Mirəsgər Muradlı Ölümdən sonrakı şİzofrenİya


Öfkə gələr – göz qızarar, öfkə gedər – üz qızarar



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix29.12.2021
ölçüsü0,7 Mb.
#49003
1   2   3   4
Mirəsgər Muradlı-Ölümdən Sonrakı Şizofreniya

Öfkə gələr  göz qızarar, öfkə gedər – üz qızarar 
(Türk atalar sözü).
aradan  iki  həftə  keçməsinə  baxmayaraq,  Banuya  olan 
öfkəm, hələ də keçməyib. Düz on dörd gündür ki, hər gün 
Banudan bir zəng, bir mesaj gözləyərək keçdi günlərim. 
“Raul,  sən  hər  şeyi,  tamamilə  səhv  başa  düşdün.  Heç 
nə sənin düşündüyün kimi deyildi. İcazə ver, məsələnin nə 
yerdə olduğunu, sənə başa salım.” deməsini gözlədim. Hər 
nə  qədər  öfkəli  olsam  da,  bir  yandan  da,  yanılmış  olma-
ğım üçün, için-için yalvardım hər gecə. Saatlarla telefonun 
başında gözləyib, Banu indi zəng vuracaq və hər şeyə bir 
açıqlama  gətirəcək,  dedim  özüm-özümə.  Yenidən  barışa-
cayıq və hər şey çox gözəl olacaq, deyə xəyallar qurdum. 
Qoy,  elə  bir  açıqlama  versin  ki,  yenə  də  əsəbiləşəcəyim 
bir  şey  olsun,  eybi  yox.  nə  olursa  olsun,  amma,  xəyanət 
olmasın, deyə ümid etdim. Ən azından, Günay zəng edər, 
deyə  gözlədim  hətta.  Mənə  yanıldığımı, Banunun  qəlbini 
boş yerə qırdığımı deyər. İşin gerçək üzünü o danışar bəlkə 
mənə. 
artıq,  iki  həftə  keçdi.  nə  Banudan  səs-soraq  çıxdı, 
nə  də  Günaydan.  Demək  ki,  yanılmamışam.  Hər  şey,  elə 
mənim  düşündüyüm  kimi  imiş.  Heç  cürə  ağlım  almır  bu 
işi. necə ola bilər axı, bir insan iki dəfə aşiq olsun və iki 
sevgisinin də sonu xəyanətlə bitsin. Bir insan üçün, bundan 
daha ağır nə ola bilər ki, bu həyatda? Telefonum zəng çalır. 
Bir telefon zənginin, məni bu qədər həyəcanlandıracağını 
düşünməzdim əsla. Bəlkə də, günlərdir gözlədiyim, o zəng 


176
gəlir hal-hazırda. Ekrana baxdığımda, zəng vuranın Günay 
olduğunu görürəm. Həyəcanla telefonu açıb, cavab verirəm. 
“alo?” 
“Raul, hardasan?” 
“Evdəyəm. nə olub ki?” 
“Banu əməliyyata girir indi. Çox ağır və riskli bir əmə-
liyyatdır.” 
Danışdıqca səsi titrəyir Günayın. Ya da ki, ağlayır. Tele-
fonda tam ayırd edə bilmirəm. “nə əməliyyatı? nə danışır-
san sən?” 
“Raul, gəl bura. Tez ol. Hər şeyi danışacam sənə. adresi 
mesajla yollayıram.”
Sözünü bitirib telefonu üzümə qapadı. Evdən çıxıb, qa-
ça-qaça  ən  yaxın  dayanacağa  gedirəm.  Banu  mənə  xəya-
nət  etmiş  olsaydı,  nə  olur-olsun,  Günay  mənə  zəng  vur-
mazdı.  Banunun  yanındakı  o  adam  kim  idi  bilmirəm, 
amma, bundan artıq əminəm. Banu mənə xəyanət etməyib. 
Sevdiyim qız, bir az sonra ağır bir əməliyyata girir. Mənim 
isə heç dünyadan xəbərim yoxdur. Görünür, həqiqətən də, 
Banunun qəlbini qırmışam. Ona görə də, mənə heç bir söz 
demədən, yoxa çıxmaq istəyib həyatımdan. Taksiyə minib, 
xəstəxanaya doğru yola düşürəm. 
“Qardaş, bacardığın qədər tez ol. Sevdiyim qız əməliy-
yata girmədən, məni ona çatdır.” 
“narahat olma. uzağı iyirmi beş dəqiqəyə ordayıq.” 
Yol  boyunca,  sürücüdən,  daha  sürətli  sürməsini  istə-
yərək, başını dəng elədim. İyirmi dəqiqə sonra, gəlib çat-
dıq  nəhayət  ki.  Cibimdəki  son  pulumu  da  taksiyə  verib, 
xəstəxanaya girirəm. Gözləmə zalına gəldiyimdə, Banunun 


177
anası Gülşən xala və Günayı görürəm. Gülşən xala ağlayır, 
Günay isə başının üstündə durub ona təsəlli verir. Günay, 
bir az aralıdan gəldiyimi görüb, əli ilə, orda qal, deyə işarə 
edir. Gülşən xalaya nə isə deyib, sonra yanıma gəlir. 
“Qorxma, Raul, salamatçılıqdır.  Gəl  bir  az çölə çıxaq. 
Həm rahat danışaq, həm də mən bir az hava alım.” 
Dərin  bir  oh  çəkdim.  Banunun  anasını  ağlayan  görüb, 
ağlıma min cürə fikir gəlmişdi. Şükür ki, salamatçılıqdır. 
Söhbət edə-edə qapının ağzına çıxırıq. 
“Banu  artıq  yarım  saatdır  ki,  əməliyyatdadır.  Həkim 
ağır bir əməliyyat olacağını dedi. Təxminən, beş-altı saat 
çəkəcək. Əməliyyatın gedişatından asılı olaraq, hətta, daha 
da  uzun  çəkə  bilər.  Səni  bura  çağırdığımdan,  Banunun 
xəbəri yoxdur. Hər zamankı kimi, Banunun sözünü dinlə-
mək yerinə, qəlbimin səsini dinlədim.” 
“Yaxşı eləmisən, Günay. Çox sağ ol. İnşallah, Banu da 
yaxşı olacaq. amma heç demədin, bu əməliyyat nə üçün-
dür?” 
“Banu, altı ay əvvəl, əməliyyat ola bilmək üçün, yardım 
fonduna müraciət etmişdi. Məlum məsələdir ki, Banunun, 
öz imkanı çatmayacaq qədər, bahalı bir əməliyyatdır bu. Bu 
əməliyyat nəticəsində ya bu xəstəlikdən birdəfəlik azad ola-
caq, ya da ki...” 
“Ya da ki falan yoxdur. Banu sağalacaq!”
Günay köks ötürdü. 
“Raul, əməliyyatdan əvvəl, yüzdə səksən ölüm riski ol-
duğunu dedi həkim.” 
“Banu güclü qızdır. Həm də nə olursa olsun, Banu məni 
buraxmaz. Məni buraxıb da, ölməz əsla.” 


178
“İnşallah, Raul. İnşallah, sənin dediyin kimi olar. Lakin, 
iki həftə əvvəl Banunun qəlbini çox pis qırıbsan. Əməliyyata 
girərkən belə, əhvalı heç yaxşı deyildi. Hələ üstəlik, kafedə 
qardaşını da döyübsən.” 
“nə qardaşı? O adam Banunun qardaşı idi?” 
“Hə, Raul. Banunun qardaşıdır.” 
“Banu evin tək uşağı deyildi, məgər?” 
“Bildiyin kimi, atası, Banu hələ uşaq ikən, atıb getmişdi 
ailəsini. Bir müddət sonra, yenidən ailə həyatı qurub. Yəni 
sənin anlayacağın o adam, Banunun ögey qardaşıdır. atası, 
sonradan  ailəsini  tərk  etdiyinə  görə,  çox  peşman  oldu. 
Banuyla görüşmək, aranı düzəltməyə çalışsa da, Banu buna 
izin vermədi. İndi isə, atası ağır xəstədir. Ölmədən əvvəl, 
son arzusu, Banunu görmək, ondan halallıq almaqdı. Ögey 
qardaşı da, Banuya bu məsələni danışmaq, onu razı salmaq 
üçün, görüşmək istəyib.”
“Banu bütün bunları mənə niyə deməyib bəs?” 
“ailəsindəki problemlər Banu üçün hər zaman utancve-
rici olub. Bu məsələni səndən gizlətməyinin tək səbəbi də, 
elə məhz, bunları sənə deməkdən utanması idi.”
Günay  danışdıqca,  iki  həftə  əvvəl,  kafedə  yaşananlar, 
lent  yazısı  kimi  gözümün  önündən  keçdi.  İlahi,  mən  nə 
etmişəm belə? nələr demişəm Banuya? Hələ ən son, “nə 
ölümə, nə ölünə”, demişdim. 
“Raul, mən içəri girirəm. Gülşən xala tək qalıb orda. Sən 
də gəl.” 
“Sən  get.  Qoy,  Gülşən  xala  tək  qalmasın.  Mən  bir  az 
daha burda qalıb, hava alacam.”
Günay  gözləri  ilə  “yaxşı”  deyə  işarə  edib,  içəri  girir. 
Xəstəxananın  önündəki  pilləkənə  oturub,  bir  siqaret  yan-


179
dırıram. Bir tüstü çəkib, xəyallara dalıram yenə. Görəsən, 
Banu  bağışlayarmı  məni?  Ciyərlərimdəki  tüstünü  göyə 
üfürüb,  səmada  xəyallarımın  şəklini  çəkirəm.  Mən  bəy 
kostyumunda, yanımda da Banu. Həm də bəyazlar içində. 
uzun və gözəl olan, gəlinlik paltarında. Əl-ələ tutmuş, to-
yumuzun  keçirildiyi  şadlıq  sarayına  giririk.  İkinci  tüstü 
isə,  tamamilə  fərqli  bir  şəkil  çəkir.  nə  çəkdiyimi,  dilimə 
belə gətirmək istəmirəm. Banuya bir şey olsa, nə edəcəm 
mən? necə yaşayacam onsuz? Hələ, bu son yaşananlardan 
sonra,  necə  qaldıra  bilərəm  axı  belə  bir  şeyi? Yox,  Raul, 
yox. ağlına pis fikirlər gətirmə. Banuya heç bir şey olma-
yacaq. Buna əminəm. Bu əməliyyat uğurla nəticələnəcək. 
Tamamilə  sağalacaq  artıq,  mavi  gözlüm.  Bir  müddət  kü-
sülü qalacaq, yəqin ki, mənə. amma eybi yox, küsməkdə 
haqlıdır.  Zamanla  könlünü  alaram  əlbət.  Əvvəlkindən 
daha çox xoşbəxt olarıq. Bircə bu əməliyyat uğurla bitsin, 
Banuya evlilik təklifi də edəcəm. Bərabər keçirdiyimiz bir 
il müddətində, hər ikimiz, kifayət qədər acı çəkdik. artıq 
xoşbəxt  olmağın  tam  zamanıdır.  Banu  əməliyyatda  oldu-
ğu  müddətcə  əlimizdən  gələn  tək  şey  dua  etməkdir.  Dua 
etmək üçün, ən doğru məkan məsciddir, əlbəttə. amma, heç 
şübhəsiz ki, məsciddən daha çox, xəstəxana divarları şahid 
olur içdən edilən dualara. 
Əməliyyatın beşinci saatı tamam olandan bəri, gözlərimi 
əməliyyat otağının qapısına dikib, həkimin çıxışını gözlə-
yirəm. Gözləməkdən, gözlərimin kökü saralıb. Banu haq-
qında, heç kim, doğru-dürüst məlumat vermir. Tək dedikləri 
söz, əməliyyat hələ də davam edir. Həkim çölə çıxıb, bir 
xəbər  versin  artıq.  Banunu  bu  xəstəlikdən  qurtardıq,  de-


180
sin, məsələn. Sevdiyin qız artıq tamamilə sağlamdır, desin. 
Səbrim  tükənmək  üzrədir.  Əməliyyatın  vaxtı  uzandıqca, 
ağlıma  pis-pis  fikirlər  gəlir  yenə.  Bir  az  daha  bir  xəbər 
ala bilsəm, dayana bilməyib, elə özüm əməliyyat otağına 
girəcəm. 
nəhayət ki, beş saat qırx dəqiqənin sonunda həkim çölə 
çıxır.  Üzündəki  maskanı  çıxarıb,  cibinə  qoyur.  Əlindəki 
kiçik bez parçası ilə alnından axan təri silərək, bizə doğru 
gəlir. “Əməliyyat bitdi artıq. Bundan sonra, bir neçə saat 
gözləməliyik, sadəcə.” 
“necə yəni? nəyi gözləməliyik? Banu yaxşıdı?” 
Həkim, kiçik bir təbəssüm edərək, cavab verir. “Cavan 
oğlan,  biz  əlimizdən  gələni  elədik.  Əməliyyatda  heç  bir 
problem olmadı. Bundan sonrası, xəstənin dayanıqlılığına 
bağlıdır. Hal-hazırda əlimizdən gələn tək şey, dua etməkdir.” 
Həkimin bu sözlərinin ardınca, əməliyyat otağından tibb 
bacısı çıxaraq, təşvişlə həkimə səslənir. “Həkim! Xəstənin 
ürəyi dayandı. Yetişin!” 
Həkim  qaçaraq  otağa  girir.  Həkimin  ardıyca  mən  də 
girirəm içəri. Tibb bacılarından biri önümü kəsir. “Zəhmət 
olmasa çölə çıxın. Bura sterilizə olunmuş bir yerdir.” 
Gözlərimi  bərəldib,  üzünə  baxıram.  “Heç  yerə  çıxmı-
ram. Mən burda qalacam! Siz də öz işinizə baxın!” 
Həkim  tibb  bacısına  dönüb  qışqırır.  “Buraxın  qalsın. 
Defibrillatoru  hazırlayın.  Tez  olun!”  Banuya  elektro-şok 
verməyə başlayırlar. İki yüz! – Qayıtmadı. artırın bir az. İki 
yüz əlli! – Olmadı. Üç yüz elə! – Yenə də olmadı. Son bir 
dəfə daha! – Olmadı... Həkim üzünü mənə çevirib məyus 
bir şəkildə başını sağa və sola yelləyir. “Xəstəni itirdik. ” 


181
Yanına  gedib,  yaxasından  yapışıram.  Səsimin  çıxdı-
ğı qədər bağırıram üstünə. “necə yəni itirdik?! ağzından 
çıxanı  qulağın  eşidir  sənin?  nə  işə  yarıyırsız  siz  burda? 
Yenə cəhd edin! Əlinizdəki o zibilin sürətini artırın bir az! 
Bir şeylər edin!” 
Heç bir söz demədən, başını aşağı salır həkim. Tibb bacı-
sı, bəyaz örtüyü Banunun üzünə örtür. Əlimi atıb, öfkəylə, 
yenidən  üzünü  açıram.  “neynirsiz  siz?!  Dəli  olmusuz? 
Həkim, sağalt onu! Sənə yalvarıram, qoyma onu ölməyə. 
Çiyinlərimə bu yükü qoyma, həkim. Mənim canımı al, ona 
ver.  neynirsən  elə,  amma,  yaşat  onu!  Sənə  yalvarıram, 
həkim. Yaşat onu!...” 
“Biz əlimizdən gələn hər şeyi elədik. Bilirəm, çox çətin-
dir,  amma,  İlahi  təqdirə  razı  olmaq  lazımdır.  Əlimizdən 
başqa bir şey gəlməz. allah rəhmət eləsin...”
Sözünü  bitirib,  çölə  çıxır.  Onun  ardınca  tibb  bacıları 
da  bir-bir  otağı  tərk  edirlər.  Otaqda  Banuyla  ikimiz  qalı-
rıq  sadəcə.  “aç  gözlərini,  Banu.  Mən  gəlmişəm  yanına. 
Burdayam.  Yanındayam  mən.  nə  olar,  aç  gözlərini.  O 
mavi  gözlərinlə,  gözlərimə  bax  yenidən.  Məndən  küsdü-
yünü de. Hətta mənə nifrət etdiyini de. amma, yalvarıram, 
aç gözlərini. Buna dayanacaq gücüm yoxdur, Banu. Özün 
də bilirsən ki, bunu qaldıra bilmərəm mən. Məni tərk edib 
getmə. Sən mənim yalnızca sevdiyim qız deyilsən, Banu. 
Sən  mənim  dostumsan.  Sirdaşımsan  sən  mənim.  Heç 
gəlməyəcək olan gözəl günlərə inancımsan. Sən, ...Sən heç 
vaxt doğulmayacaq olan, uşaqlarımın anasısan, Banu. Sən 
mənim hər şeyimsən. Sən getsən, bitərəm mən. aç gözlərini 
sevdiyim...” 


182
Sonuncu  dəfə  toxunuram  sevdiyimə.  Bədəni  sonuncu 
dəfədir  ki,  bu  qədər  istidir.  Bir  az  sonra  yavaş-yavaş  so-
yumağa  başlayacaq.  Qara  saçlarını  oxşayıb,  ağlaya-ağla-
ya, qoxusunu içimə çəkirəm. Ciyərlərim çartlayana qədər 
qoxulamağa davam edirəm. Sanki, qoxusunu, bundan son-
rakı bütün ömrümə bəs edəcək qədər tədarük etməyə çalı-
şıram...
 
 


183
IV
Ölümdən  sonrakı                                  
şizofreniya
G
Banudan  ayrılmamaq  üçün,  səhərin  açılmasını  heç 
istəmirdim. Ölmüş də olsa, ən azından, cansız bədəni ya-
nımdaydı gecədən bəri. Ruhu bədənini tərk etsə belə, cismi 
hələ də mənimlə bərabərdir. Banu ilə bərabər keçirtdiyim 
son gecə idi bu. Cansız bədəninə sarılıb, səhərə qədər ya-
nında uzandım. Bir az sonra isə sevdiyimi son mənzilə yola 
salacayıq. Bərabər keçirtdiyimiz, sonuncu dəqiqələrdir ar-
tıq. 
Otağın qapısı döyülür. Günay içəri girir. “Raul, yaxşı-
san?”  Çox  yersiz  bir  sual  olduğunun,  özü  də  fərqindədir, 
əslində. Başımı çətinliklə qaldırıb, üzünə baxıram. Başım, 
sözün  əsl  mənasında  bədənimə  ağırlıq  edir  sanki.  Elə 
Günayın özü də, ağlamaqdan, iki cümləni ard-arda qoşub, 
danışa bilmir heç. “Raul, dünən, Banu əməliyyata girmədən 


184
əvvəl, mənə bir məktub vermişdi. – allahın işidir, bilmək 
olmaz. Əgər, bu əməliyyatdan sağ çıxmasam, bu məktubu 
Raula çatdırarsan, – demişdi mənə. Elə bu məktubu mənə 
verəndən sonra, dözə bilməyib, mən də, sənə zəng vurdum.” 
Əlindəki məktubu mənə verib, başqa bir söz demədən, 
çölə çıxır. Günay çıxdıqdan sonra, həyəcanla məktubu açıb, 
oxumağa başlayıram.
Məktub:  “Raul,  əgər  bu  məktubu  oxuyursansa,  demək 
ki,  mən  artıq  həyatda  yoxam.  Bu  gün  xəstəliyimlə  bağlı 
əməliyyat  olunacam. Ya  bir  dəfəlik  sağalacam,  ya  da  ki, 
öləcəm. Bu xəstəliklə yaşamaq çox ağırdır, Raul. Ölümdən 
daha betərdi bu. Həkimlər, yüzdə səksən ölüm riskimin ol-
duğunu  deyirlər.  Sənin  xəbərin  olsa,  məni  bu  əməliyyata 
girməyə qoymayacağını bilirəm. Buna görə də, əməliyyat 
bitənə  qədər,  sənin  heç  nədən  xəbərin  olmayacaq.  Əgər 
ölsəm, bu riski gözə alıb, əməliyyata girdiyim üçün mənə 
əsəbiləşmə. Yüzdə  iyirmi  faiz  belə  olsa,  sağalmaq,  yaşa-
maq ehtimalım var. Hər kəs kimi, uzun bir ömür yaşayıb, 
səninlə bərabər ola bilmək ehtimalım var. Həm, nə bilmək 
olar,  bəlkə  də,  hər  şey  yaxşı  oldu.  Həqiqətən  də,  sağala-
ram bəlkə. Evlənərik, iki uşağımız da olar. Biri oğlan, biri 
qız. Onlar böyüdüyündə, bu məktubu səninlə bir yerdə on-
lara  göstərərik.  Sevginin  nə  olduğunu,  sevib-sevilmənin 
gözəlliyini, bizdən öyrənər uşaqlarımız. Raul, sənin üçün 
çox darıxmışam. Bu əməliyyat uğurla bitsə, ilk işim, səninlə 
barışmaq  olacaq.  Mən  ölsəm,  son  yaşadığımız  hadisə  ilə 
bağlı,  özünü  günahlandırma.  O  hadisədə  ikimizin  də  gü-
nahı var idi. Mənim günahım, ailəvi məsələlərimi səndən 
gizlətməyim oldu. Sənin günahın isə, məndən şübhə etmək. 


185
Sənə xəyanət edə biləcəyimi düşünmüş olmağın, həqiqətən 
canımı çox yandırdı. Sən mənim bu həyatdakı ilk və son 
sevdiyimsən.  Mən  sevginin  nə  demək  olduğunu  səninlə 
öyrəndim, adam. adam deyirəm, çünki adam sözünü, hər 
kəsə deməzlər. Hər kəs adam kimi sevməsini bilməz. Səndən 
öncə, sevgiyə inanmayan biri idim mən. Sevginin var oldu-
ğunu, mənə sən isbat etdin. Yeri gəldi, atalıq etdin mənə. 
Yeri gəldi, qardaşlıq etdin. Dostum oldun, sirdaşım oldun. 
Ən önəmlisi isə, sən mənə həyat yoldaşı oldun. Səninlə ke-
çirtdiyim bu bir il, həyatımın ən gözəl hissəsi oldu mənim 
üçün. Səni sevdiyimdən, bir an belə olsun, peşman olma-
dım  əsla.  Səni  sevməkdən  bircə  an  belə  vaz  keçmədim. 
Yaxşı ki, həyatıma girdin, adam! Və məktubu bitirmədən 
son sözüm, unutma ki, mənə verdiyin bir söz var. Məndən 
sonra, gözündən tək damla belə yaş axmayacaq. Məni unut 
demirəm, çünki, mən səni əsla unuda bilməzdim. amma, 
çətin  də  olsa  həyatına  davam  edəcəksən.  Səni  sevirəm, 
cənnət qoxulum...” 
Məktubu  göz  yaşları  içində,  hıçqıra-hıçqıra  oxudum. 
Sonuna çatdığımda isə, sildim göz yaşlarımı. Banuya söz 
vermişdim mən. Heç deyilsə, verdiyim son sözümü tutum 
gərək. Qapı yenidən döyülür. anar içəri girir. Yanıma gəlib, 
əlini  çiynimə  qoyur.  “Raul,  toparlan,  qardaşım.  Cənazə 
qalxmalıdır  artıq.  Sevdiyinlə  vidalaş.  Sonra  isə,  ayağa 
qalxıb, Banuya olan son borcunu yerinə yetir. Sevdiyini son 
mənzilə  uğurla.”  Banunun  üzünü  açıb,  son  dəfə  alnından 
öpürəm. Hər nə qədər, gözümdən yaş axmamağı üçün özü-
mü sıxsam da, bir damla isti göz yaşı, yanağımdan süzülüb 
Banunun üzünə düşür. 


186
Cənazəni  qaldırıb,  məzarlığa  doğru  yola  düşürük.  Yol 
boyunca, tabutun bir tərəfindən, israrla, mən tuturam yal-
nız.  Son  mənzilinə,  öz  çiyinlərimdə  aparıram  sevdiyimi. 
Ətrafımda onlarla insan olmasına baxmayaraq, qəribə bir 
səssizlik var. Hətta, təbiətdən belə, bir səs gəlmir. nə bir 
quş ötür, nə də bir yel əsir. Sevdiyim qızın tabutunu daşı-
yıram mən. Bu mənzərəni görən dünya, utancından susub 
sanki. Məzarlığa çatıb, Banu üçün qazılmış məzarın yanına 
gəlirik. Tabutu çiynimizdən endirib, məzarın yanında yerə 
qoyuruq. Mollanın göstərişi ilə cənazə namazını qılıb, dua 
oxumağa başlayırıq... 
İlahi, bundan daha ağır bir şey varmı görəsən bu dünya-
da? İnsan da heç, öz sevdiyinin cənazə namazını qılarmı? 
Cənazənin qəbirə endirilmə vaxtı çatdığında, yerləşdirmək 
üçün,  qəbirə  girirəm.  anar  əlindəki  taxta  parçalarını, 
məzarın üstünü qapamaq üçün mənə uzadır. Qəbirdən çıxıb, 
onları da bir-bir əllərimlə düzürəm. Son olaraq, məzara bir 
ovuc torpaq atıb, geri çəkilirəm. ayaqda duracaq taqətim 
yoxdur daha. Kaş ki, Banu ilə bərabər, məni də gömsələr 
bu məzara... 
Dəfn mərasimi bitdikdən sonra, hamı bir-bir başsağlığı 
verib, dağılışır. Hətta, Banunun öz qohum-əqrəbası belə. Bir 
tək anar qalır yanımda. “Raul, maşında oturub, gözləyirəm 
səni. İstədiyin qədər otur, danış sevdiyinlə. Sonra isə, gəl 
səni evə aparım. Dincəl bir az. Dünəndən bəri yatmayıbsan 
heç.” 
Başımla “yaxşı” deyə işarə edirəm. anar getdikdən son-
ra Banunun yanına uzanıram yenidən. 


187
“anar da getdi, Banu. İkimiz qaldıq sadəcə. aramızdakı 
tək əngəl, sadəcə bu torpaqdı. Sən öldün, amma, mən hələ 
də yaşayıram. niyə yaşayıram, onu da bilmirəm heç. Bəlkə 
mən də gəldim yanına. amma, öldükdən sonra, digər tərəfdə 
səni görə bilməməkdən çox qorxuram. Burda ən azından, 
sənin  xatirələrin  var.  Şəkillərimiz  var  çoxlu.  Qoxunu  ala 
biləcəyim  paltarların,  səninlə  söhbət  edə  biləcəyim,  bir 
məzarın  var.  Hal-hazırda  imkanım  yoxdur,  amma,  sənə 
söz  verirəm,  əlimə  pul  keçən  kimi,  sənə  çox  gözəl  bir 
məzar  düzəltdirəcəm...  Ehh,  Banu...  Səninlə  evlənib,  öz 
evimizi  düzəltdirmək  var  ikən,  sənə  məzar  düzəltdirməyi 
düşünürəm indi. Bundan sonra, mənim evim də, elə buradır. 
Mənim evim sənsən, Banu. Bilirsən, həyat mənim üzümə 
heç vaxt gülməyib. Tanrının mənə verdiyi tək hədiyyə sən 
idin. Səni də aldı əlimdən. Bu vaxta qədər, başıma gələn hər 
pis hadisədə, “hər işdə bir xeyir var” demişəm öz-özümə. 
Bəs indi nə deyim? Sənin ölümün də, nə kimi bir xeyir ola 
bilər axı? Əgər qovuşa bilməyəcəkdiksə, niyə qarşılaşdır-
dı tanrı bizi? niyə aşiq etdi bizi bir-birimizə? Üzr istəmək 
üçün, iki dəqiqəlik vaxt belə vermədən, səni məndən aldı. 
ah,  mavi  gözlüm,  ah...  Bu  bəyaz  kəfən,  heç  yaraşmadı 
sənə.  Səni  bəyazlar  içində  görməyi  xəyal  edərkən,  bunu 
nəzərdə  tutmamışdım  mən.  Kaş  ki,  bir  ömür  mənə  küsü-
lü olaraq qalaydın, amma, ölməyəydin. Heç deyilsə, eyni 
oksigeni  tükədərdik  səninlə.  Ən  azından,  yaşadığını,  sağ 
olduğunu bilərdim. Ölüm, hər şeydən daha betər imiş, sev-
diyim. amma,  hər  şeyə  baxmayaraq,  səninlə  keçirtdiyim 
bu  bir  il,  həyatımın  ən  gözəl  hissəsi  idi.  Səninlə  bərabər 
ikən, zamanın necə keçdiyinin fərqinə belə varmırdım heç. 


188
Ümumiyyətlə,  sənin  yanında  olanda,  zaman  qavramının 
varlığını  unudurdum.  İndi  isə,  saatın  əqrəbləri  tərpənmir 
sanki. Vaxt gəlib-keçmək bilmir.”
Qolumdakı  saatı  çıxarıb,  məzarın  hələ  bərkiməmiş 
olan,  yumşaq  torpağına  basdırıram.  “artıq  saat  taxmağın 
bir mənası yoxdur mənim üçün. Zaman, səninlə dayandı, 
Banu...”
***
Oyandığımdan  bəri,  başımda  şiddətli  ağrılar  var. 
Gözümü açdığım andan etibarən, qulaqlarımda qəribə bir 
uğultu yaranıb. Elə bil, qorxunc, dəhşətli əks-səda eşidirəm. 
neçə saatdır yatmışam, bilmirəm. Saatın neçə olduğundan 
xəbərim belə yoxdur. Hətta, otaqda pəncərə olmadığından, 
gecədir,  yoxsa  gündüz,  onu  belə  bilmirəm.  Xatırladığım 
son şey, hər şeyi bir neçə saatlıq da olsa unutmaq üçün, ba-
şım dönənə qədər şərab içmişdim. Onsuz da, içki içməklə, 
itirdiklərimiz dönmür, sadəcə başımız dönür. nə qədər çox 
içmişəmsə,  sanki,  evin  içində,  Banunun  səsini  eşidirəm. 
“Raul,  bura  gəl.  Mən  burdayam.  Yanıma  gəl”.  Banunun 
səsi yataq otağımdan gəlir. Səsin gəldiyi yerə getmək üçün, 
ayağa qalxıram. Yerimdən qalxar-qalxmaz, başım hərlənir. 
Otaq,  birdən-birə,  mənim  ətrafımda  dönməyə  başlayır. 
Sanki,  dünya  hər  zamankından  çox,  daha  sürətlə  fırlanır 
hal-hazırda. Görünür, hələ də sərxoşluqdan ayılmamışam. 
Divarlardan  tuta-tuta,  bir  təhər  yataq  otağına  gəlirəm. 
Gördüyüm mənzərənin qarşısında, yerimdəcə donub qalı-
ram. İlahi, bu nədir belə? Belə getsə, ağlımı itirib, dəli ola-
cam artıq. Bəlkə də itirmişəm, heç xəbərim yoxdur. Yox, 
bu ola bilməz. Ya mən, hələ də yuxudayam, ya da ki, çox 


189
sərxoşam.  Əllərimlə  məzara  qoyduğum  sevgilim,  yataq 
otağında,  çarpayının  üstündə  oturub,  gülümsəyərək  mənə 
baxır. “Yuxuda deyilsən, Raul. Gördüyün həqiqətdir.” 
ayağa qalxıb, mənə doğru gəlir. Döş qəfəsim get-gedə 
daha çox sıxılır. Ürəyim elə bərk döyünür ki, səsini özüm 
də eşidirəm. Yanıma gəlib, düz qarşımda dayanır. O qədər 
yaxınımda dayanır ki, aldığı nəfəsi belə, hiss edə bilirəm. Bu, 
mənim sevdiyim qızdır. Banudur bu. “Hər sərxoş olduğum-
da səni görə biləcəmsə, bundan sonra, səhər-axşam, əlimdə 
şərabla gəzərəm mən.” “Məni görməyinin sərxoşluqla bir 
əlaqəsi yoxdur. Mən, sənin üçün gəldim, Raul. Bundan son-
ra, daima, sənin yanında olacam.” 
Banunun nə dediyini anlamağa çalışarkən, qapı döyülür. 
Yuxuda olub-olmadığımı tam anlamaq üçün, qapıya doğru 
qaçıram. Gələnlər, anar və Lamiyədir. 
“uşaqlar,  mən  yuxudayam? Yoxsa  oyağam? Tez  olun, 
mənə bir söz deyin.” 
Hər ikisi çaşqın-çaşqın üzümə baxır. Bir neçə saniyədən 
sonra  anar  dillənir.  “Yox,  Raul,  oyaqsan.  nə  olub  ki, 
bəyəm?” 
“Bax, buna çox sevindim. Elə isə, içəri gəlin. Sizə elə bir 
şey göstərəcəm ki, dilinizi udacaqsınız.”
Bir-birinin üzünə baxıb, təbəssüm etdilər. Lamiyə: 
“nə yalan deyim, səni bu qədər sevindirən şeyin nə ol-
duğu, mənə çox maraqlıdır.” 
anar: “Elə mənə də həmçinin.” 
“arxamca  gəlin.  nə  olduğunu,  elə  öz  gözlərinizlə  gö-
rün.” 
İçəri  keçib,  təkrar  yataq  otağına  dönürəm.  anar  və 
Lamiyə  də  arxamca  otağa  daxil  olurlar.  amma,  Banunu 


190
görə  bilmirəm.  Otaqda  yoxdur.  Çölə  çıxıb  təlaşla  digər 
otaqlara baxıram. 
“Yoxdur. Heç bir otaqda yoxdur! necə ola bilər axı bu? 
Hara yoxa çıxdı bir dəqiqənin içində?” 
anar: “nə yoxdur axı? nəyi axtarırsan?” 
“Banu  az  əvvəl  burda  idi.  Söhbət  edirdik.  Sonra  sizin 
üçün, qapını açmağa getdim. İndi isə, heç yerdə yoxdur. Elə 
bil, bir dəqiqənin içində qeybə çəkildi qız.”
Sanki məni ilk dəfə görürmüş kimi, qəribə-qəribə üzümə 
baxmağa başladılar. 
anar:  “Qardaşım,  yaxşısan  sən?  Deyəsən,  çox  içibsən 
hə? Gəl, sənin otağına keçək. uzanıb dincəl bir az.” 
Lamiyə:  “anar,  bu  belə  olmaz.  Təcili  olaraq,  Raulu 
həkimə aparmaq lazımdır.” 
anar:  “Başqasının  yanına  niyə  aparırıq  ki?  Sən  özün 
psixoloq deyilsən?” 
“Görünür, Raula psixiatr lazımdır. Psixoloq yox.” 
anar: “Tanıdığın yaxşı bir həkim var?” 
Sanki  mən  yanlarında  yoxmuşam  kimi,  öz  aralarında 
danışıb,  mənə  diaqnoz  qoymaqları  lap  əsəblərimi  pozdu. 
Deyəsən, ikisi də mənim dəli olduğumu düşünür. 
“Mənim həkimə-zada ehtiyacım yoxdur! Həkimə ehti-
yacı  olan  elə  siz  özünüzsünüz.  Sizə  deyirəm  ki,  Banu  az 
əvvəl burda idi. Öz gözlərimlə gördüm. Danışdım onunla. 
Siz mənə inanmırsız?” 
anar: “Raul, Banu öldü. İki gün əvvəl, səninlə bərabər 
dəfn elədik onu. nə danışdığının fərqindəsən sən?” 
“Bəli,  nə  dediyimin  fərqindəyəm.  Banunun  öldüyünü 
sizin  kimi  mən  də  bilirəm.  amma,  gəlmişdi.  Burda  idi. 
Yanımda!” 


191
Lamiyə:  “Raul,  belə  bir  şeyin  olması  mümkün  deyil. 
Bunu sən özün də yaxşı bilirsən. Sadəcə olaraq, sənin si-
nir  sistemin  pozulub.  Bir  anlıq,  Banunu  gördüyünü  zənn 
etmisən. Gəl həkimə gedək, sənə bir dərman yazdıraq.”
“İkiniz də evimdən rədd olun! Siz inansanız da, inanma-
sanız da, Banu burda idi! Siz gəldiniz deyə getdi o! Çıxın 
çölə! Tez olun!” 
Bir-birinin üzünə baxıb, sanki, fikrə getdilər. Əsəbimdən 
daha sərt qışqırıram bu dəfə: “Rədd olun dedim sizə!” 
Heç bir söz demədən, qapını açıb, çölə çıxırlar. Banunu 
yenidən görmək ümidi ilə yataq otağına dönürəm. anargil 
gəlməmişdən əvvəl Banu burda idi. Buna adım kimi əminəm. 
Bu nə yuxu idi, nə də ki, sərxoşluğun əlaməti. Görəsən, nə 
vaxtsa Banunu yenidən görə biləcəm? Mətbəxdən səs eşidi-
lir. “Raul, bura gəl. Mən burdayam...” 
***
Yenə darıxmışam bu gecə sənsiz, 
Yenə də tənhayam, yenə kimsəsiz.
Ürəyim üşüyür, sənsiz soyuqdur,
Sən isə bunlardan tamam xəbərsiz.
 
Əlimdən əlinin istisi gedib, 
haçandır əllərim qızmır heç daha.
Gözlərim yorulub, nuru çəkilib, 
gözlərin gözümə baxmır heç daha. 
Həsrətəm o isti nəfəsinə mən, 
həsrətəm bir kəlmə sözünə sənin.


nə olar, bu gecə dur yuxuma gəl
doyunca qoy baxım üzünə sənin. 
Gəl bax gözlərimə gör nə haldadır, 
Hey səni arayır, intizardadır. 
Sanki, bir möcüzə gözləyir onlar, 
Dərk etmir, sevdiyi bir məzardadır. 
Səni dəfn edən gün, qocaldım mən də, 
Kəfəninin ağı saçıma düşdü. 
Dünya utancından sakit, susurdu, 
İstirab ağrısı başıma düşdü. 
Gözümdə ölüm də, yaşam da artıq, 
bir məna kəsb etmir mənimçün bu gün. 
Çünki həyatımın mənasını mən, 
əlimlə torpağa gömdüm həmən gün.
“Xatırlayırsan, bir neçə ay bundan əvvəl, mənə bir sual 
vermişdin. Soruşmuşdun ki, nəyə görə mənim üçün heç şeir 
yazmırsan? Həmin gün, özümü eşitməməzliyə vurub, sənə 
cavab verməmişdim. Sualının cavabı isə, əslində çox sadə 
idi. Mən xoşbəxt olduğum zaman şeir yaza bilən bir insan 
deyiləm. Bütün həyatım boyunca, mənim ilham mənbəyim 
çəkdiyim acılar olub yalnız. Bax, elə bu şeiri də, səni dəfn 
etdiyimiz günün gecəsi yazmışdım.” 
Banu başını aşağı salıb, köks ötürdü. “nə deyim, Raul, 
deyəcək  heç  bir  söz  tapmıram.  Bizimki  də  belə  gətirdi. 
Bundan  sonra  üsyan  etməyinin  heç  bir  mənası  yoxdur. 


193
Taleyinlə barışmalısan artıq. unutma, həyat sənin üçün hələ 
də davam edir.” 
“Düzdü, həyat hələ də davam edir. amma, mən, sənin 
olmadığın  bir  həyatda  yaşamaq  istəmirəm.  O  əməliyyata 
girməsəydin, bəlkə də hər şey fərqli ola bilərdi.” 
“O  əməliyyat,  bizim  üçün  son  ümid  idi.  Əməliyyata 
girməməyim heç nəyi dəyişməyəcəkdi. Beş gün gec və ya 
beş gün tez. Əlbət-axır, bunları bir gün yaşayacaqdıq on-
suz da.” – Otağa bir neçə dəqiqəlik sükut çökdü. İkimizin 
də üzündə, məğlubiyyətə dair hüzn yarandı. Hər ikimiz, bu 
həyatın məğlublarıyıq. 
“Səndən  şübhə  etdiyim  üçün,  məni  bağışlaya  biləcək-
sən?” 
“Raul, mən səni hələ əməliyyata girmədən əvvəl bağış-
lamışdım. artıq olan olub, keçən keçib. Bu barədə çox dü-
şünüb, özünə zülm etmə daha.” 
Banuya cavab vermək istədiyim an qapı döyülür. “Görə-
sən, bu dəfə kim gəlib?” 
“Bu qapıya gələnlərin hər biri, səni sevən insanlardır. Pis 
günlərində yanında olmaq, sənə kömək etmək istəyənlərdir.” 
“Mənim heç kimin köməyinə ehtiyacım yoxdur.” 
“Raul, mənim xətrimə dostlarına qarşı gəlmə. İcazə ver, 
qoy sənin üçün əllərindən gələni etsinlər.” 
“O qapını açdığımda, sən yenə də yoxa çıxacaqsan, hə?” 
“Bu  barədə  dünən  danışmışdıq  axı  səninlə.  unutma, 
məni yalnızca sən görə bilərsən.” 
Üzümü dönüb, qapını açmağa gedirəm. Gələnlər, anar, 
Lamiyə  və  atamdır. Yanlarında  isə,  kim  olduğunu  bilmə-
diyim, qırx-əlli yaşlarında, hündürboy bir kişi var. Qapını 


194
açan  kimi,  atam  içəri  girib,  hər  iki  üzümdən  öpür.  Sanki 
illərdi  görmürmüş  kimi,  möhkəm-möhkəm  qucaqlayır 
məni. 
“necəsən, oğlum? Yaxşısan?” 
“Yaxşıyam,  ata.  narahat  olma.  Buyurun,  keçin  içəri. 
Qapıda qalmayın.”
anargili də içəri buyur edib, qonaq otağına keçirik. Bir 
neçə dəqiqəlik xoş-beşdən sonra, Lamiyə yanında oturan, 
tanımadığım adamı əli ilə işarə edərək dillənir. “Raul, icazə 
ver tanış eləyim. İlqar müəllim həm mənim həqiqətən də, 
xətrini  çox  istədiyim  bir  həmkarım,  həm  də  psixiatriya 
sahəsində  tanınmış  və  çox  savadlı  bir  həkimdir.  Dünən, 
sənin barəndə onunla bir az söhbət elədik. Sağ olsun, o da 
səni görmək və şəxsən özü müayinə etmək istədi.”
Lamiyə  cümləsini  hələ  bitirmədən,  təzədən  hirsim 
təpəmə  vurdu.  Elə  ağzımı  doldurdum  ki,  bunları  yenə 
evdən qovum, sonra, Banunun az əvvəl dediyi sözlər qu-
lağımda  səsləndi.  Qəzəbimi  qurtum-qurtum  udub,  özümü 
birtəhər cilovladım. nə də olsa, Banu dediklərində haqlı idi. 
Onlar mənim ən yaxın dostlarımdı. Hər biri, əlindən gəldiyi 
qədər, pis günlərimdə yanımda olmağa və mənə dəstək ol-
mağa çalışır. Elə məhz buna görə də, bu dəfə onlara qar-
şı gəlmək yerinə, məndən hər nə istəyirlərsə, razı olacam. 
Bir halda ki, mənim bir psixiatr müayinəsindən keçməyimi 
istəyirlər, qoy elə olsun. Onsuz da, mənə olan-olub artıq. 
Günün  birində,  mən  də  ölümü  dadıb,  Banuya  bir  dəfəlik 
qovuşmayana  qədər,  heç  nə  düzələn  deyil.  Heç  deyilsə, 
ailəmin və dostlarımın könlü xoş olsun. Həm də mənim heç 
bir psixi problemim olmadığını onlar da öyrənsin. Lamiyə 
cümləsini bitirər-bitirməz, bu dəfə də atam dillənir. 


195
“Raul, sən bu yaşına kimi, mənim sözümü bir dəfə də 
olsun, yerə salmamısan. İndi də səndən atan olaraq xahiş 
edirəm, icazə ver, İlqar həkim, səni müayinə etsin.” “Yaxşı, 
ata,  siz  necə  deyirsinizsə,  elə  də  olsun.  Buyurun,  mən 
müayinə üçün hazıram.” 
Həkim:  “Raul  bəy,  əgər  sizin  üçün  də  uyğundursa, 
müayinə üçün xəstəxanaya getməyimiz daha yaxşı olar.”
“Əlbəttə, uyğundur.” 
“Elə isə, buyurun, vaxt itirmədən, gedək.”
Bir neçə dəqiqədən sonra, hazırlaşıb, çıxırıq evdən. Vaxt 
itirmədən, maşınlara doluşub, xəstəxananın yolunu tuturuq. 
İlqar  həkimin  işlədiyi  xəstəxana,  bir  nömrəli  respublika 
psixiatriya xəstəxanası imiş. Hansı səbəbdəndir bilmirəm, 
amma  uşaqlığımdan  bəri,  o  xəstəxananın  adını  hər 
eşitdiyimdə tüklərim ürpəşir. İndi isə, həmin xəstəxanaya 
müayinə olunmaq üçün gedirəm. O xəstəxanada pis bir şey 
olacağına dair, qəribə bir hiss var içimdə. allah axırını xe-
yir eləsin. Təxminən, bir saata yaxın yol getdikdən sonra, 
nəhayət ki, gəlib çatırıq. Maşınlardan enib, İlqar həkimin 
bələdçiliyi ilə, xəstəxananın həyətinə daxil oluruq. 
Xəstəxananın həyəti olduqca geniş və yaşıllıq ərazidir. 
Həyətdə skamyalar, idman meydançaları, hətta, süni göllər 
belə var. Həkimin otağına gedərkən, həyətdə öz-özünə da-
nışan  xəstələrin,  məni  gördüyündə,  gözünü  zilləyib,  qəribə-
qəribə üzümə baxması, tüklərimin yenidən ürpəşməsinə səbəb 
olur. Xəstəxanaya girib, İlqar həkimin otağının önünə gəlirik. 
Otağa girərkən, İlqar həkim üzünü atamgilə tutub deyir:
“Zəhmət  olmasa,  siz  çöldə  gözləyin.  Müayinə  üçün, 
Raulla tək qalmalıyıq.” 


196
Otağa  daxil  olub,  oturduqdan  sonra,  İlqar  həkim  çox 
mehriban, səmimi bir təbəssüm edərək, sözə başlayır. 
“Raul, bu müayinənin səbəbi, sadəcə olaraq, əlimizdən 
gəldiyi qədər, sənə kömək olmaqdır. Ona görə də, səndən 
xahişim odur ki, mənimlə səmimi olasan.” 
“Əlbəttə, bundan heç şübhəniz olmasın.” 
“İlk  olaraq,  mənə  de  görüm,  səni  narahat  edən  şey 
nədir?” 
Cavab  vermək  istədiyim  an,  birdən-birə  öskürək  tu-
tur.  Şiddətli  öskürək  qulaqlarımın  uğuldamasına  və  başı-
mın dönməsinə səbəb olur. O qədər öskürürəm ki, az qala 
gözlərim hədəqəsindən çıxsın. 
“Öhö. öhö. Məni narahat edən heç bir şey yoxdur.” 
“Əsas  məsələyə  keçmədən  əvvəl,  bunu  da  deyim  ki, 
təcili olaraq siqareti tərgitməlisən. Əks təqdirdə, bu gedişlə 
ciyərlərini tamamilə məhv edəcəksən.” 
“Həkim,  ciyərimin  məhv  olması  ilə  heç  nə  olmaz. 
Mənim əsas, ürəyim məhv olub. Əgər bacarırsınızsa, ona 
bir əlac qılın.” 
“Hər şeyin bir çarəsi vardır, əlbət. Ürəyinin məhv olma-
sının səbəbi nədir?” 
“Boş verin. Onsuz da başa düşə bilməyəcəksiniz.” 
“Sən mənə hər şeyi danışsan, mən səni başa düşərəm.” 
“Yaxşı,  danışım.  Sevdiyin  qadını  itirməyin  nə  demək 
olduğunu başa düşə bilərsiz, həkim? Gəlinlikdə xəyal et-
diyiniz  o  qadını,  kəfənə  bürünmüş  bir  halda  görməyin, 
nə  demək  olduğunu  anlaya  bilərsiniz  siz? Ya  da,  tabutu-
nu  çiynində  daşımağı?  Hələ  öpməyə  qıymadığın  üzünə 
torpaq  atmağı  demirəm  heç.  İnsan  sevdiyinin  ölümü-


197
nü  görməməlidir,  həkim.  Hətta,  insan  sevdiyindən  sonra 
ölməməlidir. Yaşayanda onunla bərabər yaşayıb, öləndə də 
onunla bərabər ölməlidir.” 
“Raul, səni başa düşürəm. amma nə etmək olar? Ölüm 
təbiətin qanunudur. Ölənlə ölmək olmur. Həyat yenə də da-
vam edir.” 
“Məni əsla başa düşə bilməzsiniz. Başa düşmək üçün, 
mənim yaşadıqlarımın eynisini yaşamalısınız. Bunu da, heç 
düşmənimə belə arzu etmərəm.”
Otaqda  yaranan  bir  neçə  saniyəlik  səssizliyin  ardın-
dan,  həkim  öskürüb,  boğazını  təmizləyir.  Masada  duran 
qrafindən stəkana su töküb, bir-iki qurtum içdikdən sonra, 
yenidən sözə başlayır. 
“aydındır.  Elə  isə,  keçək  əsas  məsələyə.  Lamiyənin 
dediyinə görə, ölən sevgiliniz, bəzən gözünüzə görsənir. Bu 
doğrudur?” 
“İnsanın gözünə hər hansı bir şeyin görsənməsi, tamamilə 
başqa  bir  anlayışdır.  Mən  Banunu,  eynilə  sizi  gördüyüm 
kimi görə, hətta onunla danışa da bilirəm. Sadəcə olaraq, 
onu məndən başqa heç kim görə bilmir.” 
“Hmm. Ölümündən sonra, onu ilk dəfə nə vaxt gördü-
nüz?” 
“Ölümündən iki gün sonra. Yəni, dünən.” 
“Bu haqda bir az danışa bilərsiniz?” 
“Əlbəttə.  Onu  ilk  dəfə  gördüyümdə,  elə  mənim  özü-
mün də, buna inanmağım, heç də asan olmadı. İlk başlarda, 
həqiqətə çox bənzəyən, bir yuxu gördüyümü zənn etdim. 
Sonra  isə  anladım  ki,  gördüklərim  tamamilə  həqiqətdən 
ibarətdir. Lamiyə və anar evimə gəldiyində, yuxu görüb-


198
görmədiyimdən tam əmin olmaq üçün, hətta, bunu onlardan 
belə soruşmuşdum. Yuxu olmadığından əmin olduğumda, 
Banunu onların da görməsi üçün, içəri dəvət etdim. amma, 
onlar evə girdiyində, Banu artıq evdə yox idi. Hər nə qədər 
dedimsə də, ikisi də Banunu gördüyümə inanmadı. Onlar 
evdən  getdikdən  sonra  isə,  Banu  yenidən  gəldi.  Dünən, 
bütün  gün  ərzində  mənim  yanımda  idi.  Hətta  bu  gün  də, 
siz gələnə qədər evdə bərabər idik. Siz gəldikdən sonra, o, 
təkrar yoxa çıxdı.” 
“Bir sözlə, Banu, yalnız sənin tək olduğun zamanlarda 
yanında olur, düzdür?” 
“Bəli, düzdür.”
Həkim düşüncəli bir şəkildə üzümə baxaraq, barmaqla-
rı  ilə  gicgahını  ovuşdurur.  Sanki,  nəyi  isə  yadına  salmaq 
istəyir. 
“Raul, sən burda gözlə, beş dəqiqədən sonra gəlirəm”, 
deyib, otaqdan çölə çıxır. Qapının önündə, atamgillə mənim 
haqqımda söhbət etməyə başlayır. Otaqdan çıxarkən, qapı-
nı tam bağlamadığından, çöldə nə danışdıqlarını rahatlıqla 
eşidə bilirəm. 
Həkim: “Təəssüflər olsun ki, yaşadığı ağır mənəvi trav-
ma, Raulun şizofreniya xəstəliyinə tutulmasına səbəb olub. 
Burdakı xəstələrin, təxminən, əlli-altmış faizi elə məhz, şi-
zofreniya xəstələridir.” 
atam: “Şizofreniya? O nədir, ay həkim?” 
Həkim:  “Şizofreniya,  düşüncə  prosesində  problem 
və  zəif  emosional  cavablarla  xarakterizə  olunan  əqli  bir 
xəstəlikdir.  Şizofreniya  sözünün  mənşəyi  iki  yunan  sözü 
olan “parçalanma” və “fikir”-ə dayanır. Bunun da səbəbi, 


199
şizofren  xəstələrin  beyinlərində  və  reallıqda  baş  verən 
hadisələr  arasında  parçalanma  olmasıdır.  Bu  xəstəlikdə 
ümumi  simptomlar,  eşitmə  hallüsinasiyaları,  nitqdə  əks 
olunan düşüncə pozğunluğu, paranoid və əqli çatışmazlığın 
da daxil olduğu yanılmalardır.” 
Lamiyə: “Həkim, bəs indi biz nə etməliyik? nə məsləhət 
görürsünüz?” 
Həkim: “Xəstəliyin ilkin səciyyəvi simptomları, özünü 
göstərməyə başlayıb artıq. Hələ ki Raul, yalnız tək olduğu 
zamanlarda hallüsinasiya görür, amma, bu zamanla dəyişə 
bilər. Ola bilsin ki, xəstəlik daha da inkişaf etsin. Buna görə 
də  Raulun  xəstəxanada  qalıb,  müalicə  olmasını  şiddətlə 
tövsiyə edirəm.” 
atam:  “Siz  necə  uyğun  görürsünüzsə,  qoy  elə  olsun. 
Təki Raul tez zamanda sağlamlığına qovuşsun.” 
anar: “Əli dayı, hər birimiz yaxşı bilirik ki, Raul buna 
əsla razı olmayacaq.” 
atam: “Razı olsa da, olmasa da, – Raulun yaxşılığı üçün, 
buna məcburuq.” 
axır  dözə  bilməyib,  otaqdan  çölə  çıxıram.  Kimin 
üzünə  baxıramsa,  gözlərini  məndən  qaçırır.  Özümü  sax-
laya  bilməyib,  qışqırıram.  “Siz  nəyə  məcbursunuz,  onu 
bilmirəm, amma, mənim şizofren olduğumu düşünürsünüz 
deyə, mən bu xəstəxanada qalmağa məcbur deyiləm.”
Cümləmi bitirər-bitirməz, elə bil hazırda gözləyirlərmiş 
kimi, dörd nəfər tibb işçisi yanımda peyda olur. İkisi qolla-
rımdan bərk-bərk yapışır, digər ikisi isə, ukutka adlanan dəli 
köynəyini  zorla  əynimə  geyindirməyə  çalışır.  Əllərindən 
qurtulmağa gücümün yetmədiyi üçün, avazım çıxdığı qədər 
bağırıram. 


200
“anar,  kömək  elə  mənə!  Buraxın  məni!  Mən  dəli 
deyiləm. Buraxın!” 
Qışqırıb-bağırmağıma, heç kim əhəmiyyət vermir. Hər 
nə qədər dirənsəm də, əllərindən qurtulmağı bacarmıram. 
Məni  palataya  gətirib,  zorla  yatağa  uzandırırlar.  Həkim 
əlində bir iynə ilə yanıma gəlir. “Raul, sakitləş bir az. Biz 
sadəcə sənin yaxşı olmağını istəyirik.” 
Cavab verməyə macal belə tapmadan, iynənin ağrısını 
bədənimdə  hiss  edirəm. ağrıdan  gözlərimi  bərk-bərk  yu-
muram. Gözümü açdığımda isə, Banu yanımda peyda olur. 
Əli ilə üzümə sığal çəkib, gülümsəyir: “Raul, qorxma. Mən 
sənin yanındayam. Yum gözlərini...”
***
“Sözün əsl mənasında, dəlilik, hər cür müdrikliyin baş-
lanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər bir 
fantaziyanın başlanğıcıdır” (Herman Hesse).
Günorta  yeməyini  yedikdən  sonra,  bir  az  hava  al-
maq  üçün,  xəstəxananın  həyətinə  çıxıram.  Hər  gün,  bu 
həyətdə  bacardığım  qədər,  çox  vaxt  keçirməyə  çalışıram. 
Həyətdəki  yaşıllıq  ərazi  və  quşların  səsi,  insanın  ruhuna 
sakitlik bəxş edir və eyni zamanda, emosiyalarına harmo-
niya qatır. Xəstəxanaya gəldiyim ilk gün, burada qalmağa 
etiraz  etsəm  də,  Banunun  da  israrı  ilə,  buna  razı  oldum. 
Yaxşı ki, olmuşam. Həm sevdiyim qadın yanımdadır, həm 
də həyatım boyunca heç olmadığım qədər rahat və hüzur-
luyam. Valideynlərim və dostlarım da, demək olar ki, hər 
gün ziyarətimə gəlirlər. Burada keçirdiyim müddət ərzində, 
psixiatriya  xəstəxanasının  heç  də,  mənim  düşündüyüm 
kimi vahiməli bir yer olmadığını öyrəndim. Hətta, bu beş 


201
ay müddətində, dəli deyə adlandırılan bir çox insanın, tam 
tərsinə, çox ağıllı və savadlı olduqlarını gördüm. Həyətdə 
bir xeyli gəzib, yorulduqdan sonra, bir az dincəlmək üçün, 
skamyalardan birinə otururam. Mənim ardımca, xəstələrdən 
biri də, əlində bir kitab ilə, gəlib yanımda oturur. Təxminən, 
əlli yaşlarında olmasına baxmayaraq, adamın saçında, bir 
dənə  də  olsun,  siyah  tel  qalmayıb.  Yorğun  baxışları  ilə, 
məni təpədən-dırnağa qədər süzdükdən sonra, əlindəki ki-
tabı açıb, səhifələrini ehtiyatla vərəqləyir. Səhifələrin birinə 
çatdığında isə, dayanıb, diqqətlə oxumağa başlayır. Bir neçə 
dəqiqə oxuduqdan sonra, barmağını kitabın arasına qoyub, 
bağlayır. Yenidən üzünü mənə dönüb, soruşur. “niyə görə 
burdasan?” 
“Şizofren olduğumu deyirlər.” 
“İnsanların nə dediyinə, çox da əhəmiyyət vermə. Ona 
qalsa, mənim də dəli olduğumu deyirlər.” 
“Əgər dəli deyilsinizsə, nəyə görə hələ də burdasınız?” 
“Çünki artıq, gedəcək bir yerim yoxdur.” 
“Bəs necə oldu ki, bura gəldiniz?”
Mənə tərəf dönüb, yuxusuzluqdan ağırlaşmış göz qapaq-
larını  çətinliklə  açaraq,  üzümə  baxır.  Sallaq  dodaqlarında 
incə, kədərli bir təbəssüm yaranır. 
“Mənim  adım  Vüqardır.  Kimya  üzrə  fəlsəfə  doktoru 
Vüqar Qurbanov. Demək olar ki, bütün həyatımı elm uğ-
runda sərf etmişəm. Ona görə də, gənclik illərimdə sevgiyə 
ayıracaq bir zamanım olmayıb heç vaxt. Sözün düzü, aşiq 
olmaqdan qorxurdum həm də. niyə bilmirəm, amma, gü-
nün  birində  aşiq  olsam,  bütün  həyatımın  məhv  olacağını 
düşünürdüm.  Təəssüf  ki,  düşüncələrimdə  haqlı  çıxdım. 


202
Qırx bir yaşında ikən, ilk dəfə bir qadına aşiq oldum. İndi 
isə, gördüyün kimi, psixiatriya xəstəxanasındayam.” 
“Yəni həqiqətən, sevginin insanı dəli etdiyini düşünür-
sünüz?” 
“Xeyr, dəli etmir. Sevgi insanı öldürür.” 
“necə yəni?” 
“Sevgi, dadı ağıza şirin gələn, bir zəhər kimidir. İnsanı 
uzun bir müddət ərzində, yavaş-yavaş öldürür.”
Cavab vermədən əvvəl, gözlərimi yerə dikib, bir qədər 
düşünürəm. nə demək istədiyini, tam olaraq anlamağa çalı-
şıram. Əgər, həqiqətən də sevgi belə bir şeydirsə, niyə görə 
insanlar daima gerçək sevginin axtarışında olurlar? Məncə 
sevmək, üzməyi bilmədiyin halda, yenə də dənizə atılmaq-
dır. Sevmək, əlinin yanacağını bilə-bilə, atəşə toxunmaqdır. 
Eynilə, pərvanənin şama olan sevgisindən, özünü yandırıb, 
kül etməsi kimi. Bir sözlə, sevmək, sonunu düşünməməkdir. 
Çünki, düşünmək ağıl, sevmək isə ürək işidir.”
Cavab vermək üçün, başımı yerdən qaldırdığımda, ada-
mın  artıq  yanımda  olmadığını  görürəm.  az  əvvəl,  onun 
oturduğu yerdə isə, indi Banu oturub. 
“Raul, səninlə bir az danışmalıyıq.”
Baxışlarını məndən yayındırıb, ətrafa baxır. Səs tonu və 
hərəkətlərindən, hüznlü olduğu açıq sezilir. 
“nə olub, Banu? niyə üzümə baxmırsan?” 
“artıq  beş  aydır  ki,  bu  xəstəxanadasan.  Hər  kəs,  sənə 
görə nigarandır. ailənin və dostlarının sənə ehtiyacı var.” 
“nə deməyə çalışırsan, Banu?” 
“Raul, artıq vaxtdır. Mən getməliyəm. Sən isə, sevdik-
lərinin yanına dönüb, həyatına davam etməlisən.” 


203
“nə  danışdığının  fərqindəsən  sən?  Əgər  getməlisənsə, 
məni də özünlə apar. Sənin olmadığın bir dünyada yaşamaq 
istəmirəm mən.” 
“Əlbət, günün birində, sən də yanıma gələcəksən. Həmin 
gün, əbədi olaraq, yenidən qovuşacağıq. amma, o gün, bu 
gün deyil. Sən hələ yaşamalısan, Raul.” 
Əsəbiləşib qışqırıram: “Mənə yaşamağım üçün, tək bir 
səbəb göstər!” 
Banu qoluma girib, başını çiynimə qoyur. “Raul, xatırla-
yırsan, hələ dost olduğumuz zamanlarda, mənə, bir roman 
yazmaq  istədiyini  demişdin.  Məncə,  o  romanı  yazmağın 
tam zamanıdır artıq.” 
“Bundan  sonra,  bir  roman  yazmağım,  nəyi  dəyişəcək 
axı?” 
“Raul, gözlərini yum və məni dinlə. Sənə söz verirəm, 
hər  şey  çox  yaxşı  olacaq.  Sən  bundan  sonra,  hər  zaman-
kından, çox daha güclü olacaqsan. Gördüyün hər işdə, mən 
sənin yanında olacam. Varlığımı hiss etməyin üçün, sadəcə 
əlini sol yanına qoymağın kifayətdir. Mən hər zaman orda 
olacam.  Sənin  hekayəni  dinləmək  istəyən,  minlərlə  insan 
var bəlkə də. Yaz, sevgilim, bir roman yaz. İnsanlara sev-
gini  anlat.  Sevməyin,  sevə  bilməyin  gözəlliklərini  anlat. 
İnsanların  çoxu,  beyinləri  ilə  sevir.  Sən,  ürəklə  sevməyi 
anlat. Bərabər yaşam savaşı verməyi, ən çətin zamanlarda 
belə, tək bir bədən ola bilməyi anlat. Bəzən insanlar, ölü-
mün var olduğunu unudub, çox kiçik səbəblərdən dolayı, 
bir-birinin  qəlbini  qırırlar.  Səbəbsiz  yerə,  günlərlə,  bəzən 
isə aylarla küsülü qalırlar. Bəzən, həyatın, iki dəqiqəlik üzr 


204
istəyəcək vaxtı belə, insanlara çox gördüyünü anlat. Onlara, 
ölümün saatı olmadığını xatırlat.” 
Gözlərimin qapalı olmasına baxmayaraq, göz yaşlarıma 
hakim ola bilmirəm. Gözümdən axan yaşlar, içimdəki yanğı-
nı söndürməyə kifayət etmir. Banunun getdiyini görməmək 
üçün, gözlərimi açmaq istəmirəm. Hətta, gözlərimi, əbədi 
olaraq yummaq istəyirəm. amma, yox, hələ ölməməliyəm. 
Ən azından, bu kitabı yazana qədər. Gözlərimi açdığımda, 
tibb bacısının mənə doğru gəldiyini görürəm. Banu isə ya-
nımda yoxdur. 
“Raul,  dostların  ziyarətinə  gəliblər.  İlqar  həkimin  ota-
ğında səni gözləyirlər.”
Göz  yaşlarımı  silib,  ayağa  qalxıram.  Həkimin  otağı-
na  doğru  bərabər  yola  düşürük.  Hər  kəsi  şizofren  olma-
dığıma  və  ya  şizofreniyadan  qurtulduğuma  inandırıb,  bu 
xəstəxanadan çıxmalıyam artıq. Ən qısa zamanda, romanı 
yazmağa başlamalıyam. Ən azından, Banuya bunu borclu-
yam.  Xəstəxananın  dəhlizində  İlqar  həkimlə  qarşılaşırıq. 
Həkim: “Raul, dostların otaqda səni gözləyirlər. Sən onların 
yanına keç, mən də bir az sonra yanınıza gələcəm.” 
Başımla “Yaxşı” deyə işarə edib, otağa girirəm. Roman 
yazmağa qərar verdiyimi, bir an əvvəl, dostlarıma söyləmək 
üçün səbirsizlənirəm. “Tam zamanında gəlibsiniz. Sizə yeni 
bir xəbərim var.” 
Lamiyə: “nə xəbərdir o elə? Ümidvaram ki, pis bir şey 
olmayıb.” 
“Yox, narahat olma. Bu dəfə yaxşı bir xəbərdir.” 
anar: “Raul, çərlətmə adamı. De görək, nə xəbərdir?” 
“az əvvəl, yeni bir qərar aldım. artıq, yaşamaq üçün bir 
səbəbim var.” 


205
anar  əlini  çiynimə  qoyub  gülümsədi:  “Bax,  bu  əla 
xəbərdir. Mənim qardaşıma da, elə bu yaraşardı.” 
Lamiyə:  “aldığın  qərar  hər  nədirsə,  gözlərinə  işıq 
gətirib. Səni belə gördüyümə çox sevindim.” 
“Raul və Banunun sevgi hekayəsini ölümsüzləşdirmək 
naminə, bir roman yazmaq istəyirəm. Eyni zamanda, bu ro-
man vasitəsilə, insanlara anlatmaq istədiyim bəzi şeylər var. 
Sadəcə bir nəfər belə, bu romandan bir dərs çıxara bilsə, bu 
mənim üçün böyük bir uğurdur. Ona görə də, mən bu kitabı 
yazmağı, özümə borc bilirəm. Hal-hazırda, tək sıxıntım, tez 
bir  zamanda  xəstəxanadan  çıxıb,  işə  başlamaq  və  kitabın 
çapı üçün lazım olan pulu toplamaqdır.”
anar  gülümsəyərək  deyir:  “Yadındadırsa,  mən  bir  za-
manlar,  bütün  gününü  çayxanalarda  keçirən,  avara  bir 
adam idim. Bu gün isə, tanınmış, savadlı bir memar və eyni 
zamanda, şəhərin ən böyük memarlıq ofislərindən birinin 
sahibiyəm. Mən bütün bunları sənə borcluyam, Raul. On bi-
rinci sinifdə oxuduğumuz vaxtı, sən məni avaralığın daşını 
atıb, xəyallarımızın arxasınca getməyə məcbur etməsəydin, 
bəlkə  də  mən,  hələ  də  çayxanalarda  domino  oynamaqla 
məşğul idim. Ona görə də, nə iş, nə də pul barəsində düşü-
nüb, canını sıxma. Mən hər zaman sənin yanındayam. Sən 
fikrini, sadəcə olaraq, romana cəmlə.” 
anarın dedikləri gözlərimi yaşartdı. Belə bir dosta sahib 
olduğum üçün, bir daha qürur hissi duydum. 
Lamiyə:  “Yaxşı,  day  bəsdirin.  Məni  də  kövrəltdiniz. 
anarın da dediyi kimi, sən fikrini romana cəmlə. Biz hər 
zaman sənin yanındayıq. De görüm, kitabın adını nə qoya-
caqsan?” 


206
Heç düşünmədən cavab verirəm: “Ölümdən sonrakı şi-
zofreniya...” 
***
nəşriyyatdan  çıxar-çıxmaz,  taksiyə  minib,  məzarlığa 
doğru yola düşürəm. Bu gün, Banunun öldüyü gündən düz 
bir il keçir. Onunla uzun-uzun danışıb, dərdləşmək üçün, 
həqiqətən  də  çox  darıxmışam.  Xəstəxanadan  çıxdığım 
gündən  bəri,  imkan  tapıb,  ziyarətinə  gedə  bilməmişdim. 
Daha doğrusu, yanına getməyə üzüm yox idi. Ona verdi-
yim sözləri yerinə yetirmədən, nə üzlə gedə bilərdim axı 
ziyarətinə? Söz verdiyim kimi, ona mərmər daşından, gözəl 
bir məzar düzəltdirdim. Bu gün isə, Banunun məndən son 
istəyi olan, roman-kitabım nəhayət ki, işıq üzü gördü. 
Kitabın bir kopiyasını götürüb, sevdiyimin yanına gedi-
rəm.  Məzarı  başında  oturub,  məndən  yazmağımı  istədiyi 
romanı  onun  üçün  oxuyacam.  artıq  vaxtdır,  Banu  məni 
gözləyir. Taksidən düşüb, məzarlığa girirəm. Bir anda, güclü 
yağış yağmağa başlayır. Banunun yanına gəlib, onun üçün 
aldığım gülləri məzarının üstünə qoyuram. Göz yaşlarıma 
hakim ola bilməyib, ağlamağa başlayıram. Sanki, Banuya 
sarılırmış kimi, soyuq məzar daşını bərk-bərk qucaqlayıb, 
bağrıma basıram. 
“Gülüm,  mən  gəlmişəm  ziyarətinə.  Qalx,  sarıl  boynu-
ma, sarmala məni. Mavi gözlərinlə gözlərimə bax, sənsizlik 
gör  necə  də  qocaldıb  məni.  Səni  itirməyə  necə  dözdüm, 
hələ  də  ağlım  almır.  Bəlkə  də  mənim  yerimdə  dağ  olsa, 
çəkdiyim bu qədər dərdə, kədərə dözə bilməzdi heç... Bu 
yağan yağışları görürsən, Banu? Bax, bu yağışlar göylərin 
göz  yaşlarıdır.  Bu  gün  göylər  belə,  bizim  üçün  ağlayır. 


207
Çox  üşüyürəm,  sevgilim.  Əllərim  buz  kimi  soyuqdur. 
Hər dəfə üşüdüyümdə, əllərimi qızdıran o isti əllərin indi 
yoxdur daha. Əlimdən əlinin yox oluşunu hələ də qəbullana 
bilmirəm.  O  isti  əllərinə,  isti  nəfəsinə  çox  ehtiyacım  var 
indi. Sənə sarılmaq var ikən, bu soyuq baş daşına sarılıram. 
artıq,  bir  il  olur  sənin  getdiyin.  Mən  isə,  hələ  də  yanına 
gələ  bilmədim.  Bağışla  məni,  sevgilim...  Bilirəm,  ağla-
mayacağıma dair sənə söz vermişdim. amma, bu sözümü 
tuta bilmirəm. Sənsizlik çox ağırdır, Banu. Ölümdən daha 
betərdir  sənsizlik.  Bilirsən,  xəstəxanadan  çıxdığım  gün, 
həkimlər, bu qədər tez bir zamanda sağalmağımı möcüzə 
adlandırdılar. Hər kəs, mənim şizofren olduğumu və beş ay 
ərzində,  psixiatriya  xəstəxanasında  sağaldığımı  düşünür-
dü. Mən də buna görə yazdığım romana “Ölümdən sonra-
kı şizofreniya” adını verdim. Əsl möcüzə olan isə, bilirsən 
nədir?  Sənin  artıq  bir  ildir  ölmüş  olmağına  baxmayaraq, 
mənim  hələ  də  yaşamağım.  Buna  hər  nə  qədər  yaşamaq 
demək olarsa, təbii ki... Səndən sonra çox dəyişdim mən. 
Sənsizlik,  çox  qocaltdı  məni.  Sadəcə  nəfəs  alan  və  yaşa-
maq üçün yemək yeyən bir insana dönüşdüm. aradan bir 
il  keçməsinə  baxmayaraq,  hələ  də  hər  an,  hər  saniyə  ağ-
lımdasan. Səhər oyanandan axşam yatana kimi, sadəcə sən 
varsan  ağlımda.  Hətta,  yuxularım  belə,  yalnızca  səndən 
ibarətdir. Üzünü unutmamaq üçün, sənin şəkillərinlə yatıb-
dururam  hər  gün. Yəni,  sənin  anlayacağın,  mənim  də  bir 
ölüdən  fərqim  yoxdur.  Heç  kimə  faydası  olmayan,  yaşa-
yan bir ölüyəm mən. amma, artıq toparlanmalıyam. Sənə 
yalvarıram, mənə icazə ver... Yalvarıram, icazə ver, az da 
olsa,  unudum  səni.  İcazə  ver,  yaşayım  yenidən.  Mən  ölə 


bilmərəm, sevdiyim. Özümü öldürə bilmərəm. Yaşlı atam 
və anamı tək qoyub, yanına gələ bilmərəm mən. Ən azın-
dan, onlar üçün yaşamağa məcburam. Bu günə qədər səni 
sevməkdən, bir an belə olsun, vaz keçmədim. Vaz keçməyi 
də düşünmürəm. Səni geri gətirmək əlimdən gəlmir. Ona 
görə də, yanına gələcəyim günü gözləyəcəm. Hə, bu ara-
da,  kitabın  bir  kopiyasını  yanımda  gətirmişəm.  Bir  az-
dan oxuyacam sənin üçün. Bilirəm, üz qapağının rəsmini 
bəyənməyəcəksən.  Bəlkə  də  indi,  “mən  bu  rəsmdəki  qız 
qədər  çirkin  deyiləm”  deyirsən.  Mətin  adında  bir  rəssam 
tapdım  kitabın  rəsmi  üçün.  Hər  nə  qədər  bacarıqlı  olsa 
belə,  sənin  gözəlliyini  təsvir  edə  biləcək  qədər  məharətli 
bir  rəssam  yoxdur  bu  dünyada.  Hətta,  mən  özüm  belə, 
yazdığım  romanda  sənin  gözəlliyini  təsvir  edə  bildiyimi 
düşünmürəm. nəysə, başlayaq oxumağa...
___________

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin