadəyə əsaslanır.
Bir qrup astronom ən qədim və uzaq
qalaktika aşkar etmişdir. Alimlər “Abel2744_
vl” adını verdikləri qalaktikanın yaşının 13,8
milyard il olduğunu bildirirlər.
Qalaktika yeni “Hubble” kosmik teleskop
layihəsinin sınağı zamanı aşkar edilmişdir.
Astronomlar yeni teleskopun Günəşdə
baş vermiş böyük partlayışdan sonrakı 300
milyon ilə qədər mövcud olan qalaktikaları
müşahidə etməyə imkan verəcəyinə ümid
etdiklərini bildirmişlər.
u
Fevral 14-ü dünyada
kompyuter sahəsində fə-
aliy yət göstərən mütə xəs-
sislərin peşə bay ramı günü
kimi qeyd olunur.
Hesablama resurslarının gücü
və məhsuldarlığı kifayət qədər ol-
madığından 1943-cü ilin əv vəl-
lə rində kibernetiklər yeni hesablama qurğusunun konsepsiyasını–
“ENIAC I” (Electrical Numerical Integrator And Calculator) kompyuterini
hazırlamışdılar. Məhz 1946-cı ilin 14 fevral tarixində elm dünyasına ilk
“ENIAC” elektron kompyuteri nümayiş etdirilmişdir. Beləliklə, fevralın
14-ü dünyada kompyuter sahəsində fəaliyyət göstərən mütəxəssislərin
qeyri-rəsmi peşə bayramı kimi tarixə düşmüşdür.
Əvvəlki kompyuterlər yalnız prototiplər və eksperimental variantlar
idisə, “ENIAC” praktiki olaraq ilk real işləyən kompyuter olmuşdur.
Bu hesablama maşınının hazırlanması Amerika ordusu tərəfindən
maliyyələşdirilmişdir. 1955-ci il oktyabrın 2-də “ENIAC I” kompyuteri 23
saat 45 dəqiqə işlədikdən sonra fəaliyyəti dayandırılmışdır.
uBu günlərdə redaksiyamıza xoş bir
xəbər daxil olmuşdur.
Uzun müddət qəzetimizlə yaxından
əməkdaşlıq etmiş, vaxtilə universiteti-
mizin fiziologiya kafedrasında dosent
vəzifəsində çalışmış, hazırda təqaüddə
olan tanınmış alim, istedadlı qələm
ustası Nijad Mikayılzadə mətbuatda
səmərəli fəaliyyətinə, yaradıcılıq uğur-
larına görə Azərbaycan Kütləvi İnforma-
siya Vasitələri İşçiləri Həmkarlar İttifaqı
Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm”
media mükafatı laureatı diplomuna layiq
görülüb.
Bu münasibətlə qocaman alim,
dəyərli qələm dostumuz Ni-
jad Mikayılzadəni qəzetimizin
əməkdaşları və oxucaları adından
təbrik edirik.
Həkim təbəssümləri
Tibet həkimləri sağlamlıq üçün
düzgün qidalanmağı vacib
sayırlar
«Microsoft» uçan robotların yaradılmasına 5,5
milyon dollar ayırır
Astronomlar ən
qədim və uzaq
qalaktika aşkar
etmişlər
Kompyuter sahəsində fəaliyyət göstərən
mütəxəssislərin peşə bayramı qeyd olunub
NİJAD MİKAYILZADƏ
“Qızıl qələm” diplomu
ilə təltif edildi
Gündən-günə inkişaf edən ATU-nun
Tədris Cərrahiyyə Klinikasının bir görünüşü